Hacı Şahin Əlixanın qalmaqallı filmindən danışdı - Publika.az
Bizi izləyin

Maqazin

Hacı Şahin Əlixanın qalmaqallı filmindən danışdı

"Məlum olduğu kimi, son günlər "Sonuncu şam yeməyi" filmi geniş müzakirələrə səbəb oldu. Bir qrup inanclı insanlar hesab edirlər ki, filmdə xalqımızın inancları gülüş obyektinə çevrilib, digərləri satiranın bir qədər aşırı formasının seçildiyi qənaətindədir. Narazılıqlar da əsasən  bundan doğub. Filmin yaradıcıları ilə görüşdük, fikir mübadiləsi apardıq. Düşünürəm ki, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır. Bu baxımdan Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü ümumiyyətlə, faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır. Təbii ki, hər kəs öz sahəsinə uyğun bir üslub seçir: kimi elmi, kimi nəsihəti, kimi də yaradıcılığı ilə. Bu işdə düşünürəm, cəmiyyətimizin bütün nümayəndələri bir-birinə dəstək verməlidir".

Publika.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli qeyd edib.

Filmdə bəzi nüansların dinimizə uyğun olmadığını iddia edən izləyicilərə Hacı Şahin Həsənli də öz münasibətini bildirib:

"İnsanımızın mənəvi mövzularda diqqətli və həssas olması da təbii və başadüşüləndir. Həmsöhbətlərim qeyd etdilər ki, tamaşaçı qədər onlar da bu məsələlərə həssas və məsuliyyətli yanaşırlar. Filmin yaradıcı heyəti də bu fikirdədir ki, mənəvi dəyərlər və inanc sürətlə dəyişən dünyada xalqımızın ayaqda qalmasının əsas şərtidir. Onlar mənəvi dəyərlərin istismarı, insan həyatının dəyərsizləşməyi kimi qlobal problemlərin özünəməxsus bədii həllini tapmağa cəhd göstəriblər. Söhbət zamanı onlar kiminsə inancına toxunmağı ağıllarından belə keçirmədiklərini xüsusi vurğuladılar. Onlar əslində inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəflədiklərini bildirdilər.

Mən də müzakirə mövzusu olan məsələlərlə bağlı  şəxsi fikir və iradlarımı bildirdim, fikirlərim hörmətlə dinlənildi. Ən mühüm olan budur ki, cəmiyyətimizdə sağlam dialoq mədəniyyəti formalaşmalıdır. İstənilən məsələnin müzakirəsi zamanı əsəbi, aqressiv münasibət yolverilməzdir. Razılaşmadığın insanı linç etmək, şəxsiyyətini hədəfə almaq heç bir məsələnin düzgün həll yolu deyil.

İnşallah, gələcəkdə daha böyük uğurlara imza atacaq, bu kimi anlaşılmazlıqları önləməyə çalışacaqlar.

Çox istərdim ki, elmi və bədii yeniliklər məhz elm və sənət baxımından da müzakirə olunsun. Sağlam tənqid yalnız inkişafa səbəb ola bilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti müharibədə olduğu kimi, bütün sahələrdə fədakar, mənəviyyatlı  və istedadlıdır. Allahdan bütün gənclərimizə uğur arzu edirəm!"

Qeyd edək ki, sözügedən film yutubda 9 gün əvvəl nümayiş olunub və 851 min baxış sayı yığıb. 

Rəylər
Oxumağa davam et
Reklam

Maqazin

Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən - Lalə Azərtaş - VİDEO

Tanınmış aparıcı Lalə Azərtaşın son açıqlaması müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, o, aparıcı olduğu "Təsir dairəsi” verilişində boşanma ərəfəsində olan xanıma məsləhət verib.

"Ailələrin dağılmasının qəti əleyhinəyik. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən”, - deyə L. Azərtaş bildirib.

Oxumağa davam et

Maqazin

Tanınmış aktyorun qızının toyunda DUYĞULU ANLAR: gəlin göz yaşını saxlaya bilmədi - VİDEO

Tanınmış aktyor Natiq Fərzəliyevin qızı gəlin köçüb.

Publika.az xəbər verir ki, Yevlax rayonunda baş tutan oğlan toyunda maraqlı və duyğulu anlar yaşanıb. Aktyor qızını ona Xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən hədiyyə olunan mahnı ilə təbrik edib.

Gəlin atasının sürprizindən duyğulanaraq göz yaşlarına hakim ola bilməyib.

Aktyor saytımıza açıqlamasında təəssüratını da bölüşüb:

“Ləmanın qız toyu Bakıda oldu, dünən isə Yevlax rayonuna gəlin köçürdük. Bütün atalar kimi, mən də çox sevincli və həyəcanlıydım. Xüsusən də mənə yaxın dostum Xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən mənə hədiyyə olunan mahnını oxuyarkən çox duyğulandım. Ata kimi ən böyük arzum övladımın xoş gününü görməkdir, Allah bunu mənə nəsib etdi”.

"Yenicağ"a istinadla toydan özəl videonu təqdim edirik:

>

Oxumağa davam et

Maqazin

Məşhur aktrisa hamilədir

Türkiyənin ən yaraşıqlı aktyorlarından biri kimi tanınan Barış Arduç ata olacaq. 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bir müddətdir ekrandan uzaq düşən həyat yoldaşı Gupse Özayın 6 aylıq hamilə olduğu məlum olub. 

Məlumat üçün bildirək ki, 34 yaşlı Barış Arduç və 37 yaşlı Gupse Özay 6 il sevgili olduqdan sonra - 2020-ci ildə münasibətlərini rəsmiləşdiriblər. Pandemiya dövründə ailə quran cütlük sadə mərasim keçirməklə kifayətlənmişdi. 

Oxumağa davam et
Reklam

Gündəm