Günün ULDUZ FALI: onun uğrunda maraqlarınızın bir qismini qurban vermək olar - Publika.az
Bizi izləyin

Qoroskop

Günün ULDUZ FALI: onun uğrunda maraqlarınızın bir qismini qurban vermək olar

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bu gün başlayacağınız istənilən işə ciddi yanaşın. Maliyyə sahəsində qayda yaradın. Pulla bağlı məsələləri əvvəlcədən düşünün. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli güman etdiyinizdən artıq vaxt ala bilər. Artıq alışmalı olacaqsınız.

Sonradan faydalı olacaq, həyatınızda önəmli yer tutacaq tanışlıqlar baş tuta bilər. Danışdığınız insanları tanımağa çalışın. Yanılmayın, səhvlərə yol verməyin.

Buğa - müttəfiqlər və həmfikirlərin sayəsində qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Nüfuzlu insandan dəstək alacaqsınız. Əməlləriniz və qərarlarınızı dəstəkləyəcəklər. Alış-veriş, anlaşmalar, sövdələşmələr üçün münasib gündür. Maliyyə işlərində uğur qazana bilərsiniz.

İctimai və siyasi həyata maraq artacaq. Dəvət aldığınız tədbirdə vaxtınız pis keçməyəcək. Münasibətlərdə diqqətli olun. Yeni münasibətlər ciddi sonuclar vəd edir.
 

Əkizlər - istənilən formatdakı problemlərin həlli üçün əlverişli zamandır. Məqsədə doğru ən qısa yolu tapın. Gərəkli nəticələrə nail olun. Bu gün yaranacaq yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi anlayırlar. Kömək və dəstəksiz qalmayacaqsınız.

Günün ikinci yarısında anlaşma, sövdələşmələri nəzərdən keçirmək olar.

Ünsiyyət üçün xoş gündür. İşgüzar müstəvidə və şəxsi münasibətlər sahəsindəki irəliləyişlər pozitiv nəticələr vəd edir. Xoş xəbər və qəfil təkliflərin alınması istisna deyil. Etiraflar da ola bilər.
 

Xərçəng - çətin, qarışıq, laübəli gündür. Problemlər az deyil. Heç gözləmədiyiniz vaxtda və məkanda çətinliklərlə üzləşəcəksiniz. İşdə rəhbərliklə münaqişə və fikir ayrılığı, həmkarlarla mübahisə yarana bilər. İş yerindəki müəyyən narahatlığa rəğmən məhsuldar çalışa bilərsiniz. Uğurlarınız yaxın ətrafınızdakı insanların paxıllığına səbəb olacaq.

Alış-veriş üçün əlverişli zaman deyil. Pulları boş işlərə xərcləməyin, amma ifrat xəsislik də etməyin. Yaşlı qohumlarınız sizi dəstəkləyəcək, yaxşı məsləhətlər verəcəklər. Yaşca sizdən kiçik olan qohumlar isə əhvalınızı yaxşılaşdıracaq.

Şir - əlverişli və yaxşı gündür. Ciddi nailiyyətlərə, önəmli qələbələrə nail olmaq olar. Məhsuldarlıq, zəhmətkeşlik səviyyəsi yüksək olmalıdır. Ciddi çətinliklər də sizi qorxutmamalıdır. Narahat və ya nigaran olanda belə soyuqqanlı davranın. Ən azı zahiri sakitliyi qoruyun, təmkinli davranın. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanların sayğısını qazana bilərsiniz. Pulla bağlı qərarları düşünülmüş şəkildə qəbul edin, səhv riskini minimuma endirin.

Rəğbətinə nail olmağa çalışdığınız insanla ünsiyyət üçün yaxşı gündür.

Alış-veriş etmək olar.

Qız - müvazinəti qorumaq asan deyil. Ən xırda məsələlər, kiçik detallar sizi sinirləndirə bilər. İşdə həmkarların davranışı sizi sinirləndirir. Bunu aşkar nümayiş etdirməyin, hisslərinizə hakim olun. Əks halda həmkarlar və ya tərəfdaşlarla münasibətlər pisləşəcək, birgə fəaliyyət gərəkli nəticə verməyəcək, xoş təəssüratlar yaratmayacaq.

Nüfuzlu və ya yüksək vəzifəli şəxslə dil tapmaq asan deyil. O, hər şeyi açıq deməyinizi bəyənmir.

Maliyyə problemlərinin yaranması, nəzərdə tutulan alış-verişdən imtina da istisna deyil. Yaxınlarınızın yardıma və dəstəyə ehtiyacı var. Ümumi məqsədlər uğrunda maraqlarınızın bir qismini qurban vermək olar.

