Putin İlham Əliyevə zəng etdi - Publika.az
Bizi izləyin

Rəsmi xronika

Putin İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Publika.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Rəylər
Oxumağa davam et
Reklam

Rəsmi xronika

Prezident Müstəqillik Günü ilə bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, dövlət başçısının tviter səhifəsindəki paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.

pic.twitter.com/w5NXwXRICB

— İlham Əliyev (@azpresident) May 27, 2022
Oxumağa davam et

Rəsmi xronika

BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır.

Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan cətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində artmış yoxsulluğun, bərabərsizliyin və ədalətsizliyin aradan qaldırılmasına, fövqəladə iqlim dəyişikliklərinin yaratdığı problemlərin və dünyamızı cənginə almış münaqişələrin həllinə kömək etməlidir.

Bu əlamətdar gündə Birləşmiş Millətlər Təşkilatı inanır ki, Azərbaycan Respublikasının bütün vətəndaşları çətinliklərə qalib gəlməyə, Davamlı İnkişaf Məqsədlərində irəliləyiş əldə olunmasının sürətlənməsinə, bütün insanlar üçün daha yaxşı, daha ədalətli, daha sülhpərvər dünya qurulmasına kömək edəcəklər.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxumağa davam et

Rəsmi xronika

Pakistanın Baş naziri Azərbaycan liderini təbrik etdi

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Pakistan xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Ötən 30 il ərzində iki xalq arasında dostluq və qardaşlıq münasibətləri daha da güclənib. Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, ikitərəfli əməkdaşlıqdakı qarşılıqlı maraqlar və sabit dinamika növbəti illərdə daha da inkişaf edəcək.

Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Oxumağa davam et
Reklam

Gündəm