Xəbərlər - Publika.az
Bizi izləyin

Qoroskop

Günün ULDUZ FALI: taktikanı dəyişmək zamanıdır

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - inanın ki, hər şey yaxşıdır. Qüvvənizə və potensialınıza inansanız, yaxşı nəticələr əldə edə bilərsinz. Ünvanınıza çoxsaylı tənqidlər səslənəcək. Belə tənqidləri qulaqardına vurun, gərəkli bildiyiniz kimi hərəkət edin.

Günün ikinci yarısında yeni sifariş və ya maraqlı təklif istisna deyil. Məntiqli davransanız, gəlirləri artırmaqla yanaşı, peşəkar fəaliyyət sahəsindəki mövqeləri daha səbatlı edə bilərsiniz.

Ciddi təmaslara can atırsınızsa, şəxsi münasibətlərdə önəmli dəyişikliklər olacaq.

Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.

Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - uğur əldə etmək üçün ehtiyatı unutmayın. Həddən artıq çalışmayın, özünüzü ifrat dərəcədə yormayın. Fəaliyyətinizdə rasionallıq olmalıdır. Hesabatlarda və sənədləşdirmədə diqqətli olun.

Günün ikinci yarısında ailə qarşısında borc hissi sizi radikal addımlar atmağa vadar etməsin. Məişət problemlərini həll edəndə təmkinli olun. Qaba və kobud davranmayın.

Hisslərinizi cilovlamağınız məsləhətdir.

Xərçəng - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.

Alış-veriş etmək olar. Simiclik etməyin.

Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.

Şir - günün ilk yarısı əlverişli və sərfəli zamandır. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün maneələri dəf edin. Həmkarlarınız və işgüzar tərəfdaşlarınızla münasibətlərinizin harmonik olmasına can atın.

Günün ikinci yarısında münaqişə başlasa belə, onun alovlanmasına imkan verməyin.

Şəxsi münasibətlərdə xoşagəlməz hallar və ya yaxınlarınızla təmaslarda çətinliklər yaranarsa, nöqsanlarınızı aradan qaldırın. Ailə problemlərinin həlli üçün konkret addımlar atın.

Qız - xəyallar və illüziyalara qapılaraq reallıqdan uzaqlaşmayın. Mühüm qərarın qəbulunu, sənəd imzalanmasını ertələyin. Çox yaxın vaxtlarda fikrinizi dəyişməyiniz, mövqeyinizdə yeniliklər etməyiniz istisna deyil. Tələsik qərarların heç bir mənası yoxdur.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun, planları gerçəkləşdirin. Situasiya çətin olsa da, irəliləməyə çalışın. Yaxınlarınızı sevindirin.

Axşam saatlarını evdən kənarda keçirə bilərsiniz.

Tərəzi - günün ilk yarısında yaranan çətinliklər sizi qorxutmasın. Ruhdan düşməyin, bədbinləşməyin. Maraqlarınız tələb edirsə, rəqib sandığınız insanla müvəqqəti atəşkəs anlaşması əldə etmək olar. Dostların əlaqələrindən və təmaslarından yararlansanız, pis olmaz.

Günün ikinci yarısında əməl və qərarlarınız yaxın ətrafınızdakı insanların rəğbətinə səbəb olacaq. Yaxınlarınızla münasibətləri normallaşdırın. Romantik hisslərə aldanmayın. Belə hisslərə köklənmiş əlaqənin ömrü uzun olmayacaq.

Əqrəb - yaşam enerjinizin səviyyəsi yüksəkdir. Bundan yararlanmağa çalışın. Özünüzü əsl peşəkar kimi göstərin. İşgüzar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə problemlərin həllində yardımlara ehtiyacınız varsa, məsləhətlərdən istifadə edin.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraq göstərdiyiniz insanlarla təmasları fəallaşdırın. Dostların sayını artırın. Tərəfdaşlarla intensiv əməkdaşlıqda fayda var.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan - gördüyünüz işə yaradıcı yanaşın. Rəqiblərdən üstün və təcrübəli olduğunuzu göstərin. Aktiv olsanız, problemləri həll edə biləcəksiniz. Xarici görünüşünüzə fikir verin. Unutmayın ki, paltara görə qarşılayıb ağıla görə yola salırlar.

Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Amma yalnız gərəkli, büdcənizə zərbə vurmayacaq əşyalar alın. Yaxınlarınızla situasiya ideal vəziyyətdən uzaqdır. Təmasları yaxşılaşdırın.

Oğlaq - səlahiyyət və məsuliyyət sahəsini genişləndirmək olar. Adət etmədiyiniz, alışmadığınız işlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz. Narahat olmayın, yaxşı təcrübə əldə edəcəksiniz. Yaşamınızın müəyyən sahələrində paradoksal situasiya yarana bilər.

Günün ikinci yarısında yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Ona kömək etsəniz, münasibətlərdə nikbinlik bərqərar olacaq, anlaşılmazlıqlar aradan qalxacaq.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Dolça - yaşam enerjinizi məqsədə çatmaq üçün effektiv variantların reallaşdırılmasına yönəldin. Peşəkar fəaliyyətinizdən kənar sahədə izafi aktivlik etməyin. İşdə sosial şəbəkələrdə vaxt keçirməyin, telefonla uzun danışmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə həssas və diqqətli olun. Ailə üzvlərinizdən birinin problemində suçlu aramayın. Şəraitdən asılı olmayaraq səmimi, qayğıkeş insan təsiri bağışlayın.

Subaysınızsa, taktikanı dəyişmək zamanıdır.

Balıqlar - mənasız və səbəbsiz risk etməyin, kiçik məsələlərə görə qıcıqlanmayın. Belədə gününüz pis keçməyəcək. Başladığınız işlərdə ehtiyatlı olun. Cari və rutin məsələlərdə sərvaxt davranın. Maraqlı görüş, tanışlıq ola bilər. Yeni ünsiyyətlər perspektivlidir.

Günün ikinci yarısında bəzi təmaslar ümidlərinizi doğrultmayacaq, ünsiyyətdə problemlər yaranacaq.

Uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil. Mühüm məsələləri adət etdiyiniz, komfortlu şəraitdə müzakirə edin. (Milli.Az)

Rəylər

Qoroskop

Günün ULDUZ FALI: şəxsi münasibətlərdə kiçik problemlər yarana bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun.

Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət deyil.

Emosional fon stabil deyil. Gah sevinir, gah da səbəblərini özünüz anlamadığınız təlaşa və nigarançılığa qapılırsınız. Yaxınlarınızla dil tapmaq çətinləşir.

Sevdiyiniz insanla münaqişə yaratmayın.

Buğa - Maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan yararlanın. Yalnız kəskin zərurət yarananda yardım üçün dostlara müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə bilərlər. İndiyədək bədxahlarınızın yanında olan şəxs müttəfiqinizə çevrilə bilər.

Şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla yaranır.

Emosiyalara qapılmayın, illüziyaların əsiri olmayın.
 

Əkizlər - Aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə də, hadisələrin axarını dəyişərək məcrasına müdaxilə etməyə çalışmayın. Situasiya ilə barışın, şanslar və imkanlardan yararlanın. Mənasız, heç bir əsası olmayan məsrəflər etməyin.

Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz.

İstək və niyyətlərinizin əsiri olmayın. Onlar sizi planlaşdırmadığınız yerə apara bilər.

Uzaq səfər və ya səyahət məsləhət deyil.

Xərçəng - Ehtiyatlı və sayıq olun. Xoşagəlməz hadisələrin yaşanma ehtimalı böyükdür. Eksperimentlər etməyin, riskə aludə olmayın. Bu minvalla təhlükəsizliyinizi təmin etmiş olarsınız. Uzun səfər üçün əlverişli gün deyil. Ekstremal hisslər sizi düşünülməmiş addımlar atmağa vadar etməsin. Sizə qarşı aqressiv mövqe tutan insanlarla görüşdən yayının.

