Xəbərlər - Publika.az
Bizi izləyin

Mədəniyyət

Təbii ağrıkəsicilər

Bədəninizin hər hansı yerində ağrı hiss etdiyiniz zamandərhal aptekə qaçmaq lazım deyil. Əvvəlcə təbii ağrıkəsicilərdənistifadə etmək olar. Yalnız ağrıları azalda bilmədiyiniz haldatibbi yollara baş vurmalısınız.

Publika.az təbii ağrıkəsicilərin siyahısınıtəqdim edir:

Badam

Böyrək və sidik yollarındakı iltihabları aradan qaldırır. Başağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirir.

Paxla

Böyrək ağrılarını və iltihablarını aradan qaldırır.

Rozmarin (bibəriyyə)

Revmatizm ağrılarını azalmasına təsir göstərir.

Çiyələk

Böyrək, sidik yolları və bağırsaq problemləri üçün əlagiləmeyvədir. Həmçinin diş ətini gücləndirir, ağız qoxusunu vəboğaz ağrısını aradan qaldırır.

Dəfnə yarpağı

Bədənə rahatlıq verir. Sidikqovucudur. İştahanı açır. Sinirlərisakitləşdirir, bədəndəki mikrobları öldürür.

Kokos

Böyrəklərdəki qum və daşların salınmasına kömək edir. Mədəağrısını aradan qaldırır.

Mixək

Diş ağrıları üçün çox faydalıdır. Bir ədəd quru mixəyi ağzınızaalıb çeynəyəndə diş ağrısı keçər, mixək pis ağız qoxusunu da yoxedir.

Albalı

Aspirin yerinə, albalı yeyərək də ağrıları sakitləşdirəbilərsiniz. Albalının tərkibindəki antioksidantlar oynaq ağrılarıvə duzların yaratdığı xroniki ağrıları azaldır. Hər gün bir stəkanalbalı suyu içməyi unutmayın.

İtburnu

Yaxşı və təsirli qan təmizləyicisidir. Revmatizm ağrılarınıaradan qaldırır.

Kofein

İdmandan sonra kəskinləşən əzələ ağrılarını aradan qaldırır.Aparılan araşdırmalara görə, idman sonrası 2 fincan qəhvə ağrılarıyarıbayarı azladır.

Çobanyastığı çayı

Yüz illərdir ki, çobanyastığı mədə xəstəlikləri, yuxusuzluq kimiproblemlərə çarə olur. Təbriz Universitetinin apardığı araşdırmadaonun revmatizm ağrılarını da azaltdığı məlum olub.

Zəncəfil

Mədə ağrılarını, soyuqdəyməni aradan qaldırır. Hər gün iki qramçiy zəncəfili idmandan qabaq qəbul etsəniz əzələ ağrılarınızazalar. Lakin idmandan sonra iki qram çiy zəncəfil çeynəsəniz, heçbir faydası olmayacaq.

Yağlı balıq

Omeqa 3-lə zəngin olan yağlı balıqlar təbii ağrıkəsici özəlliyiilə seçilir. Yağlı balıqlar da revmatizm ağrıları ilə mübarizədəgüclü ağrıkəsici rolunu oynayır. Mütəxəssislər revmatizmadanəziyyət çəkən hər kəsə həftədə 2 dəfə yağlı balıq yeməyi tövsiyəedir.

Aytən

Rəylər

Mədəniyyət

Cavad xanın anım mərasimi keçirildi - FOTO

Gəncənin sonuncu xanı Cavad xanın anım mərasimi keçirilib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, anım mərasimində Cavad xanın qəbrüstü türbəsi ziyarət olunub.

Azərbaycanın və Gəncənin tarixində Cavad xanın xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb. 

Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və Nüşabə xanım Məmmədlinin qələmə aldığı  «Cavad xan» tarixi dramı nümayişi olunub./

Oxumağa davam et

Mədəniyyət

Mədəniyyət Nazirliyi təqdimat keçirdi

Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi daxilində layihə yönlü idarəçiliyə keçid və 2022-ci il üçün nəzərdə tutulmuş layihələrlə bağlı təqdimat gerçəkləşdi.

Təqdimatdan öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, bu gündən etibarən Mədəniyyət Nazirliyi layihə yönlü fəaliyyətə başlayır: “Layihə yönlü fəaliyyətin məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır. İstəyirik ki, bunu nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək. Həmçinin nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın mədəniyyət tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın özəyi olan dəyərlərin və fikirlərin davamlılığı təmin edilsin. Ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə idarəçiliyi yanaşmasıdır. Bununla bağlı artıq bütün sənədlər hazırlanıb və deyə bilərəm ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin tarixində belə bir yanaşmanın tətbiqinə başlanılıb. Bundan sonra bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsilə həyata keçirəcəyik”.

Layihə idarəçiliyinin üstünlükləri barədə məlumat verən Elnur Əliyev bildirdi ki, bu artıq təsbit olunmuş elmi yanaşmadır: “Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlüyü ondan ibarətdir ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir. Layihə yanaşması verilən resurs məhdudiyyətləri çərçivəsində bu məqsədlərə nail olmaq üçün ən səmərəli yoldur. Biz də bunun tətbiqinə çalışırıq. Bunun nazirlik sistemində əlavə üstünlükləri də var. Bu yanaşma nazirlik çərçivəsində koordinasiyanı gücləndirir. Yəni şöbələrin bir-biri ilə əlaqələrini, məlumat paylaşımını gücləndirir. Digər tərəfdən, layihə yanaşması kadr potensialının gücləndirilməsi üçün də vacib bir mərhələdir. Belə ki, əməkdaşlar artıq layihə alətləri ilə işləyərək layihə meneceri kimi təkmilləşəcəklər. Bu da, təbii ki, bizim strategiyamızın əsas məqsədlərindən biri olan insan kapitalının inkişafı baxımından çox vacib addımdır".

