Xalq artisti ikinci dəfə koronavirusa yoluxdu - Publika.az
Bizi izləyin

Mədəniyyət

Xalq artisti ikinci dəfə koronavirusa yoluxdu

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayev koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. O hazırda “Yeni Klinika”da müalicə olunduğunu deyib:

“Beş gündür xəstəxanadayam. Bundan əvvəl bir dəfə də yoluxmuşdum. İkinci dəfə yenə yoluxdum. Vaksin də vurdurmuşdum. İndi şükür yaxşıyam, qızdırma yoxdur, bir az quru öskürək qalıb”.

Aktyor virusa teatrda yoluxuğunu bildirib. 

“Teatr karantinə bağlıdır, profilaktika gedir”.

Rəylər
Oxumağa davam et
Reklam

Mədəniyyət

"Molla Nəsrəddin 2022" nümayiş olundu - FOTO

Şuşa Dövlət Musiqili Dram Teatrında Səhnə teatrınının "Molla Nəsərddin 2022" adlı tamaşası nümayiş olunub.

Publika.az xəbər verir ki, komediya janrında olan tamaşanın  ssenari müəllifi Xaqani Əliyev,  quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, aktyorları isə Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Vaqif Kərimov (Əməkdar artist), Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli və Ağaəli Kərimzadədir.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunun biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd cavanları ilə mübarizəyə başlayırlar. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.

Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.

Ötən gün Şuşa teatrında ictimai baxışı keçirilən tamaşa izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Oxumağa davam et

Mədəniyyət

Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO

Mayın 17-də Bakıda Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü münasibətilə “Bədənimə günəş” adlı filmin premyerası baş tutub.

Publika.az xəbər verir ki, rejissoru və ssenari müəllifi Miray Dəniz İsmayıl, operatoru Nigar Səfərova olan bədii film lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisi ilə münasibətləri qaydasında olmayan gey oğlanın hekayələrindən bəhs edir. Film boyunca tamaşaçılar onların çətinliklər qarşısında yaşadıqları duyğulara və aldıqları qərarlara şahidlik edir.


Qeyd edək ki, film "Minority Azerbaijan" layihəsi çərçivəsində çəkilib. Filmin nümayişi “Baku Community Space”lə əməkdaşlıq çərçivəsində və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Amma niyə məhz dar çərçivədə? Filmin yaradıcılarının cəmiyyətə vermək istədikləri mesajlar nədən ibarətdir və hansı auditoriyaya hədəflənib? 

Araşdırma zamanı aydın oldu ki, sözügedən filmlə, hətta onun təqdimat mərasimi ilə bağlı “BBC azərbaycanca”nı çıxmaq şərtilə, heç bir media orqanında məlumat yayımlanmayıb. Təqdimat mərasimində də az sayda izləyici iştirak edib. Bütün bunlarla bağlı ətraflı məlumat almaq istəsək də, “Minority Azərbaycan” təşkilatının koordinatoru və filmin rejissoru suallarımızı cavablandırmaqdan imtina etdi. 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi isə sorğumuza hələ də cavab verməyib.

Oxumağa davam et

Mədəniyyət

Aybəniz Haşımova ağladı: “Kaş o söz ordan pozulmayaydı”

Onun adi torpağı,

Ruhdan, candan irəli...

O, atandan qabaqdır,

O, anandan irəli...

Nəhayət, 30 illik arzusu çin olmuşdu. “Vətəndən pay olmayır”ı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında ifa etmişdi. Bizim üçün bir mahnıdan daha dəyərli olsa da, bu dəfə bir başqa təsir elədi. Çünki Şuşada oxunurdu.

Publika.az Əməkdar artist Aybəniz Haşımova ilə müsahibəni təqdim edir:

- Aybəniz xanım, bu günü illərdir gözləyirdiniz. “Vətəndən pay olmayır” mahnısını Şuşada ifa etmək necə hiss idi? Şuşa təəssüratlarınız necədir?

- Bilirsiniz, “Vətəndən pay olmayır” mahnısını 30 ildir oxuyuram. Mənim ən böyük arzum idi, Qarabağ, Şuşa işğaldan azad olunsun, gedək torpağımızda oxuya bilək. Deyək ki, Vətəndən pay olmadı. Çox şükür bu günə! Bu günü bizə yaşadan şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, qazilərimizə Allah cansağlığı versin. Dövlətimizə hər zaman böyük uğurlar arzu edirəm!

- Hamını, hətta ölkə başçısını da kövrəltdiniz. Həyəcan var idimi? Çox qürurlu, sevincli görünürdünüz...

- Həyatımda ilk dəfə idi ki, səhnəyə həyəcansız çıxırdım. 44 ildir səhnədəyəm, bu müddətdə elə bir çıxışım olmamışdı ki, səhnəyə çıxanda həyəcan keçirməyim. Həyatımda ilk çıxışım idi ki, bu qədər həyəcansız, qürurlu, sevincli idim. Səhnədə “Vətəndən pay olmayır” sonuncu bəndi deyəndə dəhşətli yağış yağdı, elə bil göydən vedrə ilə yağış tökürdülər. Hətta dedilər ki, səhnədə çox qabağa getməyin, yağış üzünüzə vuracaq. İnanın ki, yadımdan çıxdı. 