Bütün diqqəti öz işlərinizə yönəldin. Başqalarının işlərinə mümkün qədər az müdaxilə edin. Kiməsə yardım edə bilməyəcək, hətta vəziyyəti daha da korlayacaqsınız. Alış-verişdə bədxərclik etməyin. Nə isə almaq istəyirsinizsə, o əşyanın sizə nə dərəcədə gərəkli olduğunu düşünün.

Şir - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Təmkinlə davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə bilərsiniz. Başqasının dediklərindən daha çox, öz fikirlərinizə bel bağlayın. Yaranmış situasiyada necə davranacağınızı müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə bilmirlər.

Yeni iş və ya layihəyə başlamaq olar. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Təcrübəli, bilikli insanlarla təmaslarda xeyir var.

Hüquqi məsələlərin həlli üçün münasib gündür. Şəxsi münasibətlərdə kiçik problemlər yarana bilər.

Ruhdan düşməyin.

Qız - Asan uğurlar və xoş qələbələr günüdür. Yaranan problemlərin öhdəsindən gələcəksiniz. İndiyədək həllolunmaz sayılan çətinlikləri çözmək şansları artır. Yeni təcrübə və bilik əldə etmək imkanı yaranır. Əldə etdiyiniz biliklərdən yararlanmağın yolunu tapın.

Yeni fəaliyyət sahəsinin seçilməsi üçün əlverişli zamandır.

Günün maliyyə fonu münasibdir. İşlər axarındadır, durum stabildir. Nəzərdə tutmadığınız alış-veriş etmək, pul xərcləmək olar. Rəsmi danışıqlarla yanaşı, qeyri-formal müzakirələr pis keçmir. İstənilən şəraitdə soyuqqanlı və təmkinli qalın. Belə olarsa, yaxın ətrafınızdakı insanların sizə inamı artar.

Tərəzi - Günün ilk yarısında peşəkar fəaliyyət müstəvisi və maliyyə sahəsindəki məsələləri həll edə bilərsiniz. Dəqiq fəaliyyət planı hazırlayın. Sonradan həmin planı addım-addım reallaşdırın, hər mərhələni uzun müddət təhlil etməyin. Çox maraqlı işgüzar təkliflər ala bilərsiniz. Lakin unutmayın ki, yeni iş və ya sifarişlə bağlı təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünmək gərəkdir.

Günün ikinci yarısı əlaqələrdə və ya təmaslarda ciddi problem yarada bilər. Hətta ən yaxın adamlardan biri ilə kəskin mübahisə riski var. Yaxın ətrafınızdakı insanlar sizi anlamır, dəstəkləmirlər. Axşam saatlarında tək qalın, vaxtınızı sakit işlərə sərf edin. İfrat yorğunluğa yol verməyin.

Əqrəb - Səhhətinizə fikir verin. Bu günün riskləri çoxdur. Zərərli vərdişlərdən əl çəkin, düzgün qidalanın. İstənilən fəaliyyət sahəsində ifrata varmayın, izafi işlərlə özünüzü yormayın. Mümkünsüzü özünüzdən tələb etməyin.

Travma riski çox deyil.

Günün əksər hissəsini işə həsr edin. Peşəkar fəaliyyət sahəsində alınan tapşırıqların öhdəsindən gəlmək adi günlərlə müqayisədə bir qədər çətinləşir.

Maraqlı işgüzar təkliflərin alınması istisna deyil. İş yerini dəyişmək barədə düşünə bilərsiniz. Şəxsi münasibətlərdə ciddi yeniliklər və dəyişikliklər olmayacaq.

Oxatan - Gözlənilməz və qəfil hadisələrlə dolu gündür. Bir məqamda anlayacaqsınız ki, artıq heç nəyə təəccüblənmirsiniz. Uzaqdan gələn xəbərlər sizi təlaşa sala bilər. Fəqət, soyuqqanlı və təmkinli davranın. Dürüst qərarları sürətlə qəbul edin, planlarınızı korrektə edin. Ehtiyac varsa, fəaliyyət istiqamətində dəyişikliklər edə bilərsiniz.

