Xəbərlər - Publika.az
Bizi izləyin

Maraqlı

Səddam Hüseynin vəkili danışdı: Öldürüləcəyimdən qorxmuşdum, çünki...

"Amerikalıların güclü təzyiqinə məruz qaldım. Düzünü desəm, öldürüləcəyimdən qorxmuşdum, çünki sonuncusu Xamis Ubeydi olmaqla bir neçə vəkil öldürülmüşdü. Hakim məni bir neçə dəfə məhkəmə zalından çıxarmışdı”.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri İraqın sabiq prezidenti Səddam Hüseynin vəkili Büşra Xəlil bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə bir amerikalı ona yaxınlaşıb geri qayıtmaq istəyib-istəmədiyini soruşub: "Biz danışıqları davam etdirdik və sonda o, yenidən məhkəməyə qayıtmaq istəyib-istəmədiyimi soruşdu, mən də “hə” cavabını verdim. Mənə dedi ki, dostlarım kimi susmalıyam. Bu onu deməyə əsas verir ki, onlar məhkəmənin qurama olması üçün hər şeyi ediblər”.

Səddam Hüseynin vəkili deyib ki, ABŞ nümayəndələri İraqın keçmiş rəhbərinin müdafiə qrupunun vəkillərinə təzyiq göstərib və xüsusi tribunalın məhkəmə prosesini idarə ediblər: "Onlar hər şeyə cavabdeh olublar və prosesə nəzarəti həyata keçiriblər".

Rəylər

Maraqlı

Xəzərdən uzunluğu 3 metr olan balıq tutuldu - FOTO

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində 3 metr uzunluğunda beluqa (ağ balıq) ovlanıb.

Publika.az "Trend"ə istinadla bildirir ki, bunu İranın Mazandaran vilayəti Balıqçılıq İdarəsinin baş direktoru Həsən Eshaqi deyib.

Onun sözlərinə görə, ovlanan balığın çəkisi 210 kq təşkil edib və təxminən 26 kiloqram kürüsü olub.

"Xəzər dənizində bu növ balıqların qorunması və artırılmasının zəruriliyi nəzər alınaraq, dənizdən ovlanan nərə balıqları artım üçün Sari şəhərində yerləşən balıqyetişdirmə mərkəzinə nəql olunur. Qeyd olunan balıq da canlı şəkildə həmin mərkəzə aparılıb", - deyə o bildirib.

Oxumağa davam et

Maraqlı

Reklamdan ən çox qazanan məşhurlar - SİYAHI

İnstaqramda reklam paylaşımlarından ən çox qazanan ulduzların adı açıqlanıb. 

Publika.az xarici KİV-ə istinadla ən çox reklam gəlirləri əldə edən məşhurların siyahısını təqdim edir. 

1) Kriştiano Ronaldu - 1,6 milyon dollar 

2) Dveyn Conson - 1,52 milyon dollar 

3) Ariana Qrande - 1,51 milyon dollar 

4) Kayli Cenner - 1,49 milyon dollar 

5) Selena Qomez - 1,45 milyon dollar

6) Lionel Messi - 1,2 milyon dollar 

7) Beyonse - 1,15 milyon dollar

Qeyd edək ki, siyahıdakı rəqəmlər orta hesabla 1 reklamın qiymətini göstərir.

Tural Turan

Oxumağa davam et

Maraqlı

Professordan xəbərdarlıq: Qlobal soyuqlaşma gəlir

Meteorologiya və iqlimşünaslıq professoru Kim Holmen bildirib ki, Tonqa Krallığında vulkan püskürməsi dünyanı qlobal soyuqlaşma ilə qarşı-qarşıya qoya bilər. 

Publika.az-ın xəbərinə görə, professor əlavə edib ki, son 20 ildə belə güclü vulkan püskürmələri olmayıb.

“Buna səbəb sualtı püskürmə nəticəsində buraxılan naməlum kimyəvi elementlərdir. Yəqin ki, bu püskürmə səbəbindən qlobal istiləşmə tendensiyası bir neçə il səngiyəcək və biz bütün dünyada aşağı temperaturları müşahidə edəcəyik”, - ekspert qeyd edib. 

Yanvarın 15-də isə Yaponiyanın Baş Meteorologiya İdarəsi hündürlüyü 3 metrə çatan sunami təhlükəsi barədə məlumat verib. Bu xəbərdarlıq Yaponiyanın Sakit okeandakı Amami və Tokara adaları üçün keçərlidir. Tonqa adaları yaxınlığında sualtı vulkanın püskürməsindən sonra sunami təhlükəsi Kuril adalarına da sıçrayıb. 

Oxumağa davam et
Reklam

Gündəm