Tərəzi - yeni münasibətlərə başlamaq, işgüzar təmasları möhkəmləndirmək üçün yaxşı vaxtdır. Tərəfdaşlıq və əməkdaşlıq etdiyiniz insanlar zəif yönlərinizlə bahəm güclü məziyyətlərinizə də bələddirlər. Əməkdaşlığın sərfəli olmaqla yanaşı, gərginlik yaratmamasına çalışın.

Müzakirələr, danışıqlar, sövdələşmələr pis keçməyəcək. Potensial sifarişçi ilə söhbət zamanı diqqətli olun. Böyük məbləğdə sifariş qəbul etmək və ya yeni işə başlamaq olar.

Müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə də hiss olunur. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq və həssas davranın. Sevdiyiniz insana xoş sürprizlər edin, dostlar və qohumları sevindirin.

Axşam saatlarında qonaq gələcək.

Əqrəb - önəmli saydığınız işlərdə əhəmiyyətli inkişafa və irəliləyişə nail ola bilərsiniz. Qətiyyətli olun, çətinliklər yarananda geri çəkilməyin. Can atdığınız məqsədə mütləq şəkildə çatacaqsınız. İşgüzar münasibətlər dostyana təmaslara çevrilə bilər. Yetər ki, istəyəsiniz. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün əlverişli zamandır.

İşlər çox olsa da, yanınızdakı insanlara yardım etməyə vaxt tapın. Buna görə minnətdarlıq gözləməyin. Sərfəli alış-veriş, hədiyyə, romantik sürprizlər ola bilər.

Oxatan - enerji və qüvvənizin bol olduğu gündür. Nikbinliyi bir an da itirməyin, istənilən səddi və yolunuzda yaranan maneələri dəf edin. Uğurlar və qələbələr əhəmiyyətlidir. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər istisna deyil. Məqsədə çatmaq üçün ifrat səy göstərməyə ehtiyac yoxdur.

Maraqlı təkliflər almaq olar. Yeni işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır.

Oğlaq - pis gün deyil. Hadisələrin rəvan axarına müdaxilə etməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Şəxsi və işgüzar məziyyətləriniz diqqətdən kənar qalmayacaq. Müttəfiq və hami tapmaq, əməkdaşlıqla bağlı maraqlı təklif almaq şansları var. Qüvvənizə olan inam hissi cazibədarlığınızı artırır. Sizinlə tərəfdaşlıq etmək istəyənlərin sayı artacaq.

Yaxın ətrafınızdakı insanlara yardım edin. Problemlərin öhdəsindən müstəqil şəkildə gələ bilməyən şəxsə arxa olun. Dostlarla görüş üçün əlverişli zaman olsa da, gələcəklə bağlı planları müzakirə etmək üçün bir müddət tək qalın.

Dolça - xoş təəssüratlar yaratmaq və ya özünüzlə bağlı rəğbət hissinə nail olmaq istədiyiniz insanlarla görüş üçün əlverişli gündür. Həssas, zövqlü, səbirli olmağa çalışın. Diqqəti cəlb etmək üçün əlahiddə səylərə ehtiyac yoxdur. Bilik və bacarıqlarınızı görəcəklər.

Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil. Təmaslar səmimiyyət, qarşılıqlı sayğıya əsaslanmalıdır.

Maliyyə baxımından əlverişli gündür. Yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək, sövdələşmələr və anlaşmalara nail olmaq mümkündür. İntuisiyanız sizi aldatmayacaq.

Balıqlar - yetərincə çətin və mürəkkəb gündür. Kiməsə rəğbət və ya antipatiyanız məhsuldar əməkdaşlığa, işgüzar münasibətlərin inkişafına mane olmamalıdır. Sizi aldatmağa çalışırlar. Fırıldaqçının və ya intriqanın toruna düşməyin. Təxribatlara uymayın. İmkan verməyin ki, sizinlə manipulyasiya etsinlər.

Yüksək vəzifəli şəxslə təmaslar, iş və karyerinizlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Axşam saatlarını sizi sevən insanların yanında keçirin. Onlar sizin nöqsan və zəiflikliklərinizi görürlər. Səhvə yol verəndə sizi tənqid etməyən insanları unutmayın. (Milli.Az)

Rəylər
Oxumağa davam et
Reklam

Qoroskop

Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Tefeya və Kallistonun münasibətləri çalışdığınız işdə yeniliklər vəd edir. Müəyyən qrupun daxilindəki münasibətlər də yenilənə bilər. Dostlar dəyişikliklərin mənbəyi olacaq. İşdəki təmas və əlaqələrdə fərqli istiqamətlər yarana bilər. Hadisələri tələsdirməyin, aktual məsələlərin həllini sabaha saxlayın. Axşam saatlarında evdən çıxaraq əylənin, yaxşı emosional rəvanlığa nail olun.

