Maqazin
"Eurovision-2022"də Azərbaycan təmsilçisi 16-cı oldu

İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən mahnı 106 səs toplayıb.
Publika.az xəbər verir ki, ölkəmizi “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli müsabiqədə 16-cı yerdə qərar tutub.
Maqazin
Məşhur aktyor 4 nəfərə təcavüzdə ittiham olunur

Məşhur aktyor Kevin Speysi üç kişiyə qarşı dörd cinsi zorakılıqda ittiham edilib.
Publika.az xəbər verir ki, Böyük Britaniya Prokurorluğu Xidməti bildirib ki, Speysi "həmçinin razılığı olmadan bir insana nüfuz edən cinsi fəaliyyətə sövq etməkdə ittiham olunub".
Hadisələrin 2005-ci ilin martından 2008-ci ilin avqustuna qədər Londonda, biri isə 2013-cü ilin aprelində İngiltərənin qərbində baş verdiyi iddia edilir.İddiaaçılar hazırda 30-40 yaşlarındadır. Xidmətin Xüsusi Cinayətlər Bölməsinin rəhbəri Rozmeri Ainsli bildirib ki, ittihamlar London Metropoliten Polisi tərəfindən toplanmış sübutların nəzərdən keçirilməsindən sonra irəli sürülüb.
İki dəfə Akademiya Mükafatı laureatı olan 62 yaşlı Speysi 2019-cu ildə bir neçə kişinin onlara hücum etdiyinə dair iddiaları ilə bağlı Britaniya polisi tərəfindən sorğu-sual edilib. Keçmiş "Kartlar Evi"nin ulduzu 2004-2015-ci illərdə Londonun Old Vic Teatrına rəhbərlik edib.
Speysi 1995-ci ildə çəkilmiş "Adi şübhəlilər" filminə görə ikinci planda ən yaxşı aktyor üçün Akademiya Mükafatını və 1999-cu ildə "Amerika gözəli" filminə görə baş rol ifaçısı Oskarını qazanıb.
Speysi ittihamları rədd edir.
Maqazin
Vüsalə Əlizadə qızı ilə - FOTO

İkimiz əl-ələ tutub yaşam yoluna çıxdıq, bir gəzdik, bir danışdıq, bir öyrəndik, bir ağladıq, bir güldük, bir böyüdük… Şükürlər olsun Allahıma, bunu da bacardıq, bu gün biz ibtidai sinifdən məzun olduq. Bu gün əm sevincli, xoşbəxt, həm də kövrəyik.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqramda yazıb.
Qızı ilə yeni fotolarını paylaşan televiziya ulduzu qızını ali təhsilli görmək arzusundan danışıb:
“Dünya malına bədəl balam, Allahdan tək diləyim sən Diləyimi sağlam, xoşbəxt, ağıllı və öz ayaqları üzərində dura biləcək gücə sahib bir xanım görməkdir. Çox xoşbəxt ol, mənim pamuk prensesim, ali məktəbdən məzun ol inşallah”.
Maqazin
Elçin Hüseynov oğluna sünnət toyu etdi - FOTO

Dünən müğənni Elçin Hüseynovun oğlu Əlinin kiçik toyu olub.
Publika.az xəbər verir ki, paytaxtda keçirilən məclisdə tanınmışlar da iştirak edib.
Qeyd edək ki, Elçin Hüseynovun iki qız və iki oğul övladı var.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"