Maraqlı
Professordan xəbərdarlıq: Qlobal soyuqlaşma gəlir

Meteorologiya və iqlimşünaslıq professoru Kim Holmen bildirib ki, Tonqa Krallığında vulkan püskürməsi dünyanı qlobal soyuqlaşma ilə qarşı-qarşıya qoya bilər.
Publika.az-ın xəbərinə görə, professor əlavə edib ki, son 20 ildə belə güclü vulkan püskürmələri olmayıb.
“Buna səbəb sualtı püskürmə nəticəsində buraxılan naməlum kimyəvi elementlərdir. Yəqin ki, bu püskürmə səbəbindən qlobal istiləşmə tendensiyası bir neçə il səngiyəcək və biz bütün dünyada aşağı temperaturları müşahidə edəcəyik”, - ekspert qeyd edib.
Yanvarın 15-də isə Yaponiyanın Baş Meteorologiya İdarəsi hündürlüyü 3 metrə çatan sunami təhlükəsi barədə məlumat verib. Bu xəbərdarlıq Yaponiyanın Sakit okeandakı Amami və Tokara adaları üçün keçərlidir. Tonqa adaları yaxınlığında sualtı vulkanın püskürməsindən sonra sunami təhlükəsi Kuril adalarına da sıçrayıb.
Maraqlı
Türkiyənin ən dərin gölü

Türkiyənin Burdur vilayətindəki Salda gölü 185 metr dərinliyi ilə ölkənin ən dərin şirin su gölüdür.
Publika.az xəbər verir ki, dünyanın üçüncü ən dərin gölü olan Salda Burdur vilayətinin Yeşilova rayonunda yerləşir. Şəhər mərkəzindən 5 km aralıda yerləşən göldə üzmək mümkündür.
Salda gölü dəniz səviyyəsindən 1193 metr yüksəklikdə yerləşir. 44 kvadratkilometrlik gölün min illər əvvəl geoloji çökmə nəticəsində əmələ gəldiyi təxmin edilir. Salda gölü və ətrafı 1989-cu ildən yüksək keyfiyyətli təbiət qoruğu kimi qorunur. Son 20 ildə gölün səviyyəsi 3-4 metr aşağı düşüb və gölün suyu çəkilməyə davam edir.
Xəstəliklərə şəfa olan göl
Salda gölündə aparılan araşdırmalara görə, mütəxəssislər gölün suyunun sızanaq və göbələk kimi bəzi dəri xəstəliklərinə qarşı təsirli olduğunu bildiriblər. Göldəki minerallar sayəsində insan bənzər dəri xəstəliklərindən xilas ola bilir.
4 ildir Salda gölünü araşdıran Şotlandiyanın Qlazqo Universitetinin professoru Mayk Russell bildirib ki, Yer kürəsində Marsın səth xüsusiyyətlərinə malik iki yer var, biri Kanadanın şimalında, digəri isə Salda gölündə. Göldəki maqnezium bəyazı qayaların Marsda da olduğunu söyləyən Russell burada həyatın günəş enerjisi və kimyəvi molekulların birləşməsindən başlamış ola biləcəyinə inanır.
Gölün ətrafındakı və içindəki ağ qumların göldəki maqneziumlu qayalardan əmələ gəldiyi deyilir.
Maraqlı
Dünyanın ən qorxunc qəbiləsi - FOTO

Papua Yeni Qvineyada yaşayan Yali qəbiləsi dünyanın ən təhlükəli icmalarından biri kimi qəbul olunur.
Publika.az xəbər verir ki, “Şərqdən gələn adam” mənasını verən Yali adamyeyənliyi ilə tanınan bir qəbilədir.
Dünyanın qalan hissəsindən kifayət qədər təcrid olunmuş vəziyyətdə yaşayan Yalilərin özünəməxsus qaydaları, adət və ənənələri mövcuddur.
Min illər boyu başqa insanlarla demək olar ki, əlaqə olmadan yaşayan Yali tayfası zaman keçdikcə digər icmalardan kifayət qədər uzaqlaşıb.
Onlar hər şeyə kənardan təhlükə kimi baxdıqlarına görə yaşadıqları bölgələrə gəlmək istəyənlər üçün müxtəlif tələlər qururlar.
1960-cı ilə qədər Yalilərin həyatı və tarixi haqqında demək olar ki, məlumat olmayıb.
Maraqlı
"WhatsApp"ın son versiyasında YENİLİK

"WhatsApp" tərtibatçı komandası özündə "Status" ların yaradılması menyusunda bəzi qrafik dəyişiklikləri ehtiva edən yeniləmə buraxı.
Publika.az xəbər verir ki, bu barədə WABetaInfo portalı yazır.
Bildirilir ki, proqramın 2.22.11.13 nömrəli son versiyasında “Statuslar” dərc edilərkən smayliklər, mətn, şrift və mətn fonunun əlavə edilməsi düymələri ekranın yuxarı sağ küncünə köçürülüb. Daha əvvəl bu bu funksiyalar aşağı sol küncdə yerləşdirilirdi.
Bundan əlavə, "statuslar"-ın yaradılması menyusuna sürətli məxfilik parametrləri əlavə edilib. İndi istifadəçilər yerləşdirilən "status"ları kimin görə biləcəyini seçə bilərlər.
“WhatsApp”ın 2.22.11.12 versiyası artıq “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda messencerin beta-testçiləri üçün əlçatandır. Hazırda messencerin stabil versiyasında yenilənmiş menyunun görünmə vaxtı barədə məlumat yoxdur.
- Dünya16 May 2022 22:31
Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ: "Buna görə şadam..."
- Sosial16 May 2022 22:13
Azərbaycanın Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO
- Dünya16 May 2022 20:31
Əfsanəvi "Moskviç" GERİ DÖNÜR: Sobyanin planları açıqladı
- Dünya16 May 2022 19:36
Fransanın yeni Baş nazirinin ADI AÇIQLANDI - FOTO
- Sosial16 May 2022 19:12
Bu ərazilərdə su KƏSİLƏCƏK
- Hadisə16 May 2022 18:42
Bakıda 7 yaşlı məktəbli necə ölüb? - RƏSMİ AÇIQLAMA
- Dünya16 May 2022 17:30
Lukaşenkodan SENSASİON AÇIQLAMA: KTMT ölkələri bir-bir...
- Sosial16 May 2022 16:22
İlham Əliyev Kraliçaya at hədiyyə göndərdi - FOTO