Xəbərlər - Publika.az
Bizi izləyin

Avto

Avtomobil alarkən diqqətli olun - Ekspertdən XƏBƏRDARLIQ

İnternet üzərindən avtomobil almaq istəyən şəxslər zaman-zaman dələduzluqla üzləşir. Belə ki, ucuz avtomobil almaq istəyən şəxs ona sərf edəcəyini fərz edib avtomobil sahibinə kart vasitəsiylə öncədən müəyyən məbləğdə pul köçürür. Bununla da vətəndaşın dələduzluğun qurbanı olma ehtimalı yüksəlir.

Publika.az xəbər verir ki, bununla bağlı "Trend"ə danışan nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, avtomobilə yerində baxış keçirmədən öncə beh göndərilməməlidir.

"Belə ki, vətəndaş elanda avtomobilin dəyərindən ucuz qiymətə satıldığını görür. Hansısa şəxs elan verir ki, təcili pul lazım olduğu üçün avtomobili ucuz satır, buna görə də almaq istəyənin çox olduğunu bildirir; əgər müştərinin fikri ciddidirsə, beh göndərsin. İnandırıcı olmaq üçün də öz şəxsiyyət vəsiqəsini, öz adına olan bank kartının və avtomobilin texniki şəhadətnaməsinin şəklini göndərir. Halbuki, diqqətlə baxanda görünür ki, texniki şəhadətnamə saxtadır. Lakin avtomobili almaq istəyən şəxs bunun fərqində olmur və behi göndərir. Pulu alan dələduz aradan çıxır. Bu halda dələduzu tapmaq üçün polisə müraciət etmək lazımdır", - deyə ekspert qeyd edib.

Rəylər

Avto

Nazir azad edilmiş ərazilərə açılan avtobus marşrutlarından YAZDI

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesabında qeyd edib.

"Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır. İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək", - R.Nəbiyev qeyd edib.

Oxumağa davam et

Avto

Bu avtobusların hərəkət sxemi DƏYİŞDİ

M8 Maştağa - Gənclik metrostansiyası ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib. Yəni Maştağa qəsəbəsi - Gənclik metrostansiyası istiqamətində avtobusların hərəkəti 19 yanvar tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.

Oxumağa davam et

Avto

Azərbaycanda bəzi səhmlər təkrar hərraca çıxarılacaq

Fevralın 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) təkrar pul hərracı keçirəcək. Sputnik Azərbaycan qurumun saytına istinadla xəbər verir ki, hərracda "Bərdə Mexaniki Təmir", "Beyləqan Buzxana", "Salyan Broyler", "Tovuz Məişət", "Goranboy Aqrotexservis" və "Zaqatala Fındıq" ASC-lərin səhmləri satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalana qədər qəbul olunacaq.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Oxumağa davam et
Reklam

Gündəm