Xəbərlər - Publika.az
Bizi izləyin

İnanc

Məhərrəmlikdə toy edənlər bədbəxt olur, uşaqları xəstə doğulur? - Hacı Şahin AÇIQLADI (VİDEO)

Video əlavə olunub.

***

Tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli mediaya açıqlamasında deyib ki, Məhərrəm ayında toy edənlərin 99 faizi xoşbəxt olmayacaq. Üstəlik, onların uşaqları xəstə doğulacaq.

Doğrudanmı belədir? Doğrudanmı dində Məhərrəm ayında toy edib-etməməklə bağlı bir ayə, sürə, hökm mövcuddur?

Məsələ ilə bağlı tanınmış ilahiyyatçı, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənlinin fikirlərini öyrənməyə çalışdıq.

QMİ nümayəndəsi Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında deyib ki, Məhərrəm ayında toy etmək qadağalar kateqoriyasına daxil deyil:

“Olar-olmaz məsələsi də deyil, şəriətimiz buna icazə verir, hal-haram mövzusu deyil, bu könül, qəlb məsələsidir. Kərbəla faciəsi uzun müddətdir ki, geniş şəkildə qeyd olunur. Çünki faktiki olaraq Peyğəmbər ailəsinə qarşı soyqırımı həyata keçirilib. Yəni burada söhbət Peyğəmbərimizin övladlarından gedir. Özlərini müsəlman adlandıran şəxslərin Peyğəmbərin övladları – südəmər körpədən 90 yaşlı kişiyə qədər qılıncdan keçirilib – amansızlıqla qətlə yetirilib. Burada məqsəd peyğəmbər soyunu yer üzündən silmək olub. Ona görə də bu, tarixdə özünəməxsus yer tutan bir hadisədir. Əsrlər keçdikcə insanlar könüllü olaraq şadlıq mərasimlərindən imtina ediblər. Ona görə də məhərrəmlikdə toy etməmək könül məsələsidir”.

Hacı Şahin Həsənlinin fikrincə, bu, o qədər böyük bir faciədir ki, bunu anmaq məqsədilə həmin hadisəyə ehtiram əlaməti olaraq insanlar bu ayları ağır ay kimi qəbul ediblər:

“Ona görə də toy etməyi məqəsədəuyğun saymayıblar. Toydan, şadyanalıqdan imtina ediblər. Təsəvvür edin, bizim yaxın, əziz bir insanımız dünyadan köçdükdə demirlər ki, toy etmək olmaz. Sadəcə olaraq bu, bizim ürəyimizdən gəlir. Ona görə də Kərbəla faciəsinin mahiyyətinə uyğun olaraq Məhərrəm və Səfər aylarında toy etməyiblər. Səfər ayında da bizim Peyğəmbərimiz (s.ə.v) vəfat günüdür. İnsanlar da bu günlərdə şadlıq etməkdən çəkiniblər. Bunun üçün hökmə ehtiyac yoxdur ki, dinimiz, Qurani-Kərim bunu haram buyurub. Məhərrəmlikdə toy və şadyanalıq etmək həmin kateqoriyaya aid olan məsələ deyil. Heç kəsi buna məcbur etməyiblər. Məhərrəmlikdə toy etməmək haqqında kimsə nəsə deməyib və yaxud toy edənlər cəzalanacaq – ifadəsini kimsə işlətməyib. Sadəcə olaraq bu insanların könüllü seçimidir. Mən də hesab edirəm ki, Peyğəmbər ailəsinə, dinimizə sayğı əlaməti olaraq bu ənənə elə davam etsə, daha yaxşı olar”.

"Məhərrəm ayında toy edənlərin uşaqları xəstə doğulur" - sualına ilhaiyyatçı əlbəttə, mən bu barədə - Məhərrəm ayında toy edənlərin uşaqlarının aqibətinin necə olacağı ilə bağlı qəti bir şey deyə bilmərəm, - deyə cavab verib:

“Heç kimə bəla arzu etmirik. Hər halda bu barədə biz dəqiq nəsə deyə bilmərik ki, belə olacaq, elə olacaq. Burada söhbət mənəvi öhdəlikdən gedir. Vacib deyil ki, insanlar hansısa cəza ilə qarşılaşsın, sonra bu əməli tərk eləsin. Bu, bir qəlb, könül məsələsidir. Mən adıçəkilən məsələyə daha çox bu yöndən yanaşmağın tərəfdarıyam. Hesab edirəm ki, xalqımızın Məhərrəm və Səfər aylarında toy etməməsi millətimizin müdrikliyindən qaynaqlanan bir məsələdir. Hədislərdə də var ki, hər kimin Aşura günü qəm günü olarsa, qiyamət günü onun üçün bayram günü olar. Bu, fərqli bir qəmdir. Acizliyin, zəlilliyin qəmi deyil. Əksinə, insana insani duyğular, mərhəmət hissi aşılayır. İnsanlar burada qəhrəmanlara yanır, aciz insanlara yox, fədakar insanlara yanır, acı duyur. İstər-istəməz qəlb riqqətə gəlir, gözdən yaş axırsa, qəmlənirsə, bunu pozitiv bir qəm adlandıra bilərik. Yəni, bu xalq Peyğəmbər ailəsinin qəmini öz şəxsi matəminə çevirirsə, düşünürəm ki, bu, böyük xalqdır. Bu, müsbət bir xüsusiyyətdir. Daha yaxşı olar ki, bu mövzuya fəlsəfi, irfani konteksdən yanaşaq. Amma Məhərrəm ayında toy edənləri nə gözləyir məsələsi ilə bağlı bir söz deyə bilmərəm”.

Tural Turan

Rəylər

İnanc

Məşhur psixoloqdan uğur formulu - Bu cümlələri hər səhər oxuyun!

Kliniki psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva günümüzün yaxşı keçməsi üçün hər səhər bizi ruhlandıran cümlələri təkrar etməyi təklif edib. 

Publika.az xəbər verir ki, psixoloq bu cümlələrdən bir neçəsini sosial şəbəkədə paylaşıb. 

- Gec verilmiş düzgün qərar artıq yanlış qərardır.

- Uğurun formulu: hamı yatanda sən öyrən; hamı avaralananda sən işlə; hamı oynayanda sən hazırlaş.

- Tez zamanda əməklərinin qarşılığını almaq istəyənlər pinəçi olsun.

- Hər zaman ən çətin yolu seçin, orda rəqibiniz olmayacaq.

- Əgər təhsilin bahalı olduğunu düşünürsünüzsə, cəhalətin qiymətini öyrənməyə çalışın.

- Əgər yeganə məqsədiniz zəngin olmaqdırsa, bu, heç vaxt baş tutmayacaq.

- İnsanlar zəngin olmaq istəmir, insanlar başqalarından daha zəngin olmaq istəyir.

- Mənə işlədiyini demə, nə qazandığını göstər.

- İşini yaxşı bilən insanları işə götürüb onlara necə işləyəcəklərini deməyin, icazə verin onlar sizə işin necə görülməli olduğunu göstərsin.

- Bəllidir ki, işin 80 faizini cəmi 20% insan icra edir. Bu yaxınlarda məlum olub ki, 80% insan o 20 faizin içində olduğunu düşünür.

- Hər zaman hər şeyi bilən insan yerinə şövqlə çalışan insanı seçin.

- Məqsədiniz nə olursa-olsun, yalnız əmək sərf etdiyiniz təqdirdə onu əldə edə biləcəksiniz.

- Bazar iqtisadiyyatı stabil deyil, özünüzə yatırım edin.

Oxumağa davam et

İnanc

Məşhur rejissordan həyat sevincini geri qaytaran PRİNSİP

Rusiyanın 81 yaşlı tanınmış kino rejissoru və siyasətçisi Andrey Konçalovskinin sadə həyat prinsipi yaşam sevincini bizə geri qaytarır. 

Publika.az oxucuları məşhur rejissorun hikmətli fikirləri ilə tanış edir:

Öyrəndikcə yaşayırıq. Yeni biliklərdən həzz alırıqsa və həyat bizi təəccübləndirirsə, demək ki, biz hələ gəncik. Mən sizə başqalarından daha yaxşı olmağın sadə bir yolunu təklif etmək istəyirəm: doktrinaya, manipulyasiyaya qapılmayın. Başqaları kimi olmayın və istənilən vəziyyətdə öz fikrinizi bildirin. Düzdür, fikrə sahib olmaq üçün özün də məlumatlı olmalısan. 

