Tural Gəncəliyev: "Əsir və girov götürülmüş soydaşlarımızın yaxınlarının 30 ilə yaxındır gözü yoldadır" - Publika.az
Bizi izləyin

Nida Xəbər

Tural Gəncəliyev: "Əsir və girov götürülmüş soydaşlarımızın yaxınlarının 30 ilə yaxındır gözü yoldadır"

Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş 4 min nəfərə yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistandan cavab tələb edirik. Ermənistan 30 il ərzində bu məsələ ilə bağlı tələblərimizi qulaqardına vurub. İndi mövqeyimiz daha sərt və daha israrlıdır. 30 ilə yaxındır ki, əsir və girov götürülmüş soydaşlarmızın yaxınlarının gözü yoldadır.

Publika.az xəbər verir ki, bu fikirləri “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, 44 günlük ikinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycan humanizim prinsiplərinə necə əməl etməyin lazım olduğunu dünyaya əyani şəkildə nümayiş etdirdi. “Müharibənin başa çatmasından az bir vaxt keçməsinə baxmayaraq Azərbaycan tərəfi Ermənistana 1600 dən çox işğalçının cəsədini və onların qalıqlarını aşakar edərək təhfil verdi. Bu proses bu gündə davam edir. Bəs birinci Qarabağ müharibəsi dövründə işğalçı Ermənistan nə etdi?

Müvafiq qurumların apardığı araşdırmalara görə birinci Qarabağ Müharibəsi zamanı 3888 nəfər soydaşımız erməni terrorçuları tərəfindən əsir və girov götürülüb. Soydaşlarımızın bəziləri ermənilərə yaralı vəziyyətdə əsir düşüb. Bu insanlara lazımı tibbi yardım edilmədiyindən onların əksəriyyəti həyatlarını itiriblər. Sağ qalanların isə ən ağır işgəncələr altında dağ-mədən və digər ağır işlərdə işlədildikləri ilə bağlı məlumatlar yayılırdı. İndi sual olunur. Ermənistan 30 il ərzində əsirlikdə olan soydaşlarımızı niyə azad etmədi? Yaxud da hansı əsir və girovun taleyi ilə bağlı Azərbaycan tərəfinə məlumat təqdim olundu? Humanizim prinsipləri həmin vaxt niyə Ermənistan rəsmilərinin və onlara havadarlıq edən ölkələrin, beynəlxalq təşkilatların rəhbərlərinin yadına düşmədi?”

Tural Gəncəliyev bildirib ki, Ermənistandan əsir və girov götürülmüş soydaşlarımızla bağlı izahat tələb etmək məqsədi ilə dəfələrlə rəhbərlik etdiyi qurum rəsmi məktublarla yanaşı video müraciətlər formasında beynəlxalq təşkilatlara sorğular göndərib. Amma edilən müraciətlərə cavab verilməyib. “Biz beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirdiyimiz əksər görüşlərdə bu məsələni qaldırırıq. Təəssüflər olsun ki, hələ də əsirlikdə olan soydaşlarımızn taleyi ilə bağlı hər hansı dəqiq məlumata malik deyilik”.

“Düşmən tapdağından azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aprılır. Azərbaycan dövlətinin başlıca məqsədi keçmiş məcburi köçkünlərin ən qısa zamanda öz ata-baba yurduna qayıtmasını təmin etməkdir. İnsanların geri qayıtdıqdan sonra əsir və girov götürülmüş yaxınları ilə bağlı dərdləri yenidən təzələnəcək. Övlad həsrəti ilə bu insanların bir qismi həyatdan köçüblər. Sağ qalan valideyinlər, qardaş-bacılar isə bu gün də xəbər gözləyirlər. Elə etməliyik ki, Ermənistan ən qısa zamanda əsir və girov götürülmüş azərbaycanlılarla bağlı məlumatları Azərbaycana təqdim etsinlər.”- deyə “Qarabağa dönüş” təşkilatının rəhbəri Tural Gəncəliyev əlavə edib.

Rəylər
Oxumağa davam et
Reklam

Nida Xəbər

Sumqayıt hadisələrindən 34 il ötür

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlardan 34 il ötür.

Publika.az-ın məlumatına görə, təxribat nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.

Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.

Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib.

Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.

Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar.

Oxumağa davam et

Nida Xəbər

General Vətən müharibəsinin ilk dəqiqələrindən DANIŞDI

“Hələ sentyabrın əvvəllərindən etibarən cəbhə xəttində erməni silahlı qüvvələrinin aktivliyinin artması, ayın ortalarından isə döyüş hazırlığı tədbirlərinin bütün istiqamətlərdə keçirilməsi kəşfiyyat məlumatları əsasında təsdiqləndi”.

Publika.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində Vətən Müharibəsinin ilk dəqiqələri ilə bağlı sualı cavablandırarkən deyib.

“Ermənistanın artıq təxribata yox, müharibəyə hazırlaşması aydın görünürdü. Düşmən tərəfindən mövqelərimizin mütəmadi atəşə tutulması, eyni zamanda təmas xəttini keçmək cəhdləri intensivləşirdi. Təbii ki, biz də fəaliyyətsiz deyildik. Şübhəsiz, qoşunlarımızın yüksək döyüş hazırlığı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün kifayət edirdi.

Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlara başlaması barədə xəbər dərhal mənə məruzə edildi. Vəziyyət barədə ölkə başçısına məruzə etdikdən sonra Ali Baş Komandan hərbi əməliyyatların idarə edilməsini birbaşa öz üzərinə götürdü.

Bəli, 44 günlük Vətən müharibəsinin ilk dəqiqəsindən sonunadək döyüş əməliyyatlarına Ali Baş Komandanın özü şəxsən rəhbərlik edirdi!”, - müdafiə naziri bildirib.

O qeyd edib ki, düşmənin mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhali arasında şəhid və yaralananlar oldu:

“Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirlərinə başladı və düşmənin hərbi obyektlərinə, atəş nöqtələrinə sarsıdıcı zərbələr endirdi.

Elə ilk həmlədən qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət etdi və cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susduruldu. Ardınca da qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başladı.

Ali Baş Komandan bütün prosesləri çevik idarə edirdi. Günorta saatlarında xalqa müraciətində baş verən hadisələr barədə ictimaiyyəti məlumatlandırdı və bu təxribatı “erməni faşizminin növbəti təzahürü” adlandırdı.

Prezidentin “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!” sözləri xalqda ilk andan böyük qələbə əzmi, döyüş əzmi, ruh yüksəkliyi yaratdı. Bu müraciətdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Ali Baş Komandan birmənalı bəyan etdi ki, “bizim uğurlu əks-hücum əməliyyatımız işğala və ədalətsizliyə son qoyacaq!”

İclasda etdiyim məruzədə Ali Baş Komandana onun rəhbərliyi ilə başlamış əks-hücum əməliyyatının ilk saatlarının qələbə hesabatını verdim. Ermənistan silahlı qüvvələrinin ön xəttinin yarılması, ordumuzun zərbələrinin artıq düşmən müdafiəsinin dərinliyindəki mövqelərinə endirilməsi və rəşadətli ordumuz tərəfindən Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərinin işğaldan azad edildiyi barədə məruzə etdim. Eyni zamanda Ağdərə və Murovdağ istiqamətlərindəki hakim yüksəkliklərdə yerləşən düşmən postları da darmadağın edilərək nəzarətə götürülmüşdü.

Həmin gün düşmənin 3 silah-sursat anbarı, 22 tank və digər zirehli texnikası, 15 OSA zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı, 8 artilleriya qurğusu, 550 nəfərdən artıq canlı qüvvəsi məhv edildi. Bu göstəricilər ilk günün böyük uğuru idi və cəbhə xəttində üstünlüyün sonadək bölmələrimizdə olmasını təmin etdi”.

Oxumağa davam et

Nida Xəbər

Müdafiə nazirindən yazarlara TÖVSİYƏ

“Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə bilmişdilər. Ərazidə düşmənin kifayət qədər silah və hərbi texnikası var idi. Maraqlısı odur ki, iqtisadiyyatı zəif olan bir ölkə bu qədər silaha necə sahib ola bilmişdi?".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri vurğulayıb ki, Ermənistan bu qədər silahı döyüşmək üçün əldə etmişdi və onlar cəbhənin əksər istiqamətlərində ciddi müqavimət göstərirdilər: “Onların böyük silah arsenalı, komanda-müşahidə və idarəetmə məntəqələri, qərargahları var idi. Həmin ərazilərdə salınmış müxtəlif təminat yolları, qurulmuş geniş hərbi infrastruktur uzunmüddətli döyüşün aparılmasına hesablanmışdı. Eyni zamanda ərazidəki strateji yüksəkliklərin təxminən 95 faizi onların nəzarətində idi.

Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən erməni lobbisi və onların havadarları illər boyu böyük miqdarda maliyyə vəsaitini bu ərazilərdə keçirilə biləcək döyüş əməliyyatlarında ermənilərin üstünlüyə malik olmasına, oradakı separatçı rejimin, Ermənistan ordusunun və qanunsuz silahlı dəstələrin güclənməsinə, təminatına xərcləmişdi. Məhz bunun müqabilində erməni hərbi birləşmələri yetərincə müqavimət göstərmək imkanına malik idi. Sadəcə Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu, peşəkarlığı, gücü və təchizatı qarşısında düşmən aciz idi.

Mən müdafiə naziri kimi bu prosesləri işıqlandıraraq tarixə çevirən yazarlara, jurnalistlərə və digər peşə sahiblərinə tövsiyə edərdim ki, Vətən müharibəsi barədə fikir yürüdəndə, rəy yazanda, münasibət bildirəndə mütləq bu amilləri nəzərə alsınlar. Bir daha xatırlatmaq istəyirəm ki, düşməndir deyə onun gücünü kiçiltmək, həddən ziyadə zəif göstərmək yanlışdır və ordumuzun misilsiz qəhrəmanlığına kölgə salmaqdır”.

Oxumağa davam et
Reklam

Gündəm