Xəbərlər - Publika.az
Bizi izləyin

Multimedia

163 və 152 yaşlı azərbaycanlılar məşhur ingilis kanalında - Dünya hələ də onlardan danışır

Lerik rayonunda doğulan Mahmud Eyvazov və ŞirəliMüslümov Azərbaycanın ən uzunömürlü insanlarından hesabolunurlar.

Publika.az xəbər verir ki, Mahmud Eyvazov 7 fevral 1808-ci ildəLerik rayonunun Pirəsora kəndində anadan olub. 1956-cı ildə onaSSRİ poçt markası həsr olunub. Həmin il isə Mahmud babanın qızının120 yaşı tamam olub.

Təqdim etdiyimiz görüntülər 1959-cu ildə Lerikin sözügedənkəndində, fermerlərin olduğu ərazidə çəkilib. Videoda MahmudEyvazov və başqa bir nəfər atlarını kameraya tərəf sürürlər.Oradakı çoban hər iki şəxsi dayandıraraq, onlarla söhbət edir. Vəbirlikdə həmin ərazini gəzirlər.

Görüntülərdə Pirəsora kəndinin ümumi görüntüsü, Mahmudun evininhəyəti və nəvələri ilə münasibəti əks olunub.

Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonununPirəsora kəndində vəfat edib.

1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadanolan Şirəli Müslümov da Azərbaycanın uzunömürlü insanlarısiyahısındadır.

O, 3 dəfə evlənib və 23 övladı olub. 1966-cı ildə AzərbaycanKinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlısənədli film çəkib. 136 yaşında yenidən qız atası olub.Uzunömürlülüyünə görə, Ginnesin Rekordlar Kitabına düşüb.

Onun yaşını təsdiqləyən yeganə sənəd şəxsiyyət vəsiqəsi olub.Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənədolmadığı üçün Müslümovun yaşı şübhə doğurur.

O, 1973-cü ildə 163 yaşında dünyasını dəyişib.

Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cıillərində çap olunmuş özünün "Qafqaz xalqları və onlarınmədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həminəsərdə 1800-cü ildə əhalinin siyahıya alınması, yaş və doğumməsələlərinə aid olan bölməsi xüsusi diqqət çəkir. Əsərdə Lerik(Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrüçün qeyri-mümkün olduğu, kəndin dağlıq ərazidə və çətin şəraitdəyerləşdiyi, cənub mərkəzi ilə əlaqələrin və s. olmadığı yazılıb.Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmadığına diqqətçəkib və onun 100 ilə yaxın yaşadığını qeyd edib.

Rəylər

Multimedia

"WhatsApp"da daha bir YENİLİK

“WhatsApp” səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb.

Publika.az gazeta.ru-ya istinadla xəbər verir ki, artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür.

Yeni söhbət və ya messengerin əsas ekranına keçdiyiniz zaman səsli mesaj pleyeri proqramın yuxarı hissəsində görünür.

Burada həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrdən istifadə etmək, eləcə də səsli mesajın müddət göstəricilərini izləmək olar.

Yeni arxa fonda dinləmə funksiyası səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.

Hələlik yenilik “WhatsApp”ın Android üçün beta versiyasında işləyir. Lakin tezliklə iOS və Android smartfonların bütün istifadəçiləri üçün əlçatan olacaq.

Oxumağa davam et

Multimedia

“Wi-Fi” şəbəkəsi kənar müdaxilələrdən belə QORUNUR

“Wi-Fi” fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. “Wi-Fi” texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə “Wi-Fi” şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.

Publika,az xəbər verir ki, bunun qarşısını almaq üçün modem sazlamalarından daxil olaraq “WPS”i (bəzi modemlərdə bu QSS adlanır) söndürmək (disable) lazımdır. Bu, başqa şəxslər tərəfindən “Wi-Fi” şəbəkəsinə edilən müdaxilənin qarşısını alır. Açıq olan “WPS”lərdən istifadə edərək şəbəkəyə sızmaq mümkündür.

Başqa yolla “Wi-Fi” adını axtarış siyahısından gizlətmək (disable) lazımdır. Bunu etməklə “Wi-Fi” əlaqəsinin mövcudluğunu gizlətmək olur və başqaları şəbəkəyə giriş etmək üçün şəbəkənin adını tapa bilmirlər.

“WPA2-PSK” şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə etmək ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. “Wi-Fi” şifrəsini dəyişib ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan daha mürəkkəb şifrəyə üstünlük verilməlidir.

Modem sazlamalarından “MAC-Filtering” funksiyasından istifadə etməklə, şəbəkəyə qoşulan qurğuları müəyyənləşdirmək olar. Bu şəbəkə yalnız icazə verilən xüsusi qurğuların qoşulmasına imkan verir. Bunun üçün ilkin olaraq “MAC” ünvanları müəyyənləşdirilir və modem sazlamalarından “Status” bölməsinə daxil olub “MAC ünvanları” öyrənilir. Burada şəxsə məxsus ünvanlar mövcuddursa, onlar seçilib və yadda saxlanılmalıdır. Əgər başqa qurğulara məxsus “MAC” ünvanlar varsa deməli, kənar şəxslər şəbəkəyə icazəsiz qoşulublar.

Oxumağa davam et

Multimedia

Azərbaycanda reklamların monitorinqi aparılacaq

Azərbaycanda reklamların monitorinqini aparacağıq.

Publika.azxəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva deyib.

O bildirib ki, bununla əlaqədar Dövlət Reklam Agentliyinə arxiv materillarının təqdim olunması üçün məktub ünvanlanıb.

"Monitorinqin məqsədi Bakı şəhərindən başlamaqla Azərbaycanın bütün rayonlarında reklam lövhələrində dilimizin saflığının qorunmasını təmin etməkdir. Tövsiyə və təkliflərimizi verəcəyik. Müəyyən güzəştlərdən sonra yəqin ki, cərimələrin tətbiqinə zərurət yarandığı zaman vəsatət qaldıracağıq. Bu, qanunauyğun şəkildə həyata keçiriləcək", - deyə o əlavə edib.

Oxumağa davam et

Gündəm