Aydın Balayevin "Azərbaycan türkləri" monoqrafiyası nəşr edilib - Publika.az
Bizi izləyin

Tarix

Aydın Balayevin "Azərbaycan türkləri" monoqrafiyası nəşr edilib

Tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" monoqrafiyası nəşr edilib.  

"JekoPrint" Çap Evi  tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub. 

Tədqiqatda həmçinin zamanında Cənubi Qafqazın şərqində yerləşəm Vətənimizin yaradılmasında rola malik olan və varisi sayıldığımız Azərbaycan türklərinin qədim köklərinə də müəyyən diqqət ayrılıb. 

Kitabda  Azərbaycan etnosunun formalaşmasının əsas mərhələlərinin izləndiyi qısa tarixi ekskurs da oxucuların diqqətinə təqdim olunur.  Lakin tədqiqatın əsas məqsədi Azərbaycan xalqının formalaşmasında əsas rola malik olan XIX–XХ əsrlərin sonlarında baş vermiş köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etmək və işıqlandırmaqdır. Kitabda Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus dilindədir. Bu əsər alimin həyatının son günlərində bitirdiyi, amma çap eləməyə zamanı çatmayan 3 əsərindən biridir.

Rəylər
Oxumağa davam et
Reklam

Tarix

Müəllimlərin NƏZƏRİNƏ: Yerdəyişmə BAŞLADI

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edilib ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Oxumağa davam et

Tarix

Ağdabanda şəhid olan əfsanəvi döyüşçü: Çox sayda ermənini... - MARAQLI FAKTLAR - FOTO

Kəlbəcərin işğalından bir il öncə - 1992-ci il aprel ayının 8-də erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Erməni quldurlar tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilib, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilib. İşğalçılar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törətdilər.

Publika.az Kəlbəcərin müdafiəsi uğrunda qəhrəmanlıqla savaşan, böyük şücaət göstərən və Ağdaban qətliamı zamanı erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq əhalinin bir hissəsini mühasirədən çıxaran, özü də həmin yerdə şəhid olan Mirzəyev Mahmud Əli oğlunun döyüş yolunu təqdim edir:

Arayış: Mirzəyev Mahmud Əli oğlu. 10 aprel 1936-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub (Hazırkı Kəlbəcər rayonunun Kərəmli kəndi - red). Onu öz el-obasında Mamoy adıyla tanıyırdılar. Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi haqqında əfsanələr gəzir, hətta bəzi əhvalatlar lətifə kimi söylənirdi. Mahmud Mirzəyev Qarabağda böyük bir ailənin başçısı, həm də baba idi. Amma hadisələrin başlandığı məlum 1988-ci ildən düşmənə qarşı aparılan mübarizənin daim önündə olub. 1992-ci il aprel ayının 8-də Ağdabanda - Aşıq Şəmşirin məzarının yanında şəhidlik zirvəsinə ucalıb. 

Qeyd: Kəlbəcər rayonu Ağdaban kənd sakini, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri, “Qızıl qələm” mükafatı laurеatı Qəmbər Şəmşiroğlu “Küllərin dəfni” adlı hekayəsində Ağdaban qətliamında gördükləri haqqında yazıb: “Bu faciədən xəbər tutan bir qrup Kəlbəcər sakini yük maşınında Ağdaban və Çayqovuşan kəndlərinin harayına gəliblər. Qonşu Kərəmli kəndindən oraya gələn Mahmud Mirzəyev isə Dədə Şəmşirin məzarı yaxınlığında qətlə yetirilib”.

Yerli sakinlər arasında “O gecə” adıyla tanınan 1991-ci ilin iyununda erməni hücumunun qarşısının alınmasında Mahmud Mirzəyev misilsiz qəhrəmanlıqlar göstərib. Düşməni ov tüfəngləri ilə dəf edən yerli əhalinin bu cəsurluğu erməniləri vahiməyə salıb. 1991-ci ilin avqust ayında sovet hərbçilərinin guya ermənilər tərəfindən “əsir” alınmasından sonra düşmənin silahlanması başa çatıb. Ermənilər 17-24 sentyabr 1991-ci il tarixində Həsənriz, Seyidlər, Qozlu Körpü və Uşacıq kəndləri istiqamətindən kəndə hücum edib. Ağdərə kəndləri respublikanın gözləri qarşısında “ölüm-dirim” savaşı aparıb. Düşmən kəndləri Alazan” və digər qurğulardan aramsız atəş altında saxlayırdı. Buna baxmayaraq, kənd əhalisi bu hücumun qabağını alıb.

1992-ci ilin yanvar ayında Mahmud Mirzəyevin rəhbərlik etdiyi kiçik bir dəstə Uşacıq kəndinə girərək 17 nəfər erməni quldurunu məhv edib. Məlumata görə, düşmən ona “Mixaylo” ləqəbi vermişdi və onun harada üzə çıxacağını qorxuyla gözləyirmişlər. Döyüş dostlarının dediyinə görə, Uşacığa girdiyi zaman ermənilər qaça-qaça Mahmud Mirzəyevin gəldiyini qışqırırlarmış.

O, doğma kəndi işğal olunsa da, Vətənin müdafiəsindən bir an belə çəkilmir. Ağdabana 8 aprel 1992-ci il hücumu zamanı oğulları ilə çiyin-çiyinə döyüşən qəhrəman döyüşçü ağır yaralansa da, silahı yerə qoymur. Ermənilərin başına pul qoyduğu və qarşısında tir-tir əsdiyi döyüşçü yaralandığını və gücdən düşdüyünü görüncə, silahdaşlarına çəkilsələr, onu güllələməyi xahiş edib. Dostları onu buraxmır və özləri ilə apara bilirlər.

Qəhrəman döyüşçü Mahmud Mirzəyev 9 aprel 1992-ci ildə Ağdaban faciəsində şəhidlik zirvəsinə yüksəlir. O, bir çox ağdabanlının mühasirədən çıxmasına yardım edir, ermənilərə divan tutur. Ancaq qeyri-bərabər döyüşdə mənfur düşmənin gülləsinə tuş gəlir, Dədə Şəmşirin məzarı yaxınlığında vurulur. Məzarı Kəlbəcərin Şəhidlər xiyabanındadır. 

M.Mirzəyevin oğlu Mirzəyev Nüsrət Mahmud oğlu da Kəlbəcərin müdafiəsində iştirak edib və böyük qəhrəmanlıq göstərərək şəhid olub. 1972-ci ilin yanvar ayında anadan olan Nüsrət hələ 17 yaşından atası ilə birlikdə kəndin müdafiəsində iştirak edib. 1991-ci ilin 24 sentyabrında son gülləsinədək döyüşüb. Onun gəncliyi döyüşlərin içində keçib, atası kimi qorxmazlığı hər kəsi heyrətləndirirmiş. Nüsrət Mirzəyev də atası kimi doğma kəndi uğrunda şəhid olduğu günədək silahını yerə qoymadı. 1992-ci ilin yanvarında doğma Kərəmli kəndindən Ağdabandakı hərbi düşərgəyə gedərkən düşmənin qurduğu pusquya düşüblər. N.Mirzəyev yaralansa da, pusqudan qurtulub Ağdabana gələ bilir. Kəlbəcər rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O da atası kimi öz doğum günü ərəfəsində şəhid olub.

Allah hər iki şəhidimizə rəhmət eləsin!

Oxumağa davam et

Tarix

Fərruxda daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapıldı - FOTO - VİDEO

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm