Xəbərlər - Publika.az
Bizi izləyin

İnanc

Ümrə ziyarətinin tarixi AÇIQLANDI

Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.

Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq: "Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda təxminən 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza "Sinovac", 1 doza "Pfizer") vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər".

B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib: "Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir".

Qeyd edək ki, Ümrə ziyarəti üçgünlük Mədinə, beşgünlük Məkkə ziyarəti ilə yekunlaşır. Ümumilikdə ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.

Rəylər

İnanc

Məşhur psixoloqdan uğur formulu - Bu cümlələri hər səhər oxuyun!

Kliniki psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva günümüzün yaxşı keçməsi üçün hər səhər bizi ruhlandıran cümlələri təkrar etməyi təklif edib. 

Publika.az xəbər verir ki, psixoloq bu cümlələrdən bir neçəsini sosial şəbəkədə paylaşıb. 

- Gec verilmiş düzgün qərar artıq yanlış qərardır.

- Uğurun formulu: hamı yatanda sən öyrən; hamı avaralananda sən işlə; hamı oynayanda sən hazırlaş.

- Tez zamanda əməklərinin qarşılığını almaq istəyənlər pinəçi olsun.

- Hər zaman ən çətin yolu seçin, orda rəqibiniz olmayacaq.

- Əgər təhsilin bahalı olduğunu düşünürsünüzsə, cəhalətin qiymətini öyrənməyə çalışın.

- Əgər yeganə məqsədiniz zəngin olmaqdırsa, bu, heç vaxt baş tutmayacaq.

- İnsanlar zəngin olmaq istəmir, insanlar başqalarından daha zəngin olmaq istəyir.

- Mənə işlədiyini demə, nə qazandığını göstər.

- İşini yaxşı bilən insanları işə götürüb onlara necə işləyəcəklərini deməyin, icazə verin onlar sizə işin necə görülməli olduğunu göstərsin.

- Bəllidir ki, işin 80 faizini cəmi 20% insan icra edir. Bu yaxınlarda məlum olub ki, 80% insan o 20 faizin içində olduğunu düşünür.

- Hər zaman hər şeyi bilən insan yerinə şövqlə çalışan insanı seçin.

- Məqsədiniz nə olursa-olsun, yalnız əmək sərf etdiyiniz təqdirdə onu əldə edə biləcəksiniz.

- Bazar iqtisadiyyatı stabil deyil, özünüzə yatırım edin.

Oxumağa davam et

İnanc

Məşhur rejissordan həyat sevincini geri qaytaran PRİNSİP

Rusiyanın 81 yaşlı tanınmış kino rejissoru və siyasətçisi Andrey Konçalovskinin sadə həyat prinsipi yaşam sevincini bizə geri qaytarır. 

Publika.az oxucuları məşhur rejissorun hikmətli fikirləri ilə tanış edir:

Öyrəndikcə yaşayırıq. Yeni biliklərdən həzz alırıqsa və həyat bizi təəccübləndirirsə, demək ki, biz hələ gəncik. Mən sizə başqalarından daha yaxşı olmağın sadə bir yolunu təklif etmək istəyirəm: doktrinaya, manipulyasiyaya qapılmayın. Başqaları kimi olmayın və istənilən vəziyyətdə öz fikrinizi bildirin. Düzdür, fikrə sahib olmaq üçün özün də məlumatlı olmalısan. 

Və yenə də, mənə elə gəlir ki, hər yaşda insan əvvəllər dadmadığı və çoxlarının həzz almadığı bir şeydən həzz almağa çalışmalıdır. Onu yeni həzzə aparan yolu tapmayan və bunun üçün səy göstərməyən insanlara yazığım gəlir. Klassik musiqiyə qulaq asmayan insanlara yazığım gəlir. Amma onlar klassik musiqiyə cahil olduqları üçün qulaq asmırlar, məsələ ondadır ki, heç kim onlara bu gözəlliyin nə olduğunu izah etməyib. 