Günün ikinci yarısında yaradıcılıqla məşğul ola bilərsiniz. Yaxın insanlarla münasibətləri dəyişin. Təmaslarda daha çox inam, anlayış, etibar olsun. Xərclər nəzərdə tutduğunuzdan artıq ola bilər.
 

Oğlaq - Asan olmayan, amma məhsuldar və maraqlı gündür. Başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Peşəkar qabiliyyət və bacarıq imkanlarınızı artırmaq şanslarını əldən verməyin. Dünyagörüşünü artırın. Bir daha sübut edin ki, işinizi bilən adamsınız. Təmkinli və səbirli olsanız, rəqibləri üstələyə bilərsiniz.

Ünsiyyət üçün əlverişli gündür. Hətta ilk dəfə gördüyünüz insanla belə, asanlıqla dil tapacaqsınız. Genişmiqyaslı işə və ya layihəyə başlasanız, tezliklə müttəfiq tapacaqsınız. Dərhal nəticənin olacağını düşünməyin. İndi gələcək qələbələrin təməlini qoyursunuz.

Dolça - İşgüzar maraqların şəxsi işlərlə bağlı olduğu gündür. Yaşamınızda ciddi dəyişikliklərə səbəb olacaq hadisə baş verəcək. İşdə rəhbərliklə münasibətlərdə sayıq, sərvaxt olun. Peşəkar fəaliyyət sahəsində irəliləyiş olacaq. İnkişaf üçün yeni imkanlar yaranır.

Günün ikinci yarısında irəliləyiş daha da sürətlənə bilər. Alış-verişdə bədxərclik etməyin.

Balıqlar - Qələbə uğrunda mübarizə aparmaq gərəkdir. Qələbələr asanlıqla əldə olunur. Nikbin olun, ruhdan düşməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmlə irəliləyin. Günün ikinci yarısında köhnə tanışlar özlərini xatırladacaqlar. Baş verənləri təhlil edin. Problemlərin həlli üçün daha sadə və perspektiv plan təklif edin.

Romantik hisslərin girdabına düşməyin. Əks cins mənsubu sizə xüsusi diqqət yetirir. Axşam saatları aktiv istirahət, müxtəlif görüşlər üçün əlverişlidir.

Oxumağa davam et

Qoroskop

Günün qoroskopu: Onlar göründükləri təki yaxşı deyillər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır.

İşdə rəhbərliklə münasibətləri korlamayın.

Önəmli qərarlar qəbul etmək üçün əlverişli gün deyil. Şəxsi münasibətlər müstəvisində səhv ehtimalı böyükdür. Nəzərdə tutulmamış vizit ola bilər. Qonaqlar çox qalacaqlar.

Buğa - Münaqişəli, gərgin gündür. Yaranan problemlərə əhəmiyyət verməməyə çalışsanız da, alınmır. Yaşananları ürəyinizə salmayın. Etibara layiq olmayan adama inanmayın. Əks təqdirdə fırıldaq və ya intriqa qurbanına çevrilərək əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz.

Mühüm qərarları özünüz qəbul edin. Məsləhətlərə kor-koranə əməl etməyin, başqalarının dediklərinə dərhal inanmayın. Böyük müqavilə və ya ciddi anlaşma, habelə alış-veriş üçün əlverişli gün deyil.

Qənaətcil olun.

Əkizlər - Əsas diqqəti məişət qayğıları və şəxsi işlərin çözülməsinə yönəldin. Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişə bel bağlamağa dəyməz. İşiniz kommersiya ilə bağlıdırsa, ehtiyatlı olun. Xərclər olacaq. Böyük məbləğdə məsrəfi əvvəlcədən təxminləmək asan deyil. Sayıq və sərvaxt olmasanız, ciddi məbləğdə pul itirə bilərsiniz. Alış-veriş üçün məsləhətli gün deyil.

