Rəsmi xronika
İlham Əliyev Rövşən Rzayevlə bağlı sərəncam imzaladı

Rövşən Şükür oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, R.Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir və 60 yaşı tamam olur.
Rəsmi xronika
Prezident AÇIQLADI: Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunub

Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.
Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Rəsmi xronika
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Publika.az xəbər verir ki, dövlətimizin başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
Dövlətimizin başçısı, eyni zamanda, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini də qeyd edib.
Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Rəsmi xronika
Delimitasiya üzrə ekspert qrupu yaradılacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.
Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
- Maqazin24 May 2022 00:48
Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən - Lalə Azərtaş
- Dünya24 May 2022 00:30
İstanbulda atışma: tanınmış azərbaycanlı aktyor AĞIR YARALANDI - FOTO - VİDEO
- Qoroskop24 May 2022 00:15
Günün ULDUZ FALI: axşam saatlarında ziddiyyətli emosiyalar yarana bilər
- Siyasət24 May 2022 00:00
"Ermənistan Qarabağla vidalaşır" - VİDEO
- Dünya23 May 2022 23:31
Qafqazdan gələnlər moskvalını BELƏ SOYDULAR
- Kriminal23 May 2022 21:36
Generalın həbs edilməzdən əvvəl iş adamına ŞOK TƏKLİFİ
- Dünya23 May 2022 21:24
Britaniyada vəziyyət gərginləşir: yoluxma sayı 3 dəfə artdı, həkimlərə peyvənd təklif olundu
- Hadisə23 May 2022 21:12
Öldürülən İran zabiti ilə Orxan Əsədovu nə birləşdirib? - İsrail kəşfiyyatından ŞOK