İblis bilib yandırdığı adam atası çıxdı - Publika.az
Bizi izləyin

Maraq dünyası

İblis bilib yandırdığı adam atası çıxdı

Böyük Britaniyalı qız atasını bağlı saxladığı eviyandırıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbərverir ki, Emma Sadler adlı qız bu əməlinin səbəbini evin yerləşdiyiyerin lənətlənmiş olması ilə izah edib. Kişi isə yanğın zamanıtüstüdən boğulub ölüb. Emmanı birbaşa müalicə aldığı psixixəstəxanadan həbsə alıblar.

Məhkəmədə bildirilib ki, 28 yaşlı qız atasını bağladığı doğmaevini yandırarkən qəhqəhə çəkirmiş. Halbuki onları tanıyanlar atailə qızının yaxşı yola getdiyini deyirdilər.

Hadisədən bir müddət əvvəl qonşular və yoldan ötənlər qızınpəncərədən bağıra-bağıra bu sözləri dediyini eşidiblər: “Xahişedirəm, başqaları kimi olmayın. Gözünüzdəki pərdəni götürün.Aramızda iblislər var”.

Faciəyə bir gün qalmış atası qızını çox həyəcanlı vəziyyətdə evəgətirib. Ertəsi gün atası təcili yardım çağırsa da, vaxtındagəlməyib. Tezliklə şahidlər evdə yanğın çıxdığını və yaxınlıqdadayanan qızın əlində şam tutduğunu görüblər.

Şəfiqə ŞƏFA

Rəylər
Oxumağa davam et
Reklam

Maraq dünyası

Həyatınızdakı kişi səhv seçimdirsə, bədəniniz belə reaksiya verəcək - VİDEO

Bədənimiz müxtəlif işarələr ötürərək bizə özümüz haqqında müəyyən mesajlar verir. Ancaq bir çox insan xroniki stress və xaos içində yaşadığından bədəninin səsini eşitmir və onun nə demək istədiyini anlamır.

Publika.tv bu yazıda oxucuları səhv insanla münasibət quran qadın bədəninin göstərdiyi reaksiyalarla tanış edir:

Oxumağa davam et

Maraq dünyası

Bakıda havada yanaraq yerə düşən obyekt nədir? - AÇIQLAMA (VİDEO)

Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.

Məlumata görə, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən görünüb.

Bununla bağlı sualı Trend-ə Azərbaycan ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.

O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cismləri mövcuddur. Müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.

"Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdə olur. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cism bu tip cismlərdəndir" - deyə qurum rəsmisi bildirib.

Oxumağa davam et

Maraq dünyası

İlon Maskın 1 yaşlı oğlu diqqət mərkəzində

Bu yaxınlarda “Time” jurnalının ilin adamı elan etdiyi İlon Mask Nyu-Yorkda keçirilən təmtəraqlı mərasimə tək deyil, bir yaş yarımlıq oğlu ilə birlikdə qatılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Tesla və Space X”-in yaradıcısı ilə oğlu mərasimdə iştirak edənlərin əsas diqqət obyektinə çevrilib. “Time” jurnalının sahibi Mark Benioff hətta İlon və oğlunun videosunu paylaşaraq “Nyu-Yorka xoş gəlmisiniz, X Æ A-12 və Mask” sözlərini yazıb.

Xatırladaq ki, iş adamı ilə müğənni Qraymsın oğlu - X Æ A-12 mayda dünyaya gəlib. Cütlüyün verdiyi açıqlamalara görə, X Æ A-Xii adının mənası belədir: X bilinməyən bir dəyişkən, Æ süni intellektin Orta əsr İngilis dilində tələffüzü, A-12 cütlüyün ən sevimli təyyarə modelidir. A hərfi də Qraymsın ən sevdiyi mahnı olan “Archangel” adlı bir mahnıdan gəlir.

Oxumağa davam et
Reklam

Gündəm