Xəbərlər - Publika.az
Bizi izləyin

Multimedia

Otağı isitmək üçün yarım saata bunu hazırlayın - Pulunuza qənaət edin

Multimedia

"WhatsApp"da daha bir YENİLİK

“WhatsApp” səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb.

Publika.az gazeta.ru-ya istinadla xəbər verir ki, artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür.

Yeni söhbət və ya messengerin əsas ekranına keçdiyiniz zaman səsli mesaj pleyeri proqramın yuxarı hissəsində görünür.

Burada həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrdən istifadə etmək, eləcə də səsli mesajın müddət göstəricilərini izləmək olar.

Yeni arxa fonda dinləmə funksiyası səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.

Hələlik yenilik “WhatsApp”ın Android üçün beta versiyasında işləyir. Lakin tezliklə iOS və Android smartfonların bütün istifadəçiləri üçün əlçatan olacaq.

Oxumağa davam et

Multimedia

“Wi-Fi” şəbəkəsi kənar müdaxilələrdən belə QORUNUR

“Wi-Fi” fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. “Wi-Fi” texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə “Wi-Fi” şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.

Publika,az xəbər verir ki, bunun qarşısını almaq üçün modem sazlamalarından daxil olaraq “WPS”i (bəzi modemlərdə bu QSS adlanır) söndürmək (disable) lazımdır. Bu, başqa şəxslər tərəfindən “Wi-Fi” şəbəkəsinə edilən müdaxilənin qarşısını alır. Açıq olan “WPS”lərdən istifadə edərək şəbəkəyə sızmaq mümkündür.

Başqa yolla “Wi-Fi” adını axtarış siyahısından gizlətmək (disable) lazımdır. Bunu etməklə “Wi-Fi” əlaqəsinin mövcudluğunu gizlətmək olur və başqaları şəbəkəyə giriş etmək üçün şəbəkənin adını tapa bilmirlər.

“WPA2-PSK” şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə etmək ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. “Wi-Fi” şifrəsini dəyişib ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan daha mürəkkəb şifrəyə üstünlük verilməlidir.

Modem sazlamalarından “MAC-Filtering” funksiyasından istifadə etməklə, şəbəkəyə qoşulan qurğuları müəyyənləşdirmək olar. Bu şəbəkə yalnız icazə verilən xüsusi qurğuların qoşulmasına imkan verir. Bunun üçün ilkin olaraq “MAC” ünvanları müəyyənləşdirilir və modem sazlamalarından “Status” bölməsinə daxil olub “MAC ünvanları” öyrənilir. Burada şəxsə məxsus ünvanlar mövcuddursa, onlar seçilib və yadda saxlanılmalıdır. Əgər başqa qurğulara məxsus “MAC” ünvanlar varsa deməli, kənar şəxslər şəbəkəyə icazəsiz qoşulublar.

Oxumağa davam et

Multimedia

Azərbaycanda reklamların monitorinqi aparılacaq

Azərbaycanda reklamların monitorinqini aparacağıq.

Publika.azxəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva deyib.

O bildirib ki, bununla əlaqədar Dövlət Reklam Agentliyinə arxiv materillarının təqdim olunması üçün məktub ünvanlanıb.

"Monitorinqin məqsədi Bakı şəhərindən başlamaqla Azərbaycanın bütün rayonlarında reklam lövhələrində dilimizin saflığının qorunmasını təmin etməkdir. Tövsiyə və təkliflərimizi verəcəyik. Müəyyən güzəştlərdən sonra yəqin ki, cərimələrin tətbiqinə zərurət yarandığı zaman vəsatət qaldıracağıq. Bu, qanunauyğun şəkildə həyata keçiriləcək", - deyə o əlavə edib.

Oxumağa davam et

Gündəm