Xəbərlər - Publika.az
Bizi izləyin

Mədəniyyət

Vasif Adıgözəlova ağır itki üz verdi - FOTO

Tanınmış Azərbaycan bəstəkarı, görkəmli musiqi xadimi Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanım dünyasını dəyişib.

Publika.az xəbər verir ki, o, bu barədə tanınmış həkim Adil Qeybulla paylaşım edib.

O bildirib ki, mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan - Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.

Rəylər
Oxumağa davam et
Reklam

Mədəniyyət

Dmitri Sitkovetski Bakıda

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə may ayının 15-dən 20-dək Bakı şəhərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcəkdir.

Bu barədə Publika.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda Londonda yaşayan dünya şöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. D.Sitkovetski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.

Doğulduğu ölkəyə xüsusi həssaslıqla yanaşan musiqiçi bir həftə ərzində yaradıcılığının fərqli sahələri ilə Bakılı musiqisevərlərin mədəni həyatını rəngləndirəcək. Artıq 15 may tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilmiş və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır. Ustad dərsləri 16 və 17 may tarixlərində davam etdiriləcəkdir.

Bu gün isə sənətçi YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı video-mühazirə ilə çıxış edəcəkdir.

Bundan əlavə, Dmitri Sitkovetski növbəti günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirəcək, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestri ilə birgə çıxış edəcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Violin incəsənətinin qızıl əsri” adlı növbəti elmi mühazirəsini təqdim edəcəkdir.

Qeyd edək ki, D.Sitkovetskinin iştirakı ilə ustad dərsləri və mühazirələr Mədəniyyət Nazirliyinin musiqi sahəsində təşkil etdiyi təlim proqramının bir hissəsidir. İl ərzində həmçinin digər tanınmış musiqiçi və pedaqoqların ustad dərslərinin təşkili nəzərdə tutulur.

Oxumağa davam et

Mədəniyyət

Azərbaycandan “Avroviziya-2022” ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda deyilir:

"Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb.

Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.

Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.

Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.

Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək.

Oxumağa davam et

Mədəniyyət

Nadirin bu addımı bağışlanmazdır - Bəhruz Vaqifoğlu

“Avroviziya-2022” mahnı müsabiqəsinin milli münsif heyətlərindən biri idim. Dəyərli sənət adamları Faiq Ağayev, Fidan Hacıyeva, Ülviyyə Bəbirli, Gülnarə Xəlilova ilə iki gecə yarışma boyu iştirakçıları izlədik. Bir çoxunu müzakirə etdik. Bir çox müzakirələrdə həmfikir olduq. Mənim yaradıcılıq sahəmdə bu, bir ilk idi. Bu rəngi də yaradıcılığıma qatmaq istədim. Bir neçə fikrimi sizinlə bölüşmək istəyirəm. Azərbaycanımızı təmsil edən Nadir Rüstəmlinin malik olduğu artistizm, səs tembri, fakturası ilə daha gözəl performans sərgiləmək olardı. Bunun üçün çox təəssüflənirəm. Finalda saçının kəsdirilməsi isə bağışlanmazdır. Düşünürəm, buna o, özü təkbaşına qərar verməyib”. 

Publika.az xəbər verir ki, bu sözləri “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin münsif heyətinin üzvü Əməkdar artist Bəhruz Vaqifoğlu qeyd edib.

O bildirib ki, İspaniya bu yarışmada ən çılğın və yarışma ab-havasında olan komanda idi.

“Sanki yarışmaçılar arasında “Chanel” yarışırdı. Qalanları konsertə oxumağa gəlmişdi. Münsif heyətində olduğum üçün cinsi azlıq, cinsi çoxluq məsələlərinə də münasibət bildirmək olmur. Amma görünən mənzərələr heç də ürəkaçan deyil. Efir rejissorunun tamaşaçılar arasında hər dəqiqə elələrini tapıb göstərməkdən tutmuş, ifaçılara qədər, hətta çox rahat şəkildə bunu tamaşaçılara sunmaq. Bu, bir uçurumdur. Qoy məni geridə qalmış, nə bilim nə adlandırsınlar. Amma bu, doğru olan deyil. Buna inanıram. 

Gəlirəm münsif olaraq ən yüksək səs verməyə. Ən yüksək xalımı (12 xal) Ukraynaya vermişəm. Biz münsif heyəti olaraq Ukraynanı dəstəkləyirik, necə olur ki, bu, Böyük Britaniya olur. Bu, artıq onların səhvi idi və ya oyunu, hər nə idisə... Mənə görə əsas olan istədiyimizin birinci olması idi. Qalan problemləri inanıram ki, yaxın zamanlarda həll edib sizə açıqlama verəcəklər” - Bəhruz Vaqifoğlu qeyd edib.

Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya verib. Bu barədə aparıcı Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində məlumat verib. O bildirib ki, münsif səsverməsi zamanı texniki problem yaşanıb. Bu səbəbdən Azərbaycandan səsləri o yox, Martin açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparılır.

25 ölkənin qatıldığı 66-cı Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın “Kalush” orkestr qrupu “Stefaniya” mahnısı ilə 631 xalla qalib olub.

Oxumağa davam et
Reklam

Gündəm