Sizə əziz insanların xətrinə dəyməyin, onları incitməyin. Sevdiyiniz şəxslə təmaslarda diqqətli olsanız, bütün çətinlikləri dəf edə biləcəksiniz. Axşam saatlarına yaxın yorğunluq özünü göstərəcək. Səhhətdə problem, xroniki ağrının kəskinləşməsi riski var.

Xərçəng - Yaşam potensialı səviyyəsi yüksəkdir. Eyni vaxtda bir neçə işlə məşğul olsanız da, çox yorulmayacaqsınız. Qeyri-standart düşünün, orijinal qərarlar qəbul edin. Belədə bir sıra problemləri sürətlə həll edə biləcəksiniz. Yeni tanışlıq, maraqlı insanlarla görüş olacaq.

Uzunmüddətli planlar qura bilərsiniz. Onları reallaşdırmaq üçün yollar arayın.

Dəyərli məlumatın əldə edilməsi, köhnə tanışlardan önəmli xəbərin alınması istisna deyil. Sərfəli anlaşma, müqaviləyə nail ola bilərsiniz.

Alış-veriş uğurlu olacaq.

Şir - Kiçik problemlərə rəğmən uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi pərişanlığa səbəb yoxdur. Sevinc önəmli və uzunmüddətlidir. İndiyədək öhdəsindən gələ bilmədiyiniz problemləri bu gün tezliklə həll etmək imkanlarınız var.

Yaxınlarınızla təmaslar üçün əlverişli zamandır. Uzun zamandan bəri demək istədiyiniz, amma söyləyə bilmədiyiniz həqiqətləri dilə gətirin. Narahat olmayın, sizi anlayacaqlar. Rəğbət bəslədiyiniz şəxsi görüşə dəvət etmək üçün əlverişli gündür.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Qız - Bütün problemləri ani həll etmək iqtidarında olduğunuzu düşünərək yanılmayın. Əslində hər şey göründüyü kimi olmadığından tələsik, düşünülməmiş qərar qəbul etməyin.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yaxşı tanımadığınız, bələd olmadığınız insanların yanında özünüzü narahat hiss edəcəksiniz. Köhnə dostlarla münasibətlər də rəvan deyil.

Bu səbəbdən ən yaxın insanlarla ünsiyyətlə kifayətlənin.

Peşəkar fəaliyyətinizin perspektivləri ilə bağlı düşünmək üçün yaxşı gündür. Qarşınızda yeni qapılar aça biləcək insanlarla danışın. Şəxsi münasibətləri işgüzar təmaslara qatmayın. Bu, yaxşı heç nə vəd etmir.

Tərəzi - Günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişli gündür. Çətinliklər sizi qorxutmasın. Mürəkkəb, müşkül məsələnin həlli üzərində baş sındıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları yarana bilər. Amma az sonra onlar məntiqlə çıxış etdiyinizi anlayacaqlar.

İntuisiya güclüdür və onun sayəsində siz irəliyə hərəkətinizə mane olan sədlərdən qurtulacaqsınız. Qeyri-formal şəraitdə peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə etmək olar.

Günün ikinci yarısının emosional fonu əlverişli deyil. Təmaslarda çətinliklər yarana bilər. Yaxın ətrafınızdakı insanlarla müqayisədə özünüz barədə daha çox düşünürsünüz. Bu aşkar göründüyündən problemlər yarana bilər.
 

Əqrəb - Emosional fon çox qeyri-stabildir. Bu isə durumu çətinləşdirir. Yalnız öz maraqlarınızı düşünməyin, təşəxxüslü və eqoist davranmayın. Vədlər və öhdəliklərinizi unutmayın.

Genişmiqyaslı və ciddi işə başlamağa dəyməz. Bu işi başa çatdıra bilməyəcəksiniz.

Günün maliyyə fonu əlverişli deyil. Gəlirlər az olacaq. Anlaşma və sövdələşmələri təxirə salın. Yaşlı qohumlardan biri ilə ciddi fikir ayrılıqları yarana bilər. Təmasları gərginləşdirməyin.