Buğa - Titan və Avropanın münasibətləri bu günün asan olmayacağından xəbər verir. Baş verməsini istəmədiyiniz hadisələr yaşanacaq. Həyatınızda önəmli olan insanlardan biri ilə münasibətlər gərginləşə bilər. Bəzi mühüm məsələlərə baxışlarınızı dəyişə biləcək olaylar baş verir.  Yeniliklərin sizi qəfil yaxalamaması üçün borcları ödəyin, vədləri yerinə yetirin. Ehtiyac hiss etsəniz, telefon zəngindən yararlanın, SMS yollayın. Günah hissi, peşmançılıq və zərərli vərdişi keçmişdə qoyun.

Əkizlər - Ay və Marsın münasibətləri sizdən baş verənləri qavramaq, təhlil etmək, nəticə çıxarmaq və yeni işlərə hazırlaşmağı tələb edir. Yaxın ətrafınızdakı insanlarla əlaqələri gücləndirin. Qarşılıqlı dəstək, ümumi problemlər üzərində işlə məşğul olun. Münasibətlərin aydınlaşdırılmasına aludə olub maraqların toqquşmasına rəvac verməyin. Əks təqdirdə mövqelərinizi zəiflədə bilərsiniz. Bəzi adətlərinizi saf-çürük edərək həyat qrafiki və iş rejiminə yeniliklər edin. Ünsiyyət və söhbətlər gün ərzində fərqli emosiyalar yaradacaq. Kimlərin yanında olmağı hiss edərək müəyyənləşdirin.

Xərçəng - Kallisto və Lisiteyanın münasibətləri sizdən ötkəm, amma həm də fəndgir və ağıllı davranmağı istəyir. Ətrafdakı insanların təhriklərinə və təxribatlarına aqressiv reaksiya verməyin. Həyatınızda artıq əvvəlki vəziyyətdə qalması mümkünsüz olan insanlara və nəsnələrə layiq olduğu yeri verin. Kim və nə ilə vidalaşmağın gərəkdiyini təhtəlşüur olaraq müəyyən edin ki, başqa, daha vacib işlə məşğul ola biləsiniz.  Çətindir, amma vacibdir. Sizi narahat edən dəyişiyliklərə praktiki münasibət bəsləyin. Son vaxtlara qədər fikirlərinizi məşğul edən m ünasibətlərdən romantika haləsi yoxa çıxa bilər. Yeni istiqamət seçmək üçün anı dəqiqləşdirin. Axşam saatları dincəlin, kompüter qarşısında saatlarla vaxt keçirməyin.

Şir - Ay və Saturnun münasibətləri hələlik başa vurmadığınız işləri yeni mərhələyə keçirir. Gələn xəbərlərə, yaranan ideyalara həssas olun. İş təklifləri bol ola bilər. İzafi ünsiyyətlə özünüzü yormayın. Fəqət, gələcəyiniz üçün hansı təmasların və görüşlərin önəmli olacağını dəqiqləşdirin. Tərəfdaş, dost, rəfiqə və ya şəriklə münasibətlərdə yeni, həssas ünsürlər müşahidə olunur.  Nəyi dəyişməli olduğunuzu, tərəfdaş və şəriklə işin keyfiyyətini artırmağın yollarını müzakirə edin. Şəxsi münasibətlərdə də yenilənməyə ehtiyac var.

Qız - Tefeya və Oberonun münasibətləri sizdən yaranan təmayüllərə diqqətlə baxmağı tələb edir. İşdəki qaydaya riayət etmək çox mühümdür. Yerdəyişmə, prioritet yenilənməsi mümkündür. Bütün bunlar yaxın gələcəkdə maraqlarınızı və işlərinizin istiqamətinizi müəyyənləşdirəcək. Diqqətli olun, hadisələrin arzuolunmaz məcrada inkişafına rəvac verməyin. Münaqişəli situasiyalara qatılmayın, işdə həmkarlarınıza, evdə yaxınlarınıza təzyiq göstərməyin. Haqlı olsanız belə, səsinizi ucaltmayın. Əhvalınız dəyişə bilər. Səhhətdə müəyyən problemlər, ağrılar istisna deyil. Axşam saatı taym-aut, istirahət zamanıdır. Nəyisə köklü şəkildə dəyişməyə, yönləndirməyə və ya təcilləndirməyə çalışmayın.

