Bütün Türkiyənin gözü ora dikilmişdi - BAŞ TUTDU/VİDEO (YENİLƏNDİ) - Publika.az
Bizi izləyin

Avto

Bütün Türkiyənin gözü ora dikilmişdi - BAŞ TUTDU/VİDEO (YENİLƏNDİ)

Türkiyənin ilk elektrik mühərrikli avtomobilinin təqdimat mərasimi başa çatıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə bunları deyib: “Tarixi bir günə, Türkiyənin 60 illik yuxusunun gerçəyə çevrilməsinə şahidlik edirik”.

Qeyd edək ki, maşına “Türkiyənin avtomobili” adı verilib.

***

Türkiyənin ilk elektrik mühərrikli avtomobilinin təqdimat mərasimi keçirilir.

Publika.az
xəbər verir ki, avtomobil 30 dəqiqə ərzində 80% enerji yığacaq.



Daxili elektrikli modul platforması ilə 300-500 kilometr aralığındakı seçimlərlə daimi olaraq mərkəzə bağlanacaq və yeniləmələri 4G/5G bağlantısı ilə uzaqdan qəbul edəcək.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimat mərasiminin keçiriləcəyi “İnformasiya Vadisi”nə gəlib.

Məhərrəm Əliyev

Rəylər
Oxumağa davam et
Reklam

Avto

Ankaradan KRİTİK AÇIQLAMA: "Bu olmadan müharibəyə son qoymaq mümkün deyil"

"Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, Qərb dövlətləri ilə də danışıqlar masası arxasına oturmaq istəyir. Bu, Moskvaya yeni böyük saziş bağlamaq üçün lazımdır".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturub yeni böyük saziş bağlamaq istəyir. Sual həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin bir strateji hesablama var ki, bura Ukrayna da daxildir. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və son nəticədə müharibəyə son qoymaq mümkün deyil", - Kalın qeyd edib.

O bildirib ki, danışıqların mümkün olması üçün bütün tərəflərin, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdırlar:

"Ankara avropalı və amerikalı diplomatlarla intensiv danışıqlar aparır. Həmçinin Rusiya və Ukrayna dövlət başçılarının üzbəüz görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək, danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi uzun bir yol keçib, lakin liderlərin görüşməsi üçün müəyyən vaxt lazım ola bilər. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir göstərdi. Amma biz səbir və əzmlə müharibə yolu ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik".

Oxumağa davam et

Avto

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az- a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Ümumilikdə 40-dan çox sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Oxumağa davam et

Avto

Bakının bu yollarında SIXLIQ VAR

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.

Qeyd olunub ki, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şossesi – Avtovağzal – Mərkəz istiqamətində sıxlıq

2. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

3. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti (Tunel) istiqamətində sıxlıq

4. Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi və Koroğlu metro stansiyası istiqamətində sıxlıq

5. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində sıxlıq

6. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. Heydər Əliyev prospekti – Kənar yol – Mərkəz istiqamətində sıxlıq

8. Üzeyir Hacıbəyli küçəsi – Mərkəz istiqamətində sıxlıq

Oxumağa davam et
Reklam

Gündəm