Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO - Publika.az
Bizi izləyin

İnanc

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir.

Mayın 11-i üçün namaz vaxtları:

Sübh azanı 03:54
Zöhr azanı 12:37
Əsr azanı 17:38
Məğrib azanı 20:01
İşa azanı 21:14

28-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!”

Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Rəylər
Oxumağa davam et
Reklam

İnanc

Həcc ziyarətinin şok qiymətləri - QMİ SƏBƏBLƏRİ açıqladı

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il İslamın 5 əsas şərtindən birini yerinə yetirmək üçün azərbaycanlı zəvvarlar 9106 manatından keçməlidirlər. 

Amma Həcc ziyarətinə getmək istəyənlər qiymətlərin baha olmasından şikayətlənirlər. Onlar hacı adı almaq və İslamın əsas şərtini yerinə yetirmək üçün bu məbləğin çox olduğunu dilə gətirirlər. 

2022-ci il üçün Səudiyyə Ərəbistanından Azərbaycana 680 nəfərlik kvota verilib. Bu da əvvəlki illərlə müqayisədə azdır. 

Bir çoxları hesab edir ki, qiymətləri Azərbaycan tərəfini təmsil edən aidiyyəti qurumlar “şişiriblər”. 

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Publika.az-a bildirdi ki, Həcc qiymətlərinin bahalaşması Səudiyyə Ərəbistanı hökumətinin qərarıdır:

“Məhz onlar bu il qiymətləri çox qaldırıblar. Eyni zamanda əlavə dəyər vergiləri də çox qalxıb, Həcc ziyarətlərinin qiymətlərinin bahalaşmasının əsas səbəbi bununla əlaqədardır. Digər tərəfdən, bahalaşmanın səbəblərindən biri də dünyada baş verən proseslərdir. Yəni bütün dünyada iqtisadi vəziyyət yaxşı deyil. Yəqin ki, Rusiya-Ukrayna müharibəsinin də bu məsələyə təsiri var. Səudiyyə Ərəbistanında da bahalaşma mövcuddur. Qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri də post-pandemiya dövrüdür. Bu dövrdə zəvvarların sayı azdır. Bizim kvotanı az götürməyimizin səbəbi isə vaxt azlığı ilə əlaqədardır. Həcc qiymətlərinə Azərbaycan tərəfinin, daha dəqiq desək, Qafqaz Müsəlmanları İdarəsinin təsir imkanları yoxdur”.

QMİ rəsmisi əlavə etdi ki, qiymətləri Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi təyin edir:

“Onlar öz milli valyutaları olan rialla qiymətləri müəyyənləşdirirlər. Qiymətləri də, zəvvarların yaş məhdudiyyətləri ilə bağlı məsələləri də onlar tənzimləyirlər. Biz də onların qoyduğu qaydalara əməl edirik. Başqa cür mümkün deyil. Bu il bizim üçün ayrılan kvotanın dolmasına ümid edirik. Onu da qeyd edim ki, hələ biz Azərbaycanda qiymətləri minimal olaraq götürürük. Məsələn, əldə etdiyimiz məlumatlara görə, qonşu ölkələrin çoxunda Həcc qiymətləri 6 min dolları ötür. Zəvvarlar özləri də ziyarətə gedəndə bunu biləcəklər. Ziyarətə getdikdən sonra da zəvvarlara Qurban kəsmək, hədiyyə almaq kimi bəzi xərclər üçün əlavə pul vəsaiti lazım olacaq”. 

Oxumağa davam et

İnanc

Həyatınızda hər şeyin pis olmasının səbəbləri

Psixiatr və tibb elmləri doktoru Dmitrios Çatris istəkləri ram etməyin yollarından danışıb və bildirib ki, buna sahib olduqlarımızdan zövq almaqla başlamaq olar. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Psychology Today” jurnalı üçün yazdığı məqalədə o, məqsədə çatmağın zehni rifahı necə pozduğunu və nailiyyət qazanmaq çabasının bədbəxt həyatın əsas səbəblərindən birinə çevrildiyini deyib.

Çatris qeyd edib ki, daim daha çox şeyə nail olmaq istəyi insana əcdadlarından miras qalan instinkt kimidir: “Biz sahib olduqlarımızla kifayətlənmək üçün yaradılmamışıq. Biz instinktiv olaraq daha çox istəyirik. Bu, əcdadlarımıza aclıq dövründə sağ qalmaq üçün çoxlu qida ehtiyatı toplamağa kömək etdi”. 

Dəyişən zaman və həyat şəraitinə baxmayaraq, psixiatrın fikrincə, insanlar hələ də lazım olandan artığını əldə etməyə, yalnız vəhşi təbiətdə deyil, cəmiyyətdə də sağ qalmaq üçün çalışırlar: “Bu gün biz daha çox pul qazanmaq, yeni ev almaq, sosial mediada daha çox izləyici toplamaq və mümkün qədər çox insanı sevindirmək istəyirik. Bunların baş verməməsi bizi narahat edir

Mütəxəssisin fikrincə, bu fenomen insanın sahib olduqlarından məmnunluq almasına mane olur, nəticədə narahatlığa gətirib çıxarır və həyat keyfiyyətini pisləşdirir. Çatris sevinc tapmağın yolunu və bu anda özünü xoşbəxt hiss etməyə kömək edəcək tövsiyələri paylaşıb. 

Birincisi, Çatris vəziyyətləri real qiymətləndirməyi və onların reallığa adekvat uyğunluğu üçün şəxsi gözləntiləri təhlil etməyi tövsiyə edir: əgər məqsəd əlçatmazdırsa, ondan məmnunluq əldə etmək işləməyəcək.

İkincisi, psixiatr başqa insanların həyatındakı uğurlara diqqət yetirməməyi və prioritetləri düzgün təyin etməyi məsləhət görür. O qeyd edir ki, bir insanın adətən bir neçə sosial rolu var, buna görə də yalnız yaxşı işçi rolunu oynayaraq, qayğıkeş həyat yoldaşı və ya ananızın ən yaxşı oğlu rolunu tez itirə bilərsiniz.

Bundan əlavə, yeni məqsədlərə nail olmaq arasında Çatris həyatı həqiqətən yaxşılaşdıran kiçik hadisələri müşahidə etməyi və qiymətləndirməyi tövsiyə edir: 

“Gündəlik həyatımız məmnunluq tapmaq üçün saysız-hesabsız imkanlarla doludur. Bu, günəşli bir səhərdə quşların nəğməsi, sevilən bir insanla gülüş və ya gərgin bir günün sonunda bir neçə dəqiqəlik sükutdan həzz almaq ola bilər. Əsas məqamı yaşamalısan ki, həzz ala biləsən”.

Oxumağa davam et

İnanc

İsveç və Danimarkada Quranın yandırılması... - Şeyxdən MÜNASİBƏT

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə son günlərdə İsveç və Danimarkada Qurani-Kərim kitabının yandırılmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, o, dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutunun son günlərdə İsveç və Danimarkada müqəddəs Qurani-Kərim kitabının yandırılması cəhdlərinin olduğunu bilidirib.

“Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, eləcə də ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiyanı, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Zati-Müqəddəsləri Roma Papası Fransiskin bununla əlaqədar dünya birliyinə etdiyi çağırışına hamımız qoşulmalıyıq: “...bəsdir, dayanın, silahlar sussun, sülh işi ilə məşğul olaq!”. Ümidvaram ki, bu təşəbbüslər beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir, inşallah!” - QMİ sədri vurğulayıb.

Oxumağa davam et
Reklam

Gündəm