Oxatan - Eksperimentlər aparın. Qəfil, gözlənilməz, cəsur ideyalar yaranır. Çətin olsa da, onların bəzilərini reallaşdırmağa çalışın. İndiyədək yalnız peşəkar fəaliyyət müstəvisində təmaslarınız olduğu insanla dostlaşa bilərsiniz.

Maliyyə baxımından əlverişli gündür. Gəlirləriniz gözləntilərinizdən də artıq ola bilər. Yaşlı qohumlar və ya köhnə dostlardan biri sizə səxavətli hədiyyə verə bilər. Xoş sürpriz istisna deyil.

Oğlaq - Ciddi və mühüm işə başlaya bilərsiniz. İntellektual potensial səviyyəniz yüksəkdir. Ətrafınızdakı insanları fikir və planlarınızın dərinliyi, məntiqi ilə heyrətləndirə bilərsiniz.

İdeyalar çoxdur, amma onlar göründükləri təki yaxşı deyillər. İllüziyalara və xəyallara qapılmayın. Praktik, soyuqqanlı olun, praqmatik davranın. Maliyyə itkiləri istisna deyil. Bugünkü anlaşma, sövdələşmə və ya danışıqlar ümid etdiyiniz nəticələri verməyəcək.

Yaxınlarınızla ünsiyyət zamanı səbrli və həssas olun.

Dolça - İmkanlar və şanslardan yararlanmağa çalışın. Adi günlərlə müqayisədə daha ətalətli və süst olmayın. Belə davranış əhvalınızı pozacaq, sizi dözülməz və qıcıqlı edəcək. Maliyyə vəsaiti ilə maksimal dərəcədə ehtiyatlı davranın. Gərəksiz əşyalar almayın, riskli anlaşmalara qatılmayın. Pullarınızla risk etməyin.

Günün ikinci yarısı sizi sevindirəcək. Qəfil sürpriz, çoxdan gözlənilən hədiyyə və ya görüş ola bilər. Qonaq qəbul etmək üçün yaxşı zamandır.

Balıqlar - Dostlar, həmfikirlər və müttəfiqlərlə ünsiyyətdə yeni fəaliyyət planı hazırlaya bilərsiniz. Problemlərinizin bir qismini çözmək üçün nüfuzlu şəxsdən kömək istəməkdən utanmayın. Lakin bilin ki, bu gün göstəriləcək xidmətlərə görə ətrafınızdakı insanlardan birinə sonradan "borc qaytarmalı" olacaqsınız.

Ailə üzvləri və yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yarana bilər. Fəqət çətin situasiyada soyuqqanlı olun. İstənilən problemi münaqişəyə varmadan həll etmək mümkündür.

Maraqlarınızın bir qismini qurban verərək sakitlik və səbatlılığa nail olun.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Milli.Az

Oxumağa davam et

Qoroskop

Günün ULDUZ FALI: problemlər daha ciddi formada geri qayıda bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qətiyyətli və inamlı addımlar, qərarlar üçün əlverişli gündür. İmprovizə edə bilərsiniz. Hadisələr gözlənilməz məcrada inkişaf edirsə, adekvat addımlar atın. Çaş-baş qalmayın. Yeni tanışlıqlar asanlıqla yaranır. Nikbin və pozitiv olun.

Komandada çalışmaq pis deyi, amma müstəqil fəaliyyət də effektiv ola bilər. Anlaşmalar gəlir gətirəcək. Alınan pulların məbləği arta bilər.

Axşam saatlarında həyat potensialı səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun, orqanizminizi sınağa çəkməyin.
 

Buğa - səbrli və təmkinli olun. Məqsədə doğru inadlı, əzmli hərəkət istənilən, gözlənilən effekti verməyəcək. Bununla belə, xoşagəlməz fəsadlar da olmayacaq. Hadisələrin axarını sürətləndirməyə, əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlara təzyiq göstərməyə, çoxdan yaranmış münaqişəni dərhal çözmək cəhdləri heç bir nəticə verməyəcək. Olayların öz axarı ilə cərəyan etməsinə maneələr yaratmayın.

