Antalyada meşə yanğını başladı - Publika.az
Bizi izləyin

Region

Antalyada meşə yanğını başladı

Antalyanın Manavqat bölgəsinin Taşağıl məhəlləsində meşə yanğını başlayıb.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, küləyin təsiri ilə böyüyən yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğınsöndürmə bölmələri yanğını nəzarətə götürmək üçün işləri davam etdirir.

Rəylər
Oxumağa davam et
Reklam

Region

Ərdoğan Almaniyanın yeni kansleri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Publika.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə dövlət başçısı almaniyalı həmkarını fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Türkiyə ilə Almaniya arasındakı koordinasiyalı fəaliyyət məsələsində həmfikir olduqlarını ifadə edən liderlərin müzakirəsinin mərkəzində ikitərəfli münasibətlər və xarici siyasət məsələləri dayanıb.

Oxumağa davam et

Region

Təbrizdən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var - FOTO/VİDEO

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində 5 mərtəbəli binanın çökməsi nəticəsində 12 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər deyib.

M.Hünərbərin sözlərinə görə yaralılardan birinin vəziyyəti ağırdır.

Hünərbər əlavə edib ki, hadisəyə səbəb 1-ci mərtəbədə qaynaq balonunun partlaması olub:

"Ətrafdakı binalara ciddi şəkildə ziyan dəyib. Uçna təhlükəsinə görə binaların sakinləri təxliyə olunub", - deyə o bildirib.

Oxumağa davam et

Region

Ankara-İrəvan danışıqları: Paşinyan bütün şərtləri qəbul edib

Türkiyə və Ermənistan münasibətlərinin normallaşması İrəvanın şərtləri qəbul etməsi çərçivəsində baş tutur.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “hayeli” saytı yazıb.

Sayt qeyd edir ki, Paşinyan Ankaranın bütün şərtlərini qəbul edib: “Bura Zəngəzur dəhlizindən tutmuş Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qədər hər şey var”.

Sayt həmçinin, Ermənistanın qondarma “erməni soyqırımı” iddialarından da əl çəkəcəyini yazır.

Asif

Oxumağa davam et
Reklam

Gündəm