Anar Kərimov onları mükafatlandırdı - Publika.az
Bizi izləyin

Mədəniyyət

Anar Kərimov onları mükafatlandırdı - FOTO

Azərbaycan Memarlar İttifaqının binasında təntənəli təltifetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər rəsmi qonaqlar iştirak edib.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

Prezidentin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb.

O, bildirib ki, 17 dekabr 2021-ci il tarixində imzalanmış həmin Sərəncam memarlarımızın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb.

Nazir təltif edilmiş memarlara vəsiqələri və təltifləri təqdim edib.

  • Anar Kərimov onları mükafatlandırdı - FOTO

  • Anar Kərimov onları mükafatlandırdı - FOTO

  • Anar Kərimov onları mükafatlandırdı - FOTO

  • Anar Kərimov onları mükafatlandırdı - FOTO

  • Anar Kərimov onları mükafatlandırdı - FOTO

  • Anar Kərimov onları mükafatlandırdı - FOTO

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Mədəniyyət

Xalq artistinin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyi Xalq artisti teatr rejissoru, aktyor Vaqif Əsədovun vəfatı ilə bağlı nekroloq yayıb.

Publika.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il mayın 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Allah rəhmət eləsin!"

Oxumağa davam et

Mədəniyyət

SON DƏQİQƏ: Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

Publika.az xəbər verir ki, sənətkar bu gün 75 yaşında dünyasını dəyişib.

Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Oxumağa davam et

Mədəniyyət

Muzeyi podium sanmaları... - İncəsənət Muzeyindən REPORTAJ - FOTO

Publika.az muzeylərin pulsuz olduğu bir gün Azərbaycan Milli İncəsənət Muzeyindən reportajı təqdim edir.

Muzeylərə girişin pulsuz olduğu bir gün incəsənət sevən insanlar üçün əsl bayram demək idi. Dünən, gecə saatın dəqiqə əqrəbinin 11-ə yaxınlaşdığı zaman Azərbaycan Milli İncəsənət Muzeyinə bu bayramda iştirak üçün daxil oldum. Onu deyim ki, İncəsənət Muzeyinə ilk addımdan insanı tablolar, heykəllər, xüsusi eksponatlar elə cəlb edir ki, bu saatda ora girən mənim kimi insanı gecə artıq nəzarətçi çıxarmaq məcburiyyətində qalacaq. Qədim Çin vazolar, dünya incəsənət nümunələri, Səttar Bəhlulzadənin möhtəşəm tabloları, Roma incəsənətinə aid nümunlər, bütün cərəyanlara aid nümunlər və s. Bu həqiqətən də başqa bir dünyaya açılan qapı idi. Düşünün ki, bir tərəfdə solunda Səttar Bəhlulzadənin nəfəsini, digər sağında Skedonini duyursan. Kövrəklik ilə sevinc, heyrət ilə baxırsan hər detala, hər eksponata... Naməlum heykəltəraşlara aid əsrlərlə yaşı olan möhtəşəm heykəl nümunələri o insanı tanımaq, ona bu gözəlliyə görə minnətdar olma istəyinin kövrəkliyi ilə heykəllərdən ayrılıram. Xüsusi vazolara, suvinerlərə baxıram, düşünürəm ki, görəsən hansı madmazellərin, hansı sənətkarların bunlara əli dəyib. Bəzi əsərlərin foto yoxsa rəsm əsəri olduğunu ayırmaqda belə insan çətinlik çəkir. Bəzi tabloların sənə həqiqi gözlərlə baxdığını sanırsan, bəzən bu insanı vahiməyə də salır. Belə anda insanın ağlına Şon Levinin rejissorluğu ilə çəkilmiş "Muzeydə bir gecə" filmi düşür. Bütün eksponatların gecə canlanması, onlarla söhbət edə bilmə xəyalı insanı həyəcanlandırır.

Bartolomeo Skedoni-Vəftizçi İlhann, Nikolaas Yohannes Rusenbum-Qış mənzərəsi, İohann Henrix Ross-Sürü, Leonid Jodeyko-Gənc qadın, Pyotr Petroviç Verşagin-Bakı dənizindən görünüşü kimi əsərlər xüsusi olaraq muzeyə rəng qatır. Bu əsərləri elə yerindəcə görmək, fırça izlərini, incə detalları yerindəcə seyr etmək insana başqa bir zövq verir.

Bəzi eksponatların bərpa üçün muzeydə sərgilənməməsi, onları görməməyin üzgünlüyünü yaratsa da, eksponatlara bu diqqəti görmək məni sevindirdi. Təmizlik yüksək səviyyədə idi. 

Əfsuslar olsun ki, bəzi insanların sosial şəbəkələrdə paylaşmaq üçün eksponatlatın qarşısını saatlarla zəbt etməsi, muzeyi podium sanmaları muzeydəki estetikaya, incəsənət havasına xələl gətirirdi. Çox təəssüflər olsun ki, insanlar artıq bir şeyə canlı baxmaq əvəzinə, paylaşım etmək və bəyənmələr toplamaq üçün bundan məhrum olurlar. Xatirə olaraq çəkilən foto ilə bəyənmə xətrinə dayanmadan çəkilən fotolar insanda müəyyən müddətdən sonra bezginlik yaradır. Bu psixoloji olaraq bəyənilmə arzusudur. Bəyənilmə normal arzudur, amma başqasının rahatlığını və məkanın estetikasını pozmadan bunu etmək daha məqsədəuyğundur. Bunu anladım ki, insanlar özlərini süni şəkildə sənət sevdalısı kimi təqdim etməyi sevirlər. Sanırlar ki, bu,elit olmağın təməlidir.

Belə bir möhtəşəm gündə mənfiyə köklənmək istəmirəm. Həqiqətən də belə bir günü təşkil edənlərə, dövlətimizə təşəkkür düşür. Arzumuz budur ki, belə günlər ildə bir dəfə yox, ayda bir dəfə olsun. Bu daha çox insanlara sənəti əlçatan edəcək.

Oxumağa davam et
Reklam

Gündəm