Xəbərlər - Publika.az
Bizi izləyin

Rəsmi xronika

Ukrayna Prezidentinin adından İlham Əliyevin şərəfinə lanç verildi

Rəsmi xronika

Prezident yeni səhiyyə naziri təyin etdi

Teymur Musayev səhiyyə naziri təyin edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Oxumağa davam et

Rəsmi xronika

İlham Əliyev Rövşən Rzayevlə bağlı sərəncam imzaladı

Rövşən Şükür oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, R.Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir və 60 yaşı tamam olur. 

Oxumağa davam et

Rəsmi xronika

Prezident: Bunda Heydər Əliyev Fondunun müstəsna xidmətləri var

"Bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur".

Publika.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.

"Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir", - Prezident vurğulayıb.

Oxumağa davam et
Reklam

Gündəm