Xəbərlər - Publika.az
Bizi izləyin

Tarix

Şəhid jurnalist haqqında çəkilən "Canım mənim" filmi təqdim edildi

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən daha bir film - "Canım mənim” filmi bu günlərdə təqdim edildi. “Qarabağ” silsiləsindən ikinci film olan “Canım mənim” filmi birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. “Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur. Filmin çəkilişinə dəstək olan şirkətlədən biri də “Nar”dır. Qeyd edək ki, film “Nar”ın Zəfər Gününə həsr etdiyi “Yaşa, Vətən!” kommunikasiyası çərçivəsində dəstək olduğu layihələrdən biridir.

Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: “Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.

Xatırladaq ki, “Planet Parni iz Baku Films” şirkətinin “Qarabağ” silsisləsindən birinci filmi olan “Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə “Nar” dəstək olmuşdu.

Rəylər

Tarix

Aydın Hüseynov: "Heydər Əliyev təhlükələrdən çəkinmədən bunu etdi"

20 Yanvar faciəsi Kremlin Azərbaycan xalqını cəzalandırmaq üçün törətdiyi qanlı faciədir. Azərbaycanda geri gönüşü olmayan müstəqillik hərəkatını beşiyindəcə boğmaq niyyəti ilə təpədən dırnağa qədər silahlanmış cinayətkar, qəsbkar ordunu silahsız insanların üzərinə göndərmək, onları Bakıda və ölkəmizin digər şəhərlərində amansızcasına qətlə yetirmək ən böyük cinayətdir. Bəli, bunu dağılmaqda olan Sovetlər birliyinin ordusu, SSRİ Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və xüsusən də erməni başkəsənlərindən ibarət dəstələr törətmişdilər. Onların bir məqsədi vardı, Ermənistanın və dünya ermənilərinin arxasında duran güclərin Qarabağın dağlıq hissəsini, daha dəqiq desək, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisini Azərbaycandan qoparmaq üçün başlatdıqları kampaniyaya etiraz edənləri susdurmaq, xalqımızın müstəqillik ruhunu sındırmaq, Azərbaycanı bir dövlət kimi yer üzündən silmək. Amma sovet ordusunun əli ilə qanlı cinayət törədənləri xalqın mübarizə rununu heç vaxt sındıra bilməyəcəklərini anlaya bilmədilər.  

Publika.azxəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili qeyd edib ki, 20 Yanvar qətliamı Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 

Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Bu faciəni həm də siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırmaq olar. O dövrdə hakimiyyətdə olanların xalqın maraqlarından çıxış etməməsi, bir başqa qrupun hakimiyyətdən pay ummaq siyasəti, müxalifətin isə hakimiyyətə gəlmək üçün qurduğu oyunlar kənar qüvvələrin ölkəmizə ayaq açmasına geniş imkanlar qazandırmışdı. Hər qrup öz şəxsi və kollektiv maraqlarından çıxış edirdi və bu da xalqımızın müstəqillik arzularının həyata keçməsində böyük əngəl idi. Xalq milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefasını tələb edirdi. Mərkəzi hakimiyyət – Kreml isə proletariat diktaturasının hakim olduğu ölkə statusunu unudaraq xalqın tələbini rədd etdi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırdı, Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc və əliyalın əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu, kütləvi qətllər törədildi. Sovet ordusunun xüsusi təyinatlıları və və çoxlu sayda daxili qoşun birləşmələri Bakını ələ keçirmək üçün xüsusi qəddarlıq nümayiş etdirdilər. Bunu da tətbiq edilməmiş “fövqəladə vəziyyət” şəraitində törətdilər, bu barədə əhali xəbərdar edilməmişdi.

Bu hadisəni əvvəlcədən planlaşdırılmış hərbi cinayət də adlandırmaq olar. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabitinin Bakı şəhərinə gətirməsi, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilməşi, ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantların da cəlb edilməsi Kremlin iyrənc, qəddar niyyətindən xəbər verirdi. 150-yə yaxın azərbaycanlının ölümü, 800-ə yaxın insanın açılan güllələrdən müxtəlif dərəcəli yara alması fövqəladə vəziyyət elan olunanadək baş vermişdi. Halbuki, bu, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə zidd idi. Bakıya qoşun yanvarın 19-da saat 21-də yeridilmişdi, fövqəladə vəziyyət isə yanvarın 20-də tətbiq edilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmişdilər. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.

Azərbaycanın siyasi rəhbərliyi bu faciədən sonra nəinki istefaya getmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 

Nə hakimiyyətdən gedən, nə onun yerinə gələn, nə də AXC-Müsavat hakimiyyəti 20 Yanvar hadisələrinə siyasi qiymət verməyə cəsarət etmədilər. Xalq daha bir gerçəkliyin şahidi oldu ki, azadlıq mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranlar əslində insanlara yalan vədlər verərək hakimiyyət kürsüsünü ələ keçirən bir qrup siyasət dəllallarıdır. Qanlı faciəyə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu tamam unutdu, öz imkanlarından istifadə etmədi. 

