Məşhur həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz! - Publika.az
Bizi izləyin

Sağlamlıq

Məşhur həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev COVID-19-a yoluxma sayının kəskin artımı barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, həkim bununla əlaqədar olaraq hormonal preparat olan “Deksametazon” qəbul edənlərin sayının həddindən çox olduğunu bildirib. O qeyd edib ki, həkim nəzarəti olmadan bu dərmanı qəbul etmək ciddi fəsadlara yol aça bilər:

“Əksər insanlar panikadadır! Özlərini itiriblər: lazım oldu-olmadı antibiotik qəbul edən, sistem qoşduran, vitaminlər, hormonal preparat olan “Deksametazon” qəbul edənlərin sayı həddindən çoxdur! Qətiyyən qorxmayın, sağlam düşüncəni itirməyin! İnsanın başına nə bəla gəlirsə, sağlam düşüncəni itirməkdən gəlir! Əksər insanlar- təqribən 80-90% bu xəstəliyi yüngül keçirir, qorxmayın qətiyyən! Qorxu, panika, stress immuniteti zəiflədir.

38 dərəcəyə qədər hərarət, yüngül halsızlıq, başağrısı, iybilmə və dadbilmənin pozulması, əzələ, oynaq, bel ağrıları, iştahsızlıq, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir. Panik olmayın, bu halda heç bir dərman qəbul etmək lazım deyil! Mən müalicə həkimi deyiləm, amma bu şikayətlərlə bir çox xəstələri antibiotik, sistem qəbul etməkdən çəkindirmişəm və sağalıblar!

İnsan orqanizmində təbii olaraq virus əleyhinə təsir göstərən interferon 38,6 dərəcədə daha çox istehsal edilir. Nəzərə alsaq ki, daxili orqanların temperaturu normalda belə 38 olur, o zaman qoltuqaltı temperatur 38-ə qədər olanda dərman qəbul etmək lazım deyil, çünki o zaman daxili orqanlarda hərarət 39-a qədər qalxır və orqanizm virusun öhdəsindən gəlir.

Yanaşı ağır xəstəlikləri olan şəxslərdə isə yanaşma fərqli olmalıdır. Çünki onların immuniteti zəifdir, xüsusən ağır şəkərli diabeti olan və orqan köçürülən (transplantasiya edilən), dializ alan və oxşar ağır xəstəliyi olan xəstələr. Bəli, belə xəstələr xəstəxana şəraitində müalicə olunmalıdırlar!

80-90% insanlar normal qidalanmaqla, limon, soğan, sarımsaq, mürəbbəli çay, təzyiqi olmayanlar çoxlu maye qəbul etməklə bu xəstəliyin öhdəsindən asanlıqla gələ bilər. Payız mövsümü olduğundan, günəş az olduğundan əgər D vitamini çatışmazlığı varsa, analizlə dəqiqləşdirmək şərtilə vitamin D qəbul etmək olar”.

Həkim ağır xəstələrin xəstəxanaya yerləşdirilməsini məsləhət görüb:

“Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl gigiyenasına fikir verək!”

Aytən Məftun

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Boyun ağrısını aradan qaldırmaq üsulları

Boyun tutulması hər yaşda baş verə bilən bir çox insanın qarşılaşdığı ağrılı bir spazmdır. Boyun hərəkətlərindən xüsusilə məsuliyyət daşıyan trapez əzələlərin spazm vəziyyəti ümumi olur. Əksər hallarda əzələlərə qarşı reaksiya və ya uzunmüddətli bir uyğunsuzluq səbəbindən baş verə bilər. 

Publika.az xəbər verir ki, bu barədə fizioterapevt Ramin Quliyev danışıb. 

Həkim bildirib ki, boyun tutulması müxtəlif səbəblərdən baş verə bilər:

Yanlış vəziyyətdə oturmaq;

Daimi istiqamətləndirmə tələb edən işlərlə məşğul olmaq;

Baş və boyun sahəsinə təzyiq tətbiq etməklə;

İstiləşmədən boyun məşqlərini etməyə çalışmaq;

Kondisioner qarşısında çox vaxt keçirmək;

Tərləmədən sonra boynun ani soyudulması;

Uzun müddət boynunuzu tərpətmədən kompüterdən istifadə etmək

Üzmək

Çiyinlərdə yük

Nə olursa-olsun boyun sərtliyi boyunda şiddətli ağrı və hərəkət məhdudiyyətinə səbəb olan bir vəziyyətdir. Tutulma adətən uzaqlaşır və başını döndərən, yanına baxan, sürücülük edən, yemək verən və gündəlik həyatını davam etdirən şəxslərə mənfi təsir göstərir.

