Xəbərlər - Publika.az
Bizi izləyin

Avto

Azərbaycanda maşın almaq istəyənlərə BƏD XƏBƏR - Ekspert AÇIQLADI

Bu il yanvar ayının 1-dən Vergi Məcəlləsinə avtomobillərlə bağlı edilən dəyişikliklər qüvvəyə minib. Son dəyişikliklər avtomobil bazarına da təsir göstərəcək.

Publika.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı bu ildən başlayaraq növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edildi: "Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

Digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir".

Ekspert qeyd edib ki, hibrid və elektron avtomobillərin əlavə dəyər vergisindən azad olunmasının əsas iki səbəbi var. Birincisi yol hərəkətinin təhlükəsizliyi, ikincisi isə ətraf mühitin qorunmasıdır. Hibrid və elektron avtomobillərin əlavə dəyər vergisindən azad olunması onların qiymətində azalmalar gətirib çıxaracaq.

"Sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar istisna edilmir. Belə ki, ƏDV-dən azadolma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin idxalı ilə yanaşı, satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq”, - o bildirib.

İqtisadçı Vüqar Bayramov isə qeyd edib ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər iqtisadi baxımdan anlaşılandır.

"Məqsəd hibrid və elektron avtomobillərə marağı artırmaq və mühərriki böyük olan və ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır. Bu ekoloji və yol təhlükəsizliyi baxımdan da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını və volatilliyin yüksək olduğunu nəzərə aldıqda hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur.

Bunun da əsas iki səbəbi var. Birincisi yol hərəkətinin təhlükəsizliyi, ikincisi ətraf mühitin qorunması. İrimühərrikli avtomobillərin aksiz vergisi artırılır ki, vətəndaşlar kiçikmühərrikli, atmosferi az çirkləndirən avtomobillərə üstünlük versinlər. Düşünmürəm ki, elktromobillərin qiyməti çox ucuzlaşacaq. Çünki elektromobil çox bahalı avtomobildir. Üç il sınaq müddətidir. Ola bilər ki, üç il sonra ölkəmizdə avtomobillərin əksəriyyəti elektromobil olsun. Elektromobillərin ölkəmizdə az olmasının əsas səbəbləri onların maddi-texniki bazasının, eləcə də usta, servis xidmətinin zəif olmasıdır.

Rəylər

Avto

Avtomobillərin qiyməti bahalaşdı - VİDEO

Avtomobillərin qiymətlərində artım müşahidə olunur.

Publika.az xəbər verir ki, bazara çıxarılan avtomobillərin əksəriyyəti günlərlə, bəzən isə həftələrlə alıcı üzünə həsrət qalır. Satıcılar alıcı qıtlığından narazıdır, alıcılar isə qiymətlərdən...

Ekspertlərin fikrincə, buna səbəb 2022-ci il yanvarın 1-dən qüvvəyə minən bəzi qaydalardır, lakin mart ayından sonra avtomobil bazarında vəziyyət stabilləşəcək.

Həmin videonu təqdim edirik:

Oxumağa davam et

Avto

Azərbaycanda "Teknofest" festivalının keçiriləcəyi TARİX AÇIQLANDI

Növbəti dünyanın ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Publika.az xəbər verir ki, bununla əlaqədar festival çərçivəsində "Texnoloji müsabiqələrə" qeydiyyat başlayıb. Müsabiqlərə həmçinin beynəlxalq iştirakçılara da açıq olacaq.

Hər bir müsabiqə üçün son müraciət tarixləri fərqlidir. Müsabiqələr üzrə ətraflı məlumatı www.teknofest.az saytından əldə etmək olar.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Oxumağa davam et

Avto

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə MÜRACİƏT ETDİ

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mövcud hava şəraiti ilə bağlı şərnişinlərə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. 

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var. Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik. 

Anlayışınız üçün təşəkkürümüzü bildiririk! 

Oxumağa davam et

Gündəm