Tərəzi - Günəş və Titan bu gün sizə yeni rol hazırlayıblar. Ola bilər ki, həmin işi görmək istəmirsiniz, amma nə etməli, iş sizi gözləyir. Kiminsə təsiri və ya nüfuzu sizə planlarınızı reallaşdırmağa mane ola bilər. Narazılığınızı bərkdən izhar etməyin, amma baş verənləri də əsla unutmayın. Tələsmədən hərəkət edin və mühüm sandığınız işi başa vurub maraqlarınızın tapdanmasına, nüfuzunuza zərbə dəyməsinə, gəlirin əldən çıxmasına imkan verməyin. Sərfəli olmayan işə, dəyərsiz adama və uğursuz layihəyə sədaqətli olmayın.  Bu ballastları unudun, irəliyə doğru hərəkətdə özünüzə könüllü maneələr yaratmayın. Qeyri-müəyyənlik vəziyyəti sizi sıxa bilər. Batininizdə təkamülə nail olun, lazımsız ünsürlərdən qurtulun.

Əqrəb - Mars və Saturnun münasibətləri münasibətlərdəki yarımçıq mövzunu tamamlaşdırmaq, deyilməmiş sözləri demək məcburiyyəti yaradır. Verdiyiniz vədləri xatırlayın. Çoxdan bəri başlamağa cürət etmədiyiniz və ya vaxt tapmadığınız işi görmək zamanıdır. Təmir və ya inşaat işi ola bilər.  Hansısa layihəni təkmilləşdirmək istəyirsinizsə, alınan informasiyaya bir daha nəzər salın.  Şəxsi münasibətlər ümumi məqsədlə bağlı müzakirələr, təfərrüatlı söhbət istəyir. Təzyiq etmədən təşəbbüs göstərin. Ətrafınızdakı insanların maraqlarını nəzərə alın.

Oxatan - Umbriel və Enseladın münasibətləri bu gün energetikanızı artıracaq. Müəyyən xəbər, görüş, mühüm danışıqla bağlı nigaranlıq var. Yaxın iki günlə bağlı fəaliyyətinizi müəyyənləşdirin. Əsas orientirləri seçin, amma danışıqlar və sövdələşmələr aparmayın. Belə danışıqlar heç bir məna verən deyil. Gün ərzində mövqeyinizdə dəyişikliklər olacaq. Yeni yaranan təfərrüatlar və agah olan həqiqətlər işlərinizə dəyişikliklər etmək zərurəti yaradacaq. Aktiv olun, amma izafi riskə getməyin, əsəblərinizi gərməyin.

Oğlaq - Venera və Plutin bu gün batininizdəki təbəddülatdan qurtulmağı, yaxın gələcəkdəki fəaliyyətinizi nisbətən də olsa, planlaşdırmağınızı istəyir. Nəyinsə yaşanacağını hiss etdiyiniz situasiyalarda sayıq və ehtiyatlı olun. Soyuqqanlı olun, emosiyalarınızı nəzarətdə saxlayın, yalnız işlə məşğul olun. Daxili gərginliklə tələbləri bir qədər azaldın. Yaxın günlərin hadisələri sınaqdır. Bu sınaqlar yaxın ətrafınızdakı insanların əsl dəyərini üzə çıxaracaq. Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxsanız, pis olmaz.

Dolça - Andromeda və Ay bu gün sizə ilin ən mühüm hadisələrindən birini vəd edir. Bu olay yaşamınız üçün əhəmiyyətlidir. Köhnələn və gərəksiz roldan qurtulmaq istəsəniz, hissələrinizdə yenilənmə baş verəcək. Münasibətlərə yeni məzmun vermək, sizi narahat edən məqamı dərhal çözmək gərəkdir. Kəmhövsələlik nə işlərə, nə də münasibətlərə yaramayacaq. Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq, hansısa situasiyada güzəştə getmək gərəkdir. Münasibətlərlə hissləri təmizləyin.

Balıqlar - Deymos və Fobosun münasibətləri sizə yeni hadisələr məcrası vəd edir. Tələsməyin, bu gün əsas məsələ yaşananlara hazır olmaq, prioritetləri müəyyənləşdirmək, ötənlərdə özünü doğrultmayan planlar və istəkləri unutmaqdır. Kimsəyə heç nə borclu deyilsiniz. Yaxın ətrafınızdakı insanların istəklərini və gözləntilərini duyun. Münaqişə situasiyalarında eqoizminizə nəzarət edin, qarşı tərəfin fikrini nəzərə alın. Qüvvənizin təbii həddindən kənara çıxmayın. Daha çox vitamin, təzə meyvə və tərəfəz yeməyə çalışın. Bu gün səhhətinizin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə əl atın.


