İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ - Publika.az
Bizi izləyin

Maqazin

İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun 2022-ci il investisiya proqramına daxil edilməyən Sefaköy-Beylikdüzü metro xətti ilə bağlı verdiyi açıqlaması məşhur aktyorla qalmaqala səbəb olub. 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu “2020-ci ildə İstanbul Böyükşəhər Məclisində yekdilliklə bir teatr qurdular. Biz təsdiq etmirik. Qoy İstanbuldan getsin, necə olsa, Ankarada səs vermərik deyə avtobus alınmasına əl qaldırdıqları kimi burada da teatr oynamağa çalışmasınlar” ifadələrini işlədib. 

İmamoğlunun teatr sözünü işlətməsini tənqid edən aktyor Fırat Tanış bu barədə tvit atıb: 

“Teatr sənəti ilə əxlaqsızlığı təsvir edən yerli idarəçidən və bağlı olduğu idarədən mədəniyyət siyasətini yürütməsini gözləyirik. Belə getsə, biz daha çox gözləyərik. Müxalifəti belədirsə, onun iqtidarını özünüz düşünün”.

F.Tanışın reaksiyasını haqlı hesab edən İmamoğlu dərhal üzr istəyib:

“Teatr sənətçisi tənqidində haqlıdır. Bugünkü açıqlamamda İstanbulda xidmətlərin qarşısını almağa çalışanların səhvlərini vurğulayarkən “teatr qururlar” deməməliydim. Üzr istəyirəm. Bu sözə görə bütün sənətçi dostlarımı incitdim”.

Cavabında Fırat Tanış “Cənab Əkrəm İmamoğlu gün ərzində bir dələduzluğu izah edərkən “teatr” sözünü işlətdi. Mən bunu tənqid etdim. Haqlı olduğumu yazdı və üzr istədi. Ona bu lütfünə görə təşəkkür edirəm” sözlərini yazıb. 

İmamoğlu cavab olaraq “Bərabərik” yazıb.

  • İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ

  • İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ

  • İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Maqazin

Bəhram Bağırzadə qalmaqallı videosuna görə ÜZR İSTƏDİ: 50 yaşıma çatdım, amma... - VİDEO

Bir neçə gün öncə əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkədə paylaşdığı videoya izləyicilər tərəfindən gələn narazılığa aktyorun özü tərəfindən aydınlıq gəlib. 

Publika.az xəbər verir ki, B.Bağırzadə videoda əks olunan şəxsdən kamera qarşısında üzr istəyib. 

O, eyni zamanda baş vermiş anlaşılmazlığı şərh də edib. Bildirib ki, baş verənlərə görə iki gecədir özünə gələ bilmir:

“İki gecədir ki, özümə gələ bilmirəm. Narahatçılıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq. Tik-Tok-da məsləhətlərlə bağlı bir canlı yayım açdım. İnsanlara yaxınlaşıb, sual verirdim ki, “Nə məsləhət görürsən?”. Onlar isə öz peşəsinə uyğun cavab verməli idilər. Bu zaman isə məhlə uşağım rastıma çıxdı. Çox emosional idim. Evə gəlib həmin o videonu sosial şəbəkələrdə yayımladım. Sonra isə özüm də hiss etmədim ki, başıma belə bir xoşagəlməz hadisə gələ bilər.

“Qurani Kərim”də belə bir misralar var ki, əgər kiminsə qəlbinə toxunmusansa, birinci Allahdan yox, insanlardan üzr istə. Üzr istə, gəl mənə dua et, sənin günahını yuyum. 50 yaşına kimi gəlib çatdım, amma bu işləri görməmişdim. Hər zaman çalışmışam xeyirxah işlər görüm. Amma belə alındı.  Mən öz hərəkətimə görə hamıdan üzr istəyirəm. Əgər kiminsə sinirlərinə toxunmuşamsa, hamıdan üzr istəyirəm. Birinci növbədə də mənim məhəllə uşağım Araz qardaşımdan” - B.Bağırzadə videomüraciətində bildirib.

