Avto
Türkiyənin ilk yerli AVTOMOBİLİNİN möhtəşəm görüntüsü - FOTO/VİDEO

Türkiyənin yerli avtomobilinin növbəti videosu və salonundan görüntü paylaşılıb.
Publika.az xəbər verir ki, videoda avtomobilin elektrik 4X4 sistemi, batareyalar və 4 təkərdə olan elektrikli mühərriki ön plana çıxıb.
Avtomobilin içərisi dəri və qara taxta qarışığı sükan, bütöv dəri və bej oturacaqlar, salonun işıqlandırma sistemi, alüminiumdan hazırlanmış diffuzorlar, 4 avtomatik şüşə və Səlcuq memarlıq arxitekturasından olan fiqurlardan ibarətdir.
Məhərrəm Əliyev
Avto
Ankaradan KRİTİK AÇIQLAMA: "Bu olmadan müharibəyə son qoymaq mümkün deyil"

"Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, Qərb dövlətləri ilə də danışıqlar masası arxasına oturmaq istəyir. Bu, Moskvaya yeni böyük saziş bağlamaq üçün lazımdır".
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturub yeni böyük saziş bağlamaq istəyir. Sual həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin bir strateji hesablama var ki, bura Ukrayna da daxildir. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və son nəticədə müharibəyə son qoymaq mümkün deyil", - Kalın qeyd edib.
O bildirib ki, danışıqların mümkün olması üçün bütün tərəflərin, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdırlar:
"Ankara avropalı və amerikalı diplomatlarla intensiv danışıqlar aparır. Həmçinin Rusiya və Ukrayna dövlət başçılarının üzbəüz görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək, danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi uzun bir yol keçib, lakin liderlərin görüşməsi üçün müəyyən vaxt lazım ola bilər. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir göstərdi. Amma biz səbir və əzmlə müharibə yolu ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik".
Avto
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az- a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Ümumilikdə 40-dan çox sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.
Avto
Bakının bu yollarında SIXLIQ VAR

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.
Qeyd olunub ki, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şossesi – Avtovağzal – Mərkəz istiqamətində sıxlıq
2. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
3. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti (Tunel) istiqamətində sıxlıq
4. Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi və Koroğlu metro stansiyası istiqamətində sıxlıq
5. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində sıxlıq
6. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq
7. Heydər Əliyev prospekti – Kənar yol – Mərkəz istiqamətində sıxlıq
8. Üzeyir Hacıbəyli küçəsi – Mərkəz istiqamətində sıxlıq
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq
- Maqazin21 May 2022 15:00
Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” - VİDEO
- Hadisə21 May 2022 14:24
Polis hamilə qadını xəstəxanaya belə çatdırdı - VİDEO
- Maqazin21 May 2022 14:15
Cabbarov “Parni iz Baku”nun hədəfində: 2027-ci il... - VİDEO