Milli.Az


Oxumağa davam et

Qoroskop

Günün ULDUZ FALI: mühüm müzakirələr ola bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işlərdə səhvlər, kiçik anlaşılmazlıqlar ola bilər. Yanlışlıqların başladığınız işi bitirməyə imkan verməməsi mümkündür. İnadkar olmayın, güzəştlərə getməyi bacarın. Yaxın ətrafınızdakı insanlarla aqressiv davranmayın.

Məhsuldar dialoqa üstünlük verin.

Günün ikinci yarısında yaşamınızda köklü dəyişikliyə tələsməyin. Bunun üçün əlverişli zaman deyil. Hansısa məqam sizi təmin etmirsə, ehtiyatlı davranın. Hər şansı dəyərləndirin. Yalnız belə olan təqdirdə məqsədə çata bilərsiniz.

Buğa - çox məqamların çözülməsi sizdən asılıdır. Baş verən bütün hadisələrə görə məsuliyyət daşıdığınızı düşünməyin. İşlərdə səhvə yol verməyin, bədgüman qaldığınız insana inanmayın. Qarşınıza qoyduğunuz məqsədə mümkün qədər tez çatmağa çalışın.

Günün ikinci yarısında sağlam qidalanın, rasiona fikir verin. Səhhətinizdə ağır fəsadlara səbəb ola biləcək problemlərin yaşanmasına imkan verməyin. Kosmetik prosedurlarla eksperimentlər aparmayın. Dəriniz çox həssasdır.

Axşam saatlarında önəmli görüş və ya mühüm müzakirələr ola bilər.

Əkizlər - tələskənliyə yol verməyin, vurnuxmayın. Buna heç bir ehtiyac yoxdur. Fəaliyyət tempini bir qədər azaldın. Situasiyanı sakit təhlil edin, yan-yörənizə baxın. Hədəf və ya məqsədin indiyədək can atmadığınız istiqamətdə olduğunu görəcəksiniz.

Maraqlı tanışlıqlar istisna deyil. Yaxın perspektivdə yaşamınızda önəmli rol oynayacaq görüş baş tuta bilər.

Günün ikinci yarısında intuisiyanız sizə kimə etibar etməyin mümkün olduğunu, kimin də etibarınızdan sui-istifadə edərək sizdən yararlanmağa çalışdığını göstərəcək. Yaşam potensialınız yüksəkdir.

Axşam saatlarında əhvalınız pis olmayacaq.

Normal istirahət etməyə çalışın.
 

Xərçəng - uğurlu və əlverişli gündür. Dürüst qərarlar qəbul edin, etibarlı tərəfdaş, şərik və ya müttəfiqlərlə məhsuldar işləməyə səy göstərin. Situasiyanın tələblərinə uyğun davransanız, irəliləyişə nail olacaqsınız.

Bilik və bacarıqların artırılması üçün zəruri tədbirlər görün.

Günün ikinci yarısında təcrübənizdən yararlanın. İşlər həddən ziyadə olsa da, yaxınlarınıza kömək edin. Çətin vəziyyətə düşmüş dostlardan yardımı əsirgəməyin. Yaxınlarınız sizə dəstək və diqqətə görə minnətdar olacaqlar.

Az da olsa, vaxtında gəlir əldə edəcəksiniz.

Şir - müsbət təmayüllərin təsiri güclənir. Peşəkar fəaliyyət sahəsində dəyişikliklər olacaq. Faydalı tanışlıqlara nail olun. Sizə yardım edə biləcək insanlarla təmasları intensivləşdirin. Anlaşma və ya sövdələşmələr üçün pis zaman deyil.

Maraqlı işgüzar təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla münasibətləri gərməyin. Qarşıdurmanın münaqişəyə çevrilməsinə imkan verməyin. Tərəflərin hamısını qane edəcək qərarı tapmağa can atın, kompromisə gedin.

Sevdiyiniz insana komplimentlər söyləməkdən çəkinməyin. Hissləri gizlətməyin.
 

