Nazir azad edilmiş ərazilərə açılan avtobus marşrutlarından YAZDI - Publika.az
Bizi izləyin

Avto

Nazir azad edilmiş ərazilərə açılan avtobus marşrutlarından YAZDI

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesabında qeyd edib.

"Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır. İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək", - R.Nəbiyev qeyd edib.

Rəylər
Oxumağa davam et
Reklam

Avto

Ankaradan KRİTİK AÇIQLAMA: "Bu olmadan müharibəyə son qoymaq mümkün deyil"

"Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, Qərb dövlətləri ilə də danışıqlar masası arxasına oturmaq istəyir. Bu, Moskvaya yeni böyük saziş bağlamaq üçün lazımdır".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturub yeni böyük saziş bağlamaq istəyir. Sual həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin bir strateji hesablama var ki, bura Ukrayna da daxildir. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və son nəticədə müharibəyə son qoymaq mümkün deyil", - Kalın qeyd edib.

O bildirib ki, danışıqların mümkün olması üçün bütün tərəflərin, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdırlar:

"Ankara avropalı və amerikalı diplomatlarla intensiv danışıqlar aparır. Həmçinin Rusiya və Ukrayna dövlət başçılarının üzbəüz görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək, danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi uzun bir yol keçib, lakin liderlərin görüşməsi üçün müəyyən vaxt lazım ola bilər. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir göstərdi. Amma biz səbir və əzmlə müharibə yolu ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik".

Oxumağa davam et

Avto

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az- a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Ümumilikdə 40-dan çox sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Oxumağa davam et

Avto

Bakının bu yollarında SIXLIQ VAR

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.

Qeyd olunub ki, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şossesi – Avtovağzal – Mərkəz istiqamətində sıxlıq

2. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

3. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti (Tunel) istiqamətində sıxlıq

4. Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi və Koroğlu metro stansiyası istiqamətində sıxlıq

5. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində sıxlıq

6. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. Heydər Əliyev prospekti – Kənar yol – Mərkəz istiqamətində sıxlıq

8. Üzeyir Hacıbəyli küçəsi – Mərkəz istiqamətində sıxlıq

Oxumağa davam et
Reklam

Gündəm