Azərbaycanlılara qarşı xüsusi qəddarlıq edən erməni cəllad tutulub - RƏSMİ - Publika.az
Bizi izləyin

Qarabağ

Azərbaycanlılara qarşı xüsusi qəddarlıq edən erməni cəllad tutulub - RƏSMİ

Baş Prokurorluq məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a daxil olan məlumatda deyilir:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın acı məğlubiyyəti ilə nəticələnmiş Qarabağ savaşı beynəlxalq humanitar normalarını kobud şəkildə pozaraq insanlıq, müharibə cinayətləri törədən və uzun illər ərzində havadarlarının dəstəyi ilə istintaqdan qaçıb gizlənmiş şəxslərin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsinə imkan yaradıb.

Məlum olduğu kimi, Ermənistan Respublikasının rəhbərliyinin qanunsuz göstərişləri ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunmuşdur.
Belə ki, istintaqla müəyyən edilmişdir ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə vermişdir.
İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilmişdir.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilmişdir.
Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunmuşdur.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilmişdir.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirmişdir.
Bundan başqa Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə vermişdir.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilmişdir.
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Rəylər
Oxumağa davam et
Reklam

Qarabağ

Nazirdən SƏRHƏD AÇIQLAMASI: "Vəziyyət nəzarətimiz altındadır"

“Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Cənab İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb. Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib: “Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir.

Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.

Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir”.

Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək: “Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!”.

Oxumağa davam et

Qarabağ

Putinlə Makron arasında QARABAĞ MÜZAKİRƏSİ

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Publika.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə ediblər.

Eyni zamanda, Qarabağda vəziyətin nizamlanmasına dair fikir mübadiləsi aparılıb, vəziyyətin sabitləşməsi və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.

Vurğulanıb ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədirlər.

Oxumağa davam et

Qarabağ

Pentaqonun məsləhətçisi: Azərbaycan müharibədə elə bir şey etdi ki...

“PUA-ların istifadəsi ilə bağlı gözləmədiyimiz inkişaf ötən il Azərbaycan və Ermənistan arasındakı müharibədə ortaya çıxdı”.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məsləhətçisi, keçmiş zabit Skot Krino deyib.

Onun sözlərinə görə, II Qarabağ müharibəsində Azərbaycanın PUA-lardan istifadəsi zəfərinin mübahisəsiz açarlarından idi: “Ermənilər əvvəlcə özlərindən əmin idilər, lakin Azərbaycan tərəfindən “Bayraktar TB2”lər istifadə edilməyə başlananda hər şey dəyişdi və Azərbaycan havada da nəzarəti ələ keçirərək müharibənin gedişatını dəyişdi. “Bayraktar”lar Ermənistanın ağır zirehli texnikasını parça-parça etdi”.

S.Krino qeyd edib ki, hazırda PUA istehsalı və istifadəsi təcrübəsinə görə Türkiyə digər ölkələrdən öndədir.

Asif

Oxumağa davam et
Reklam

Gündəm