Qız - çətin, qarışıq, mürəkkəb gündür. Bütün səylərinizə rəğmən soyuqqanlı və təmkinli davranmaq asan deyil. İndiyədək sizi dəstəkləyən insanlar aqressiv davranır, sanki münaqişə axtarırlar. Həmkar və ya tanışlarınızdan biri səhvə yol verərsə, dərhal sərt tənqidə keçməyin. İradlar çox olmamalıdır. Əks təqdirdə sizdən inciyəcəklər.

Günün ikinci yarısında şəxsi münasibətlərlə bağlı önəmli qərar qəbul etmək olar. Nə istədiyinizi dəqiqləşdirin, məqsəd və ya hədəfi konkretləşdirin.

Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Yaxşı ideyalarınız olacaq.

Tərəzi - ciddi səhvlərə və yanlışlıqlara yol verməyin. Yanlış addımın fəsadları ağır olacaq. Qarşınıza qoyduğunuz məqsədə dərhal çatmağa çalışmayın. Ən kiçik gecikmə və ya ləngimə sizə həddən artıq ciddi problem təsiri bağışlamasın.

Yaxın ətrafınızdakı insanlardan bəzilərinin dəstəyinə ehiyacınız var.

Günün ikinci yarısında ehtiyatlı, diqqətli və sayıq davranın.

Axşam saatlarında nüfuzlu insanlarla görüş məsləhət deyil. Onlarda özünüzlə bağlı xoş təəssürat yarada bilməyəcəksiniz. Alış-veriş üçün yaxşı gün deyil. Bahalı əyləncələrdən, pul xərcləməkdən imtina edin.

Əqrəb - peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin həlli üçün münasib gündür. Minimum informasiyaya malik olsanız belə, dürüst qərarlar qəbul etməyə çalışın. İntuisiyanız sizi aldatmayacaq.

Günün ikinci yarısı anlaşma və sövdələşmələr üçün yararlıdır. Müqavilələr, razılaşmalar imzalamaq, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq olar.

Dəvət aldığınız tədbirə qatılın. Axşam saatlarında danışıq və ya görüş pis keçməyəcək. Alış-verişdə gözəl, qeyri-adi əşyalar almaq olar.

Zövqünüz sizi yanıltmayacaq.

Oxatan - çox uğurlu və əlverişli gündür. Münasib məqamdan yararlanaraq planları reallaşdırmağa, irəliləyişinizə təkan verəcək ideyanı həyata keçirməyə başlayın. Nüfuzlu insandan dəstək almağa çalışın. Etibarlı müttəfiqlərin köməyi ilə çətin problemi həll edə bilərsiniz. Maliyyə işlərində ehtiyatlı olun, səhvlərə yol verməyin.

Günün ikinci yarısında sizi təxribata çəkəcək, etibarınızdan və inamınızdan sui-istifadə etməyə çalışacaqlar.

Yeni tanışlıqlar, romantik münasibətə başlamaq üçün münasib zamandır. Sevdiyiniz insanla ünsiyyətdə həssas və qayğıkeş olun.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Oğlaq - problemlərin sayı artsa da, onların öhdəsindən gələ bilərsiniz. Aktiv və enerjili olun. Mənasız, xırda, önəmsiz məsələlərə həddən artıq vaxt və diqqət sərf edərək mühüm məsələləri nəzərdən qaçırmayın.

Əhəmiyyət daşıyan məqamları dəqiqləşdirəndən sonra həmin istiqamətdə hərəkətə başlayın.

Günün ikinci yarısı imiclə eksperimentlər üçün pis deyil. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Alış-veriş üçün axşam saatları münasibdir. Yalnız özünüzün yox, ailə üzvlərinin də yararlanaraq istifadə edə biləcəkləri əşya alın.

Dolça - güzəştlərə ehtiyac var. Bunu anlamağa çalışın. Nə qədər çox inad etsəniz, özünüzə bir o qədər problemlər yaradacaqsınız. Bir qədər durun, nəfəs dərin, situasiyanı təhlil edin.

Əsla bəyənmədiyiniz və rəğbət bəsləmədiyiniz insanlarla ünsiyyət çox vaxt alacaq. Fəqət, təmkinli, soyuqqanlı olun. Çünki bu görüşlər karyeranızın inkişafına təsir edə bilər.

Yaxşı tanımadığınız insanlarla təmaslarda diqqətli olun. Etiket qaydalarını pozmayın.

Günün ikinci yarısında işgüzar intuisiyanız kəskin olacaq. Anlaşma və sövdələşmələr gəlir gətirəcək. İstənilən səfər, səyahət üçün əlverişli zamandır.

Sevdiyiniz insanı sevindirməyə çalışın.