Nazirin birinci müavini bu gün təqdim edilən proses və prosedurların hələlik nazirlik daxili layihələrə aid olduğunu söylədi. O, həmçinin qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığı da layihə yönlü etmək istədiklərini diqqətə çatdırdı: “Bu istiqamətdə də iş aparılır və yaxın zamanlarda onun meyarları da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyində idarəçili təkmilləşdirək. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və o fəaliyyətdə iştirak edən tərəflər o layihədən xəbərdar olacaqlar. Layihə yönlü fəaliyyətin vacib mərhələsi isə layihə sənədidir. Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu sənəd bütün tərəflərlə müzakirə ediləcək. Bu eyni zamanda ümumi koordinasiyanı gücləndirəcək, şəffaflıq yaradacaq”.

Elnur Əliyev dedi ki, korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var: “Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki bizim cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub”.

Daha sonra Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı keçirildi.

Oxumağa davam et

Mədəniyyət

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi

Yanvarın 12-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına həsr olunan toplantısı keçirildi.

İctimai Şuranın sədri Gəray Əlibəyov iştirakçıları salamlayaraq görüşün həmçinin hesabat xarakteri daşıdığını diqqətə çatdırdı və şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verdi.

Bildirildi ki, 2022-ci ildən İctimai Şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərəcək. Aktyor və rejissor, Xalq artisti Vidadi Həsənovun rəhbərlik edəcəyi işçi qrupu ölkəmizdəki özəl teatrların fəaliyyəti və inkişafına dəstək məqsədilə yaradılıb. Mart ayında işçi qrupu özəl teatrların festivalını təşkil edəcək. Digər işçi qrupa aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. Bu dərslər orta məktəbdə müxtəlif sənət sahələri üzrə qabiliyyət imtahanına hazırlaşan şagirdlər üçün nəzərdə tutulub. Layihənin məqsədi regionlarda olan istedadlı uşaqları aşkar etməkdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik edəcəyi üçüncü işçi qrupunun fəaliyyəti mədəni irsimizlə bağlıdır. Beynəlxalq əlaqələr üzrə nəzərdə tutulan 4-cü qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərəcək. Bu qrup mədəniyyətin müxtəlif sahələrində beynəlxalq əməkdaşlığı əhatə edəcək.

Sədrin çıxışından sonra işçi qrupların rəhbərləri iş planlarını təqdim etdilər. Azad Şükürov diqqətə çatdırdı ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qabiliyyət tələb edən bədii təhsil ocaqları ilə danışıqlar aparılıb. Qrupun məqsədi regionlardakı istedadlı gəncləri üzə çıxararaq, onların mədəniyyət və incəsənət sahəsində təhsillərinə yardımçı olmaqdır: “Çox zaman belə gənclər hara müraciət edəcəklərini bilmirlər. Bu səbəbdən də bölgələrdə görüşlər keçirilərək istedadlı gənclərə universitetlərə daxil olmaq üçün bütün məqamları izah etməyi düşünürük. Həmçinin yaxşı olardı ki, bölgələrdə yaşayan mədəniyyət xadimləri ilə də görüşlər keçirilsin. Bu, onların öz təcrübələrini bölüşməyə və bölgələrdə teatrların canlanmasına səbəb olardı. Biz istedadlı, qabiliyyətli gənclərə dəstək olmalıyıq ki, bütövlükdə mədəniyyətimiz inkişaf etsin”.

Daha sonra Cahangir Səlimxanov mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıqda üzərində durulması məqamlardan söz açdı və fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşdü. Günel Seyidəhmədli mədəni irsimizin qorunması istiqamətində araşdırmaların aparılmasının vacibliyini vurğuladı. Xalq artisti Vidadi Həsənov nəzərdə tutulan özəl teatrların festivalının teatr problemləri, görüşlər, ustad dərslərini əhatə edəcəyini bildirdi.

Toplantıda iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa mədəniyyət sahəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, İctimai Şuranın əsas fəaliyyəti bu problemlərin aradan qaldırılmasına təkan verməlidir. Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı isə işçi qrupunun təqdim etdiyi iş planı ilə bağlı fikir və təkliflərini bildirdi.

İctimai şuranın üzvlərindən Rauf Zeyni işçi qruplarının fəaliyyətinin təkmilləşdirilməsi və müəyyən müddəalara əməl olunmasının vacibliyini vurğuladı. Bəyimxanım Verdiyeva isə çıxışında şuranın televiziyalarla əməkdaşlığının vacibliyini, gənclərin maarifləndirilməsi, məktəblərdə teatr dərnəklərinin, mədəni inkişafa təkan verəcək layihələrin reallaşmasının əhəmiyyətini qeyd etdi.

Şura tərəfindən irəli sürülən təkliflərə münasibət bildirən Mədəniyyət Nazirliyi Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov qeyd etdi ki, hər hansı nəzarətin sonunda bir nəticə olmalıdır: “İctimai Şura ilə birgə əməkdaşlıq problemlərin həll yolunun tapılmasında kömək ola bilər. Vətəndaşlar bizim birgə fəaliyyətdən yararlanmalıdırlar. Bütün işimiz vətəndaş yönlü olmalıdır. Faydalılıq artdıqca problemlər də azalacaq. Biz İctimai Şuranın həll yönlü təkliflərini dinləməyə hazırıq. İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində problemlərin öhdəsindən gələ biləcəyik”.

Daha sonra toplantı müzakirələrlə davam etdi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura ötən ilin iyulunda seçilmiş 9 üzvdən ibarətdir.

Oxumağa davam et

Gündəm