Prezidentdən Laçın dəhlizi AÇIQLAMASI: “Heç kim bizə heç nə deyə bilməz” - Publika.az
Bizi izləyin

Rəsmi xronika

Prezidentdən Laçın dəhlizi AÇIQLAMASI: “Heç kim bizə heç nə deyə bilməz”

"Dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, əlbəttə, bu, Azərbaycan tərəfini qıcıqlandırır: "Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir".

Rəylər
Oxumağa davam et
Reklam

Rəsmi xronika

Delimitasiya üzrə ekspert qrupu yaradılacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.

Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Oxumağa davam et

Rəsmi xronika

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılır:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Laçın Rayon İcra Hakimiyyətinin başçısı

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxumağa davam et

Rəsmi xronika

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".

Oxumağa davam et
Reklam

Gündəm