Rəsmi xronika
Prezident Valeri Pekresin qanunsuz səfərindən danışdı: "Xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq"

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sülhməramlılarla bağlı qıcıq doğuran məsələlərdən danışıb.
Publika.az xəbər verir ki, dövlət başçısı bildirib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir.
“Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər.
Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır.
Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir”.
Rəsmi xronika
Delimitasiya üzrə ekspert qrupu yaradılacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.
Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Rəsmi xronika
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılır:
Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Rəsmi xronika
Kim Çen İn İlham Əliyevi təbrik etdi

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".
- Kriminal23 May 2022 21:36
Generalın həbs edilməzdən əvvəl iş adamına ŞOK TƏKLİFİ
- Dünya23 May 2022 21:24
Britaniyada vəziyyət gərginləşir: yoluxma sayı 3 dəfə artdı, həkimlərə peyvənd təklif olundu
- Hadisə23 May 2022 21:12
Öldürülən İran zabiti ilə Orxan Əsədovu nə birləşdirib? - İsrail kəşfiyyatından ŞOK
- Maqazin23 May 2022 19:36
Tanınmış aktyorun qızının toyunda DUYĞULU ANLAR: gəlin göz yaşını saxlaya bilmədi - VİDEO
- Rəsmi xronika23 May 2022 19:23
Delimitasiya üzrə ekspert qrupu yaradılacaq
- Maraqlı23 May 2022 16:04
Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxs kimin oğludur? - VİDEO
- Maqazin23 May 2022 16:00
Mətanət İsgəndərli gəlini ilə barışmasından danışdı - VİDEO
- Sosial23 May 2022 15:38
Hava kəskin dəyişir: 26 mayadək... - XƏBƏRDARLIQ EDİLDİ