Balıqlar - yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Birlikdə işlədiyiniz insanlarla münasibətlərdə səmimi olun. Vəd verməyə, üzərinizə öhdəliklər götürməyə tələsməyin. Uğur əldə etmək üçün fəaliyyət azadlığına ehtiyacınız var. Gəlirlər olacaq.

Uzun müddətdən bəri sizi narahat edən maliyyə problemini günün ikinci yarısında çözə bilərsiniz. İstənilən sahədə yeniliklər və islahatlar üçün əlverişli zamandır.

Yeni biznes layihə, romantik təmaslar uğurlu olacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
 

Milli.Az

Oxumağa davam et

Qoroskop

Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Bu yaxınlarda başladığınız işi uğurla başa vurmaq üçün var qüvvənizlə çalışın. Yorulmağınız istisna deyil. Lakin ruhdan düşməyin, ətalətə qapılmayın, süst olmayın.

Mühüm işi yarımçıq qoysanız, narazılıq və natamamlıq hissləri sizi uzun müddət təqib edəcək.
Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq. Hadisələrə daha nikbin baxacaqsınız.

Yaxın dost və ya sevdiyiniz insanla ciddi mövzunuzu müzakirə etmək istəyəcəksiniz. Uğurlarınız və ya əldə etdiyiniz nəticələrin dəyərləndirilməsini istəyirsiniz.

Axşam saatlarında ailə üzvləri ilə səmimi və həssas davranın.

Buğa - Yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın.

Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.
Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək.

Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarada bilər. Fəqət, emosiyalara aldanmayın.

Əkizlər - Tez və dərhal qazanc götürməyə, mənfəət əldə etməyə çalışmayın. Belə olarsa, bel bağladığınız gəlirdən ən son anda məhrum ola bilərsiniz.

Yol verdiyiniz səhvləri sıralamayın, yanlış davranmayın, tələsik və emosional qərarlar verməyin. Borc almaq və ya sərt qənaət rejiminə keçmək istəmirsinizsə, emosional olmayın, soyuqqanlı çalışın və deyilənlərə diqqətlə qulaq asın. Hər məsləhətə uymayın.

Axşam saatlarında dostlarla görüşün, gəzintiyə çıxın. Xəbər, mesaj və ya məktub ala bilərsiniz.
Söhbət zamanı gələcək planları müzakirə edin.

İşdə və ya şəxsi münasibətlər müstəvisindəki uğursuzluqlardan danışmayın.
Səhhətdəki problemlər müzakirə mövzusu deyil.

Xərçəng - Mütləq şəkildə niyyətinizə çataraq planınızı reallaşdırmağa çalışın. Cəsur, məqsədyönlü, ağıllı və məntiqli olun. Aktiv çalışın, irəliləyin, yerinizdə saymayın, süst və ətalətli olmayın.

İş başa çatandan sonra bir qədər dincəlmək, gərginlikdən qurtulmaq, istirahət etmək olar. Sakit, aram yaşam aramayın. Ciddi problemləri həll etməsəniz, nigaranlıq, qıcıq, uğursuzluğa düçar olacaqsınız.

Axşam saatlarında alış-verişdə diqqətli olun, aldığınız nəsnələrin keyfiyyətini və istifadə müddətini yoxlayın.

Şir - Gün ərzində emosional məzmunlu addımlar ataraq düşünülməmiş qərarlar qəbul etməyin. Günün iknci yarısında diplomatik davranın, özünütənqidi unutmayın.

Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara gözəl estetik zövqünüzün olduğunu göstərin.

Xoşlanmadığınız insanın diqqəti, hətta "hədiyyə" vermək cəhdi ilə üzləşə bilərsiniz.
Axşam saatlarında rahatlıq arasanız da, ilk əvvəl narahatlıqla qarşılaşacaqsınız.

Səfər, təhsil, ünsiyyət, internetdə yazışma üçün əlverişli vaxtdır.
Emosiyalarınıza hakim olun.

Qız - Nəyin bahasına olursa-olsun, başlanmış işi başa vurun. Gərgin və emosional şəraitdə riskli addımlar ataraq müstəqil qərarlar qəbul edin.

İncikliyə vaxt sərf etməyin, əks təqdirdə işlər xoşagəlməz məcraya yönələcək. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər, yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq.

Əlaqələrlə ünsiyyətlərin bəzi qisminin virtuallaşacağı istisna deyil.
İnternetdə yazışmağa xeyli vaxt sərf edə bilərsiniz.

Şəxsi münasibətlərdə perspektiv və şanslarınızı dəqiqləşdirin, əvvəlki ssenariyə dəyişikliklər edin.

