Qədim Azərbaycan irsi Nyu-York sərgisində - Publika.az
Bizi izləyin

Maraqlı

Qədim Azərbaycan irsi Nyu-York sərgisində - FOTO

Gəncə şəhərindən olan iki azərbaycanlı gənc Orxan Məmmədov və Lara Binnet Azərbaycanın mədəni irsini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək ABŞ-ın Nyu-York şəhərində keçiriləcək sərgidə dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar. Belə ki, sözügedən tədbirdə bu iki bacarıqlı gənc öz ana vətənlərinin, eləcə də Məhsəti və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb yaratdıqları Gəncə şəhərinin mədəni irsini süni intellektlə birləşdirərək sərgiləməyə hazırlaşırlar. 

Publika.az xəbər verir ki, dünyanın ən reytinqli universitetlərini bitirən və qabaqcıl şirkətlərin süni intellekt ilə reklam olunmasında yaxından iştirak edən Lara Binnetin babası Mustafayev Mehmet Mikayıl oğlu əslən Goranboy rayonunun Quşçular kəndindən, nənəsi isə Şamaxının Salamzadə nəslindəndir. 

Onun Azərbaycanın qədim mədəni irsinə, azərbaycançılıq məfkurəsinə olan sevgisi, bağlılığı və əmək sərf edərək bu dəyərləri dünyanın gözü önündə yayımlaması da elə öz böyüklərinin əslən bu torpaqdan olmasıdır. Nyu-Yorkun və bütün dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgi hər biri 5 dəqiqə olmaqla 9 özəl sənət əsərinin 45 dəqiqəlik nümayişindən ibarət olacaq. 

Qeyd edək ki, sərgi 27 yanvar, Bakı vaxtı ilə saat 11:30 radələrində baş tutacaq və Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti “Blackdove”ın rəsmi instaqram hesabında izləyicilər üçün canlı yayımlanacaq.

Süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov dünyaya Azərbaycan mədəni irsini çağımızın ən son texnologiya alqoritmi ilə birləşdirən yeganə insanlardandır. Belə ki, O.Məmmədov 2019-cu ildə İtaliyanın Venesiya şəhərində keçirilən 58-ci beynəlxalq dərəcəli Venedik Bienali müasir incəsənət sərgisində Azərbaycan pavilionunu layiqincə təmsil edib. 

Orxan Məmmədov indiyə qədər 150 mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və “Estetikanın dirçəlişi” sərgisində bu günə qədər mövcud olmayan xəyali kilimlər yaradıb.

  • Qədim Azərbaycan irsi Nyu-York sərgisində - FOTO

  • Qədim Azərbaycan irsi Nyu-York sərgisində - FOTO

  • Qədim Azərbaycan irsi Nyu-York sərgisində - FOTO

  • Qədim Azərbaycan irsi Nyu-York sərgisində - FOTO

Aysel Məmmədova
Rəylər
Oxumağa davam et
Reklam

Maraqlı

Bu rənglərin birləşməsi geyiminizi bahalı göstərəcək - FOTO

“Who What Wear” moda portalının redaktoru Maksin Eqqenberqer vizual olaraq bahalı görünüş yarada bilən rəng birləşmələrini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, stilistin fikrincə, rənglərin birləşməsi maya dəyərini azalda bilər və ya əksinə, geyimi daha sərfəli edə bilər. 

Redaktor bildirib ki, bej geyimlər həmişə yaxşı görünür və tünd mavi ilə birlikdə daha nəcib görünəcəklər. Bundan əlavə, o, torpaq tonlarının bir-birinə uyğun olduğunu söyləyib: onların arasında pas və mamır yaşılı çalarlarını ayırıb. 

Eqqenberqer həmçinin qeyd edib ki, qəhvəyi rənglə qızılının uzlaşması xüsusilə zərif görünür, narıncı isə açıq boz ilə daha yaxşı gedir. Bundan əlavə, müəllif qırmızı və çəhrayı geyimlərin, eləcə də mavi və sarı paltarların birləşməsinə diqqət yetirməyi məsləhət görür: “Sarı rəngə yumşaq mavi tonlarla birlikdə pudra rəngləri əlavə edildikdə birləşmə şübhəsiz qəşəng olur”.