Daha yaxşı olmaq istəyirsən? İki dəqiqəlik prinsipi sınayın: gündə iki dəqiqənizi adətən etmədiyiniz bir işə ayırın. Bu, Tolstoy romanlarının mütaliəsi və ya başqa bir iş ola bilər. İki səhifə oxuyun, artıq yox. Və bu iki dəqiqəlik məşğuliyyət ərzində tapdığınız dəyərli fikirlər özünüzü çox təəccüblənəcək.

Stanislavskinin illər əvvəl dediyi bir fikri burda yerinə düşür: “Kifayət qədər uzun ömür sürmüşəm. Çoxlu uşaq sahibi oldum. Həyatımda sevgi var idi. Varlı idim. Məşhurluğu hiss edirdim. Bütün dünyanı gördüm. İnsanoğlunun əldə edə biləcəyi bütün həzzləri yaşadım. Və indi deyə bilərəm ki, həyatda nə əsasdır. Ən vacib şey öyrənməkdir: öyrəndiklərinizdən həzz almaq. Konfutsi isə buna əlavə edərdi: “Nə qədər ki, nəyisə öyrənməkdən həzz alırsan, gəncsən”.

Oxumağa davam et

İnanc

Əfqan qadınları niyə qara yox, mavi hicab geyinir?

Ərəb ölkələrində qadınların qara paltar geyinməsinə çoxdan öyrəşmişik. Hicab, niqab və ya burqa.

Ancaq bir istisna var - Əfqanıstan. Bu ölkədə qadınlar sadəcə mavi burqa geyinirlər.

Publika.az xarici mətbuata istinadən oxucuları əfqan qadınların mavi burqaya üstünlük verməsinin səbəbləri ilə tanış edir. Mavi burqaya üstünlük verən qadınları yalnız Əfqanıstanda deyil, Pakistan, Hindistan və İranda da görmək olar. Lakin nadir hallarda.

Əslində bu rəng coğrafi məna kəsb edir. Qadınlar Kabildə mavi, Əfqanıstanın şimalında ağ, cənubunda isə yaşıl rəngli paltar geyinirdilər. Lakin tədricən mavi digər rəngləri əvəz etməyə başladı.

Ümumiyyətlə, mavi İslam ənənələri ilə çox bağlıdır. Quranda yaşıl müqəddəs rəng hesab olunur, mavi isə pis gözdən qorunmaq üçün istifadə olunur. Bu səbəbdən dünyada mavi məscidlər çoxdur - Misirdə, İranda, Malayziyada, ən məşhuru Türkiyədəki İstanbul Mavi Məscididir. Mavi rəngin qadınları pis gözlərdən qoruduğuna dair inanclar var.

Bundan əlavə, mavi spektrdə yaşıl rəngə yaxındır, bir az da bununla əlaqəli hesab olunur. Yaşıl yuxarıda deyildiyi kimi, İslamda ilahi rəmzi məna daşıyır. Yəni qadınlar üçün mavi burqa yalnız qorunmaq mənasında deyil, qismən ilahi əhəmiyyət kəsb edir.

Ancaq daha bir səbəbi də var. İslamda qadınların geyimlərini araşdıran tədqiqatçı Ketrin Kartvayt-Conson bu nəticəyə gəlib ki, mavi daha çox xoş təsir bağışlaması ilə məşhurdur və bu səbəbdən də insanlar onu geyimdə istifadə etməyi sevir. Dediyinə görə, parlaq mavi digər mədəniyyətlərdə də istifadə olunur, çünki insanlar üçün xoş olan detallarla əlaqələndirilir - göy, dəniz və s. Ehtimal ki, cəlbedici rəng tonu sayəsində mədəniyyətdə də özünə yer tutub.

Ancaq maraqlıdır ki, Əfqanıstanda qadınların mavi geyim ənənəsi yox ola bilər. Yeni nəsil qadınlar qara hicab və niqablara üstünlük verməyə başlayıb.

Oxumağa davam et
Reklam

Gündəm