Xəbərlər - Publika.az
Bizi izləyin

Avto

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə MÜRACİƏT ETDİ

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mövcud hava şəraiti ilə bağlı şərnişinlərə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. 

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var. Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik. 

Anlayışınız üçün təşəkkürümüzü bildiririk! 

Rəylər

Avto

Nazir azad edilmiş ərazilərə açılan avtobus marşrutlarından YAZDI

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesabında qeyd edib.

"Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır. İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək", - R.Nəbiyev qeyd edib.

Oxumağa davam et

Avto

Bu avtobusların hərəkət sxemi DƏYİŞDİ

M8 Maştağa - Gənclik metrostansiyası ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib. Yəni Maştağa qəsəbəsi - Gənclik metrostansiyası istiqamətində avtobusların hərəkəti 19 yanvar tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.

Oxumağa davam et

Avto

Azərbaycanda bəzi səhmlər təkrar hərraca çıxarılacaq

Fevralın 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) təkrar pul hərracı keçirəcək. Sputnik Azərbaycan qurumun saytına istinadla xəbər verir ki, hərracda "Bərdə Mexaniki Təmir", "Beyləqan Buzxana", "Salyan Broyler", "Tovuz Məişət", "Goranboy Aqrotexservis" və "Zaqatala Fındıq" ASC-lərin səhmləri satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalana qədər qəbul olunacaq.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Oxumağa davam et
Reklam

Gündəm