Və yenə də, mənə elə gəlir ki, hər yaşda insan əvvəllər dadmadığı və çoxlarının həzz almadığı bir şeydən həzz almağa çalışmalıdır. Onu yeni həzzə aparan yolu tapmayan və bunun üçün səy göstərməyən insanlara yazığım gəlir. Klassik musiqiyə qulaq asmayan insanlara yazığım gəlir. Amma onlar klassik musiqiyə cahil olduqları üçün qulaq asmırlar, məsələ ondadır ki, heç kim onlara bu gözəlliyin nə olduğunu izah etməyib. 

Daha yaxşı olmaq istəyirsən? İki dəqiqəlik prinsipi sınayın: gündə iki dəqiqənizi adətən etmədiyiniz bir işə ayırın. Bu, Tolstoy romanlarının mütaliəsi və ya başqa bir iş ola bilər. İki səhifə oxuyun, artıq yox. Və bu iki dəqiqəlik məşğuliyyət ərzində tapdığınız dəyərli fikirlər özünüzü çox təəccüblənəcək.

Stanislavskinin illər əvvəl dediyi bir fikri burda yerinə düşür: “Kifayət qədər uzun ömür sürmüşəm. Çoxlu uşaq sahibi oldum. Həyatımda sevgi var idi. Varlı idim. Məşhurluğu hiss edirdim. Bütün dünyanı gördüm. İnsanoğlunun əldə edə biləcəyi bütün həzzləri yaşadım. Və indi deyə bilərəm ki, həyatda nə əsasdır. Ən vacib şey öyrənməkdir: öyrəndiklərinizdən həzz almaq. Konfutsi isə buna əlavə edərdi: “Nə qədər ki, nəyisə öyrənməkdən həzz alırsan, gəncsən”.

Oxumağa davam et

İnanc

Əfqan qadınları niyə qara yox, mavi hicab geyinir?

Ərəb ölkələrində qadınların qara paltar geyinməsinə çoxdan öyrəşmişik. Hicab, niqab və ya burqa.

Ancaq bir istisna var - Əfqanıstan. Bu ölkədə qadınlar sadəcə mavi burqa geyinirlər.

Publika.az xarici mətbuata istinadən oxucuları əfqan qadınların mavi burqaya üstünlük verməsinin səbəbləri ilə tanış edir. Mavi burqaya üstünlük verən qadınları yalnız Əfqanıstanda deyil, Pakistan, Hindistan və İranda da görmək olar. Lakin nadir hallarda.

Əslində bu rəng coğrafi məna kəsb edir. Qadınlar Kabildə mavi, Əfqanıstanın şimalında ağ, cənubunda isə yaşıl rəngli paltar geyinirdilər. Lakin tədricən mavi digər rəngləri əvəz etməyə başladı.

Ümumiyyətlə, mavi İslam ənənələri ilə çox bağlıdır. Quranda yaşıl müqəddəs rəng hesab olunur, mavi isə pis gözdən qorunmaq üçün istifadə olunur. Bu səbəbdən dünyada mavi məscidlər çoxdur - Misirdə, İranda, Malayziyada, ən məşhuru Türkiyədəki İstanbul Mavi Məscididir. Mavi rəngin qadınları pis gözlərdən qoruduğuna dair inanclar var.

Bundan əlavə, mavi spektrdə yaşıl rəngə yaxındır, bir az da bununla əlaqəli hesab olunur. Yaşıl yuxarıda deyildiyi kimi, İslamda ilahi rəmzi məna daşıyır. Yəni qadınlar üçün mavi burqa yalnız qorunmaq mənasında deyil, qismən ilahi əhəmiyyət kəsb edir.

Ancaq daha bir səbəbi də var. İslamda qadınların geyimlərini araşdıran tədqiqatçı Ketrin Kartvayt-Conson bu nəticəyə gəlib ki, mavi daha çox xoş təsir bağışlaması ilə məşhurdur və bu səbəbdən də insanlar onu geyimdə istifadə etməyi sevir. Dediyinə görə, parlaq mavi digər mədəniyyətlərdə də istifadə olunur, çünki insanlar üçün xoş olan detallarla əlaqələndirilir - göy, dəniz və s. Ehtimal ki, cəlbedici rəng tonu sayəsində mədəniyyətdə də özünə yer tutub.

Ancaq maraqlıdır ki, Əfqanıstanda qadınların mavi geyim ənənəsi yox ola bilər. Yeni nəsil qadınlar qara hicab və niqablara üstünlük verməyə başlayıb.

Oxumağa davam et

Gündəm