Prezident: "Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var" - Publika.az
Bizi izləyin

Rəsmi xronika

Prezident: "Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var"

“Əvvəla, indi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

“Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. Çünki birincisi, biz avropalı tərəfdaşlarımızı inandırmağa müvəffəq olduq ki, onların məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdik. İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ ikili standartlar...”, - dövlət başçısı bildirib.

Rəylər
Oxumağa davam et
Reklam

Rəsmi xronika

Delimitasiya üzrə ekspert qrupu yaradılacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.

Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Oxumağa davam et

Rəsmi xronika

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılır:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Laçın Rayon İcra Hakimiyyətinin başçısı

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxumağa davam et

Rəsmi xronika

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".

Oxumağa davam et
Reklam

Gündəm