Mütəxəssis eyni zamanda ağ-qara geyimləri bütün dövrlərin ən layiqli birləşməsi adlandırıb. Eyni zamanda parlaq çəhrayı ilə qara, sarı ilə bənövşəyi, qırmızı ilə yaşıl ən pis rəng birləşmələri arasında gəlir. 

Məlumat üçün bildirək ki, “Daily Mail”in moda redaktoru Linda Kelsi narıncını 2022-ci ilin ən isti rəngi adlandırıb. Deyilənə görə, narıncı çalarları bütün dünyada məşhurlar arasında geniş populyarlıq qazanıb. Onların pərəstişkarları arasında müğənni Karli Kloss, aktrisa Lili Kollinz və Kembric hersoginyası Keyt Middlton da var.


Oxumağa davam et

Maraqlı

Britaniyada 2 uşaq atası sığınacaq verdiyi ukraynalı qızla qaçdı

Britaniyada 29 yaşlı 2 uşaq atası Toni hamını heyrətə gətirib.

Publika.az  Kult.az-a istinadla xəbər verir ki, müharibə başlayandan sonra Lvov şəhərindən Britaniyaya qaçan Sofiya Karkadım Toni və həyat yoldaşı Lorna tərəfindən evlərinə dəvət olunub.

Cəmi 10 gün sonra isə Toni Sofiyanı sevdiyini bildirərək, onunla birlikdə qaçıb.

22 yaşlı Sofiya Tonini görən kimi ona aşiq olduğunu bildirib.

“Çox tez oldu, amma bu bizim sevgi hekayəmizdir. Bilirəm ki, insanlar mənim haqqımda pis düşünəcəklər. Toninin necə bədbəxt olduğunu görürdüm”, - deyə ukraynalı qız deyib.

Toni isə hisslərini bu cür etiraf edib:

“Sofiya ilə əvvəllər heç vaxt yaşamadığım bir əlaqə kəşf etdim. Həyatımızın qalan hissəsini birlikdə planlaşdırırıq”.

Oxumağa davam et

Maraqlı

Van pişiyi haqqında məlumatınız var?

Pişiklərin ən gözəli və bənzərsizi Türkiyənin şərqində, xüsusilə Van gölündə yaşayan saf cins pişik növü olan Van pişiyidir.

Publika.az xəbər verir ki, onun ən əhəmiyyətli xüsusiyyəti genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. 

Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğuna bənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digər pişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir. Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştahla yeyir və sudan qorxmur. Üzməyi sevir. Ovçuluq instinktləri yaxşı inkişaf edib. Yeməkdən əvvəl pəncələri ilə yeməyin hərarətini yoxlaması təqdirəlayiqdir.

1992-ci ildə Van 100-cü İl Universiteti Van pişiklərinin genetik, morfoloji və fizioloji xüsusiyyətlərini qorumaq üçün Van Pişikləri Araşdırma Mərkəzini (VKAM) qurub. Mərkəz saf cins pişiklərlə yanaşı, ailələrin saxladığı pişikləri də izləyir.

Könüllü olaraq suya girən və bundan həzz alan Van pişiyi bu maraqlı xüsusiyyəti ilə digər pişiklərdən fərqlənir. Pişiklər tez-tez müxtəlif mühitlərə uyğunlaşmaqda çətinlik çəkirlər və dəyişiklikləri sevmirlər. Lakin Van pişiyi dəyişən mühitə tez uyğunlaşır.

O, bədən quruluşuna görə hündür, əzələli və güclüdür. Siçanları ovlamaqla yanaşı, mehriban davranışı ilə də sevilən və baxılan ev heyvanına çevrilib.

Oxumağa davam et
Reklam

Gündəm