Sadəcə, cari işlərlə məşğul olun.

İşlərin istədiyiniz kimi getməməsi sizi qıcıqlandırmasın. Başqalarının təklif etdiyi həll variantının sizin təklifi üstələməsini anlayanda belə, ifrata varmayın, aqressivlik etməyin. Neqativ emosiyalar sizi səhvlərə vadar etməsin.

Əkizlər - səhih davranış modelini sevmək çətindir. Sizə yardım etmək istəyənlərlə sərt davranmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə kiçik problemlər yarana bilər. Çətinliklərə sərt reaksiya münaqişəyə səbəb olacaq. İxtilaf və fikir ayrılıqlarının qarşıdurmaya səbəb olmasına rəvac verməyin. Heç bir səbəb olmadan aqressiv davranmayın.

Maliyyə durumu sizi yanıltmasın. Gəlirlər çox olmasa da, vəziyyət pis deyil. Dostlarla təmas üçün yaxşı vaxtdır. Özünüzü yaxşı hiss edə biləcəyiniz yeri seçin.
 

Xərçəng - cari işləri yerinə yetirmək üçün əlverişli zamandır. Əyləncə və istirahət niyyətinə aldanaraq həllini tələb edən problemi qulaqardına vurmayın. Sizə maraqlı təsir bağışlayan işi birgə yerinə yetirmək üçün həmfikir və ya müttəfiq tapın.

Evdə kiçik anlaşılmazlıqlar və çətinliklər ola bilər. Problemlərin öhdəsindən gələcəksiniz.

Gəlirlər istisna deyil. Çoxdan bəri arzuladığınız əşyanı, nəhayət ki, əldə edəcəksiniz. Sevdiyiniz insanla təmaslarda çətinliklər yaratmayın. Addım və qərarlarınızın motivləri bəlli olmalıdır.

Şir - planlaşdırdığınız işin dərhal alınmaması sizi narahat etməməli, təlaşa salmamalıdır. Əsas məsələ təslim olmamaq, səbrlə, tədricən irəliləməkdir. Dostlar və yaxınlarınıza verdiyiniz vədləri, öhdəliklərinizi unutmayın. Öz maraqlarınız və başqalarının mənafeləri arasında seçim etməlisiniz. Ətrafınızdakı insanların fikrini mütləq nəzərə alın. Xudpəsənd, təşəxxüslü olmayın.

Köhnə dostlarla təmaslarda problemlər yarana bilər. Pul məsələsi anlaşılmazlıqlara səbəb olmasın. Yaşam potensialı səviyyəsi aşağıdır. Yorğunluq səhhətinizdə problemlər yarada bilər. Özünüzü qoruyun, qədərindən artıq iş görməyin.

Qız - yaxşı, uğurlu və əlverişli gündür. Lakin ehtiyatlı olun, duruma nəzarət edin. Nəzərdə tutulmamış alış-verişdə bədxərclik etməyin. Xərcləri minimuma endirin. Yaxşı tanımadığınız insanların xoş sözlərinə rəğmən, onlara etibar etməyin. Məqsədə çatmaq üçün formalaşmış ənənələr çərçivəsindən və qaydalarından məngənəsindən çıxmaq gərəkdir. Bu, sizə xoş gəlməyə bilər.

Peşəkar fəaliyyət müstəvisi ilə bahəm, şəxsi münasibətlərdə irəliləyişə nail olacaqsınız. İstənilən, hətta ən ağrılı məsələlərin müzakirəsinə hazır olun. Güzəşt və kompromisin önəmini anlayın. Ətrafınızdakı insanların gizli istəkləri və niyyətlərindən xəbər tutun. Ünsiyyət, danışıqlar və sövdələşmələr üçün münasib gündür.

Tərəzi - çətin və ya həddən artıq mürəkkəb olmasa da, xoşagəlməz nüanslar yaradacaq gündür. Problemlərin səbəbləri qeyri-stabil emosional fondadır. Sinirlənməyin, kiçik məsələlərə görə təbdən çıxmayın. İndiyədək əla münasibətlərinizin olduğu insanlarla kobud danışmayın. Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Mühüm və çətin işlə bir qədər sonra məşğul olmaq mümkündür. Qarışıq hisslər sizi yoracaq.