Aktyorun üzrxahlığı avtomobildə lentə alınıb və öncə çəkdiyi video yer alan şəxs də onun yanında olub. Bəhramın üzrxahlığını qəbul edən şəxs, onu bağışlayıb: “Mən kiməm ki, Allah keçsin günahından. Səhvsiz insan olmur. Hər bir şəxsin başına iş gələ bilər. Sən məndən yaşca da böyüksən, nə olub-olub, öz aramızda qalsın. Allah köməyin olsun. Mən sənə halal edirəm. Lənkəranda qohumlarım narahatdırlar. Onlar və anam bu videoya baxıb rahatlanacaq ki, ciddi bir şey yoxdur. Sən təmiz ürəklə etmişdin, amma başqa cür alındı”.

Qeyd edək ki, sənətçi bir neçə gün əvvəl sosial şəbəkə hesabında səfil həyatı keçirən fiziki məhdudiyyətli şəxsin “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə məhəl qoymayaraq, çəkməyə davam edib. Bundan sonra komediyaçı izləyicilərin sərt ittihamları ilə üz-üzə qalıb. O, baş verən bu hadisəyə görə kamera qarşısına keçərək, Araz adlı həmin əlil insandan və hamıdan üzr istəyib.

Oxumağa davam et

Maqazin

Tanınmış azərbaycanlı aparıcıya AĞIR İTKİ ÜZ VERDİ

Aparıcı Seyran Babayevə ağır itki üz verib.

Publika.az xəbər verir ki, onun atası dünyasını dəyişib.

Bu haqda Seyran özü bildirib. O, sosial şəbəkə hesabında atası Eldar bəylə fotosunu paylaşaraq onun vəfat etdiyini deyib.

Oxumağa davam et

Maqazin

Məşhur brendlər yağışdan qorumayan 1600 dollarlıq çətirlə gündəmdə

İtalyan moda evi “Gucci” və Almaniyanın idman malları şirkəti “Adidas” birgə çətir buraxdıqlarını elan ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir k, aksessuar şirkət loqoları ilə örtülüb və onların simvolik rənglərinə boyanıb. İki bahalı brendin belə qeyri-adi yeniliyi 1290 dollara (demək olar ki, 82 000 rubl) başa gələcək. Lakin çətir nəmin keçməsinə imkan verən parçadan hazırlanır və buna görə də sizi yağışdan xilas etməyəcək.

“Nəzərə alın ki, bu çətir suya davamlı deyil, günəşdən qorunmaq və ya dekorativ istifadə üçün nəzərdə tutulub, - “Gucci”nin rəsmi saytında deyilir. Moda evindən verilən məlumata görə, aksessuar brendlərin birgə kolleksiyasına daxildir, İtaliyada istehsal olunacaq və iyunun 7-də satışa çıxarılacaq.

Dəbdəbəli mallara tələbatın çox güclü olduğu Çində yeni kolleksiya daha da baha olacaq və çətir 11,100 yuana (1,600 dollar) başa gələcək. Bu fakt, eləcə də çətirin özü sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub. Çətirin su sızdırmasını fotoları Çin sosial mediasında yayılıb və tənqid edilib. Xüsusilə Çində yerli Weibo sosial şəbəkəsində çətirli haştəq bir həftə ərzində 140 milyondan çox baxış toplayıb.

Potensial alıcıların narazılığı və çaşqınlığı səbəbindən moda evinin nümayəndəsi qeyri-standart yeniliyə münasibət bildirib. “Bu əşyanı gündəlik çətir kimi istifadə etmək tövsiyə edilmir. O, yaxşı kolleksiya dəyərinə malikdir və gündəlik aksesuar kimi istifadə üçün uyğun deyil”, - “Gucci” sözçüsü bildirib. 

Qeyd edək ki, “Bain & Company”nin araşdırmasına görə, 2025-ci ilə qədər Çin dəbdəbəli malların dövriyyəsi baxımından dünyanın ən böyük bazarına çevriləcək.

Məlumat üçün bildirək ki, “Adidas” və “Gucci”yeni işbirliyini iyunun 7-də təqdim edəcəklər. Kollaba şalvar, idman kostyumları, əlcəklər, ayaqqabılar, panama papaqları, çantalar və digər aksessuarlar daxildir. 


Oxumağa davam et
Reklam

Gündəm