Boyun ağrısına qarşı fizioterapevtik müalicə üsulları və müxtəlif məşqlər təsirli ola bilər. Ağrıları aradan qaldırmaq, müqaviləli əzələləri rahatlatmaq və yenidən boyun hərəkətlərin təmin etmək fizioterapiya proqramlarının məqsədidir. Əzələlərin istirahət edilməsi üçün isti kompres, ağrıları azaltmaq üçün elektroterapiya, boyun hərəkətini artırmaq üçün idman üsulları istifadə edilir.

Boyun tutulması zamanı insanlar riskli hərəkətlərdən uzaq durmalıdırlar, lakin tam hərəkətsiz qalmamalıdırlar. Tutulmuş bir boyun üzərindəki yanlış və çətin hərəkət disk zədələnməsinə səbəb ola bilər. Boyun oturarkən, uzanarkən və danışarkən dəstəklənməlidir. Ağrı və hərəkət məhdudiyyəti 1-2 gün ərzində azalmasa, həkimə müraciət edin, fizioterapiya, ya spazmolitik dərmanlar ağrını azaldacaq. 

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyinin müalicəsi tapıldı

Liverpul Universitetinin alimləri müəyyən ediblər ki, Amerikanın antiviral dərmanı “Tecovirimat” meymunçiçəyi xəstəliyi ilə mübarizədə təsirlidir. 

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub. 

Alimlər təhlükəli yoluxucu xəstəliklərin tədqiqi mərkəzləri tərəfindən toplanmış 2018-2021-ci illər üzrə məlumatları təhlil edərək, iki dərman – “Brincidofovir” və “Tecovirimat” müəyyən ediblər. Bunlardan birincisi suçiçəyi xəstəliyinin müalicəsi üçün hazırlanıb, ikincisi isə ABŞ-da bioloji silah təhlükəsi ilə mübarizə üzrə hökumətin proqramı çərçivəsində yaradılıb. 


Tədqiqat zamanı alimlər bu dərmanlardan insanların çiçək xəstəliyinə qarşı mübarizədə istifadə ediblər. “Brincidofovir”dən fərqli olaraq, “Tecovirimat” virusun çoxalmasını bloklamağı bacarıb. 

Həkimlər araşdırmalarını davam etdirəcəklər. Onlar “Tecovirimat”ın meymunçiçəyi xəstəliyinə qarşı effektivliyini sübut etmək niyyətindədirlər.

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyindən sonra dəri bərpa olunur?

Çiçək və ya meymunçiçəyi xəstəliyindən sonra dərin çapıqları aradan qaldırmaq illər çəkə bilər, lakin hər şey xəstəlikdən sonra dərinin zədələnmə dərəcəsindən asılıdır. 

Publika.az xəbər verir ki, bu barədə kosmetoloq-dermatoloq Natela Qrişina Ura.ru saytına müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu xəstəlik insanları çox eybəcərləşdirir. Müasir kosmetologiyanın yüksək texnologiyalı üsullarına baxmayaraq, çiçək xəstəliyindən sonra çapıqlar və digər izlər bir anda silinmir.

“Bunlar müəyyən bir reabilitasiya, uzunmüddətli bərpa dövrü tələb edən prosedurlardır, çünki xəstəlikdən sonra dərinin zədələnməsi çox dərin olur. Bəzən korreksiya illərlə uzanır”, - Qrişina izah edib.

Kosmetoloq həmçinin xəbərdarlıq edib ki, ultrabənövşəyi şüalanmanın artdığı dövrdə belə prosedurlar həyata keçirilə bilməz. Odur ki, bu cür xəstəliklərdən ehtiyatlı olmaq və epidemiya baş verən bölgələrə səfər etməkdən çəkinmək vacibdir. Və bu, əsasən, 1980-ci ildən sonra doğulanlara aiddir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova saytımıza açıqlamasında xəstəliyin çox qaşıntılı olduğunu bildirmişdi. Səpgilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur”, - həkim xüsusi vurğulamışdı.

Məlumat üçün bildirək ki, meymunçiçəyi adətən ilk simptomlardan bir-beş gün sonra görünür. Səpgilər adətən üzdən başlayır, sonra bədənin digər hissələrinə yayılır. Səpgilər 95% hallarda üzdə, 75% ovuc və dabanda, 70% ağızda, 30% cinsiyyət orqanında, 20% gözdə olur.

Oxumağa davam et
Reklam

Gündəm