Ən yaxın insanlarla münasibətlərdə aqressiv olmayın. Şəxsi sərhədlərinizin pozulduğunu düşünüb hücuma keçməyin.

Əqrəb - gərgin və çətin gündür. Lakin dostlar və yardımçıların köməyi ilə problemi həll edə bilərsiniz. Ötənlərə qayıtmaq, bir zamanlar kəsilmiş münasibətləri bərpa etmək istəyi yaranacaq. Amma unutmayın ki, səhvlərin təkrarlanmasına yol verməmək asan deyil. Problemlər daha ciddi formada geri qayıda bilər.

Önəmli məsələləri müzakirə etmək üçün əlverişli zaman deyil. Vədlər verməyin, öhdəliklər götürməyin. Onların əksəriyyətini yerinə yetirmək olduqca çətindir. Məşğul olduğunuz istənilən işdə xırdalıqlara və detallara xüsusi fikir verin. Uğur məhz onlardan asılıdır.

Oxatan - günün ilk yarısı həddən ziyadə uğurludur. Aktiv və enerjili olsanız, çox işlərin öhdəsindən gələ bilərsiniz. Mürəkkəb işlərə çəkinmədən başlayın. Uğursuzluq ehtimalı sizi qorxutmasın. Yaxın ətrafınızdakı insanlar sizə həvəslə yardım edəcəklər. Daşınmaz əmlak məsələsini həll etmək, alış-veriş etmək olar.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Qəfil qonaq sizi sevindirəcək.

Kulinar eksperimenti gerçəkləşdirə bilərsiniz.

Oğlaq - arxanızdakı körpüləri yandıraraq məqsədə doğru maniakal qətiyyətlə irəliləməyin. Hədəfə çatmaq üçün sizə inanmayan müttəfiqlə vidalaşa bilərsiniz. İşgüzar münasibətlərdə dəyişikliklər edin. Nüfuzunuzu və mövqelərinizi gücləndirin. Bəzi hallarda ətrafınızdakı insanlara onlardan üstün olduğunuzu göstərə bilərsiniz.

Günün ikinci yarısı təlaşlı xəbər zamanıdır. Soyuqqanlı olun, anın diqtəsinə uyaraq emosional davranmayın. Hər şeyi düşünüb-daşınsanız, ciddi narahatlıq üçün səbəb olmadığını anlayacaqsınız. Uzaq qohumlardan birinin sizin yardımınıza ehtiyacı var.

Dolça - kiçik problemlər və çətinliklər olsa da, ümumən uğurlu gündür. Yaranan problemləri dərhal, təxirə salmadan həll etməyə çalışın. Həmfikir və dostların yardımlarından, dəstəyindən yararlana bilərsiniz. Amma birgə fəaliyyətlə müqayisədə müstəqil çalışmağınız daha çox effekt verə bilər.

Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Yaxınlarınızla təmaslar sizi sevindirəcək, xoş anlar bəxş edəcək. Uzaq qohumlar qonaq gələ bilər.

Günün ikinci yarısında dəyərli hədiyyə və ya gəlir istisna deyil.

Balıqlar - imkanlarınız və potensialınızın dürüst qiymətləndirilməsi sizi yanlışlıqdardan qoruyacaq. Əvvəlcə intuisiyanıza, sonra isə ətrafınızdakı insanların dediklərinə və mövqelərinə inansanız, müdrik addım atmış olarsınız. Kənardan absurd görünən addımlar ata bilərsiniz. Lakin nəyi nə üçün etdiyinizi bilin.

Gəlir istisna deyil. Eyni zamanda ciddi məsrəfldər də ola bilər. Alış-veriş etmək olar.

Nəqliyyat vasitəsini idarə edərkən, yolda olanda ehtiyatlı davranın. (Milli.Az)

Oxumağa davam et
Reklam

Gündəm