Ulu Öndər Heydər Əliyev isə 21 yanvar tarixində Moskvanın mərkəzində Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. İlk hüquqi qiyməti isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

Bəli, Ulu Öndərimiz bunu ürəkdən yanaraq və həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışaraq etmişdir. Heydər Əliyev açıqlamalarının birində demişdir: “Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.


Oxumağa davam et

Tarix

Aydın Balayevin "Azərbaycan türkləri" monoqrafiyası nəşr edilib

Tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" monoqrafiyası nəşr edilib.  

"JekoPrint" Çap Evi  tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub. 

Tədqiqatda həmçinin zamanında Cənubi Qafqazın şərqində yerləşəm Vətənimizin yaradılmasında rola malik olan və varisi sayıldığımız Azərbaycan türklərinin qədim köklərinə də müəyyən diqqət ayrılıb. 

Kitabda  Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunur.  Lakin tədqiqatın əsas məqsədi Azərbaycan xalqının formalaşmasında əsas rola malik olan XIX–XХ əsrlərin sonlarında baş vermiş köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etmək və işıqlandırmaqdır. Kitabda Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir. Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir.

Oxumağa davam et

Tarix

Osmanın qanı tökülən “Quran”la bağlı MARAQLI FAKTLAR ÜZƏ ÇIXDI: Yüzilliklər boyu... - FOTO

Litva hökumətinin qərarı ilə 2021-ci ildə ölkədə “Litva tatarları” ili qeyd olunur.

Çarizmin süqutuna qədər Peterburq Ümumi kitabxanasında saxlanılan nadir islam abidəsinin - “Osmanın Quranı”nın (rəvayətə görə Quranın kanonik mətninin tərtibçisi, üçüncü islam xəlifəsi Osman ibn Əffan 656-cı ildə bu əlyazmanın mütaliəsi zamanı sui-qəsdçilər tərəfindən öldürülmüş və qanı perqamentin səhifələrinə çilənmişdi) həqiqi sahiblərinə - müsəlmanlara qaytarılmasında Litva (Polşa) tatarlarının müstəsna xidməti olmuşdu.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev danışıb. Professor bildirib ki, “Osmanın Quranı” qəribə tale yaşamışdı və Teymurləngin qənimət kimi Bəsrədə ələ keçirib Səmərqəndə gətirdiyi müqəddəs kitab yüzilliklər boyu yerli mədrəsələrin birində saxlanmışdı:

“Çar Rusiyası Mərkəzi Asiyanı işğal edəndə Səmərqənd ruhaniləri 100 rus manatı müqabilində əlyazmanı Rusiya idarəçilərinə satmışdılar. Yaxud satmağa məcbur edilmişdilər. Türküstan general-qubernatoru Konstantin fon Kaufman nadir əlyazmanı Peterburqa, İmperator kitabxanasına göndərmişdi. Çarizmin süqutundan sonra Rusiya Müsəlmanları Şurasının təkidli xahişlərinə rəğmən, tarixi relikviya həqiqi sahiblərinə qaytarılmamışdı.

Belə olduqda Polşa (Litva) tatarı, kapitan Aleksandr (İskəndər) Talkovskinin komandası altındakı müsəlman alayı 1917-ci il dekabrın 14-də kitabxana binasını mühasirəyə almış və tələblərini ultimatum şəklində irəli sürmüşdü. Yalnız bundan sonra, dekabrın 19-da Leninin imzaladığı xüsusi dekretlə “Osmanın Quranı” müsəlmanlara qaytarılmışdı. 1918-ci ilin fevralında admiral İshaq İslamov, knyaz Maksudov, Konstantin və Aleksandr Əhmədoviç qardaşlarından ibarət heyət Kazan və Polşa (Litva) tatarlarından təşkil olunmuş qvardiya alayının mühafizəsi altında kitabı Ufaya aparmışdı.

1923-cü ildə Türküstan diyarı – Daşkənd və Cizak üləmasının xahişi ilə sovet hökuməti dini abidənin Səmərqəndə qaytarılmasına qərar vermişdi. Xüsusi vaqonda Özbəkistana gətirilən əlyazma burada bir neçə dəfə yer dəyişmişdi. Hazırda Daşkəndin Muyi-Mübarək mədrəsəsində saxlanılır. 1997-ci ildə UNESCO “Osmanın Quranı”nı “Dünyanın yaddaşı” reyestrinə daxil edib. Kitabın qəribə taleyi haqda polyak tarixçisi Pyotr Boravskinin “Tatarlar qədim Reç Pospolitada” əsərində məlumat verilib”.

Oxumağa davam et
Reklam

Gündəm