Tərəzi - Məqsədə yalnız maneələri dəf etməklə çatmaq mümkündür. Aktiv olun, planların həyata keçirilməsi prosesində əsla geri çəkilməyin, kimsəyə güzəştə getməyin, qətiyyətli və iradəli davranın.

Yalnız bu minvalla peşəkarlığınızı sübut edərək mübahisədə qalib gələ bilərsiniz. İşdə həmkarınızın qeyri-adekvat davranışı və rəhbərin qəzəbi ilə qarşılaşacaqsınız.

Günün sonlarında əylənmək, istirahət etmək, streslərdən qurtulmaq istəyəcəksiniz. Yalnız bir şərtlə: ideyalar, emosiyaları, pulları bədxərcliklə sərf etməyin.

Əqrəb - Yaranan şərtlər situasiyanı formalaşdırır. Rahat və harmonik yaşama nə qədər can atsanız da, şərtlərlə barışmaq məcburiyyətindəsiniz.

Gərgin iş qrafikində çalışmağa hazır olun.
Münaqişəni çözün, tapşırığı və sifarişi yerinə yetirin, başlanmış işləri başa vurun.
Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır.

İş rejimi ağır olsa da, ailə üzvlərinin maraqlarının təminatını və onların tələblərinin yerinə yetirilməsini unutmayın. Şəxsi tələbatlarınız, planlarınız və prinsipləriniz iş rejimi ilə problemlər yarada bilər.
Axşam saatlarında dincəlin.

Oxatan - Mövqelərinizi qorumaq və irəliləyişə nail olmaq üçün hisslərinizə nəzarət edin. Qorxu, qəzəb, qısqanclığın öhdəsindən gəlin. Belə hisslər uğur şanslarınızı azalda bilər.

Günün ikinci yarısında intellektual imkanlarınızı, yumor hissinizi nümayiş etdirmək, yeni ideya və xəbərləri bölüşmək, bacarıqlarınızdan başqasının bəhrələnməsinə imkan yaratmaq şansları olacaq.

Dostdan və ya qohumdan xəbər alınacaq. Emosiyalar yox, məntiqə istinad edin.
İdeyaları yeniləyin, amma hisslərlə oynamayın.

Oğlaq - Bədxahın avantürasına, rəqibin yaramazlığına, işlərin çətinləşməsinə hazırlaşın. Seçim imkanlarınız çox məhduddur, çünki baş verənlərin təşəbbüskarları başqalarıdır.

Qalmaqallara qatılmayın və münaqişələrdən uzaq durun. Yalnız maraqlarınıza təhlükə olarsa, mənafeləriniz zərbə altında qalarsa və ya hüquqlarınız tapdalanarsa, irəli atılın.

Günün ikinci yarısında müstəqil olun. Şəxsi münasibətlərdə, peşəkar müstəvidə və ya maliyyə məsələlərində səhvə yol verməmək üçün tempi aşağı salın, hövsələsizlik və tələskənlik etməyin, nevroz olmayın.

Ən effektiv "silah"ınız strateji davranışdır. Ehtiyatlı, uzaqgörən, hesablı olun.

Dolça - Günün ilk yarısından etibarən qətiyyətlə irəliləyin, əzmli və inadkar olun. Sizdən asılı nə varsa, yerinə yetirin. Sükan arxasında, yolda, ictimai nəqliyyatda ehtiyatlı olun.

Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.
Günün ikinci yarısı sizə sınaq hazırlayır.

Bədbinlik, yaxın insanlardan birindən bədgümanlıq, şəxsi münasibətlərdə peşmançılıq, işdə qüssə mümkündür.

Mühüm qərarların qəbulu üçün uğursuz vaxtdır. Səbəb isə yaşananlara çox bədbin münasibət bəsləməyinizdir.

Balıqlar - Gün ərzində hissləriniz sınağa çəkiləcək. Hətta ən sakit adam olsanız belə, qıcıqlana və hirslənə bilərsiniz.

Şəxsi münasibətlərlə yanaşı, işgüzar, maliyyə, peşəkar sahələrdə münaqişələr istisna deyil.
Ən destruktiv hisslər hirs, qısqanclıq, habelə işgüzar rəqabət və emosional qarşıdurma olacaq.
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil.

Hisslər, adətlər və borc duyğusu məcrasında qarşıdurmalar ola bilər.
Münaqişələri pul, hədiyyə və ya tərif vasitəsilə həll etməyə çalışmayın. (Milli.Az)

Oxumağa davam et
Reklam

Gündəm