Bilir ərlər, ərənlər

Vətənə tay olmayır,

Ömürdən pay verərlər,

Vətəndən pay olmayır.

(oxuyur, kövrəlir) Mənə o qədər təsir etdi, yaxşı mənada.

Bir gözüm ağlayırdı, şəhidlərimizin göz yaşı idi, içimə axırdı, bir gözüm də sevinirdi ki, şükür Allaha oğullarımızın əməyi yerdə qalmadı. Vətən işğaldan azad olundu.

- Şuşa ilə bağlı təəssüratlarınız necədir? Gəzmək imkanınız oldumu?

- Bundan böyük nə təəssürat ola bilər? Artıq Vətən düşmən tapdağından azad olub. Allaha çox şükür ki, Azərbaycan bayrağı doğma diyarımızda dalğalanır. 

Hamınız bilirsiniz, Şuşa bir əfsanədir. Yağı düşmənin Şuşanı da, digər Qarabağ bölgələrimizi də darmadağın etməsinə baxmayaraq, yenə bütün halı ilə gözəl idi. Çünki Vətən idi. Mən hətta yol gedə-gedə tələbələrimə deyirdim ki, yaxşı olardı, o dağıntılar elə də qalsın ki, düşmənin bu Vətəndə törətdiyini bütün nəsillərə göstərə bilək. Yəqin İstanbulda görmüsünüz, orda elə yerlər var ki, çox qədimdən qalıb, dağıntı altındadı. Yenə də ona toxunmurlar. Tarixi abidə kimi qalır elə. Uşaqlarıma da dedim, ürəyimdə də arzu odur ki, buna toxunmasınlar.  Bütün nəsillər görsün ki, düşmən bizim torpaqlarımızı nə günə salıbmış. Bu gün isə torpağımız günü gündən çiçəklənir.

Şuşada hər yerdə Azərbaycan bayraqları var idi. Nə qədər xoş, gözəl görünürdü. Kaş rəssam olaydım, gördüklərimi çəkə biləydim. Orada “Azərenerji”nin, “Azəriqaz” İstehsalat Birliyinin binasını gördüm. O qədər ürəyim açıldı ki…

Ən təsirli məqam isə, gəzərkən orada divarlarda şəhid olan oğlanlarımızın adı yazılmışdı. Hətta uşaqlarım deyirdi ki, müəllimə, bu divar yəqin ki təmir olunacaq, amma kaş o söz ordan pozulmayaydı. Amma adama o qədər təsir edir ki… Hardakı o oğlan şəhid olub, həmin yerdə əsgər yoldaşları şəhidin kimliyini divara yazıb. Elə bil, ürəyimə axdı göz yaşım. İnanırsınız, gələndən sonra evdə o qədər ağladım ki… Orada gördüklərim bir-bir yadıma düşdü. Dedim, ay Allah, görəsən bu yuxudur, biz görürük? Şükür ki, daha yuxu deyil.

- Tələbələrinizə də Vətən sevgisini aşılamısınız...

- Musiqimizi də, xalqımızı da, vətənimizi də biz təmənnasız sevməliyik. Bu gün də gecəm-gündüzüm xalqımızın dəyərli musiqilərini oxumaq, öyrənmək, onları inkişaf etdirmək, yazdırmaqdır ki, mən öləndən sonra beş uşaq o səs yazımdan götürüb, nəsə öyrənib, öz yaradıcılığında nəsə qazana bilsin. Bundan böyük heç bir xoşbəxtlik ola bilməz. Bu gün Şövkət xanımın həyatda yaşamasının səbəbi onun vətənini, musiqisini sevməsidir. Bir şagirdim var, adı Hikmətdir, əslən Laçındandır, özü Bakıda doğulub. Cıdır düzünə çatanda dedi ki, müəllim, mən gözümü açandan evimizdə söhbət gedir ki, torpaqlar inşallah geri alınacaq. Mən bu arzularla böyümüşəm. Düzdür, mən hələ Laçına gedə bilməmişəm. Amma mən indi Cıdır düzündə “Çırpınırdı Qara dəniz” oxuyuram. Bundan sonra mənim taleyim necə olacaq bilmirəm. Amma necə olur olsun, bu günə görə daha ixtiyarım yoxdur taleyimdən şikayət etməyə. Mən dünyanın ən xoşbəxt vətəndaşıyam ki, 12 yaşımda Cıdır düzündəyəm. Körpə uşaqdır, bu barədə evlərində nə qədər danışılıb ki, fikrini belə izah elədi. Dedim, sən düz deyirsən, siz xoşbəxt azərbaycanlısınız. Çünki siz vətəni bax 12 yaşından görmək şansı əldə etdiniz. Amma Vətən şəhid olanda,  torpaq şəhid olanda, qohumlar şəhid olanda mənim, yaşıdlarımın - hamımızın gəncliyimiz şəhid oldu. Çünki biz müharibə dövrünü yaşadıq. Nəinki bir, hətta iki müharibə gördük. Üstünə də pandemiyanı gəlsək, üç müharibə yaşamış insanıq. Allahdan arzu edirəm ki, sizlər bundan sonra xoşbəxt böyüyüb, xoşbəxt yaşayasınız. Bir də Azərbaycan qada bala, müharibə görməsin. 

Oxumağa davam et
Reklam

Gündəm