Ət yeməyən insanlar koronavirusa yoluxmur? - ARAŞDIRMA - Publika.az
Bizi izləyin

Sağlamlıq

Ət yeməyən insanlar koronavirusa yoluxmur? - ARAŞDIRMA

6 ölkədə aparılan araşdırmanın nəticələrinə görə, qırmızı ətdən imtina edib faydalı bitki, meyvə və tərəvəzlərlə qidalanan insanların COVID-19-u ağır keçirmə riski 73, peskatarianların (balıq xaric bütün ət məhsullarından imtina edənlər) 59 faiz daha aşağıdır. Araşdırmalar göstərib ki, insanların xəstəliyi ağır, orta ağır və ya yüngül keçirməsi həm də qidalanma tərzi ilə birbaşa əlaqəlidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə həkim Suat Erus məlumat verib.

O bildirib ki, nəticələr təəccüblü deyil, çünki bizi yaxşılaşdıran dərmanlar da bitkilərdən hazırlanır. Science Focus” jurnalının xəbərinə görə, sözügedən araşdırma Almaniya, Fransa, İtaliya, İngiltərə və ABŞ-da aparılıb. Bildirilib ki, aşağı karbonhidrat və yüksək proteinlə qidalananların COVID-19-u şiddətli keçirmə riski qırmızı ət yeməyənlərlə müqayisədə 4 dəfə artıqdır.

Araşdırma müəlliflərindən epidemioloq Hyunju Kimin sözlərinə görə, COVID-19-dan qorumaq üçün bitki mənşəli qidalanmaya keçməyə dəyər.

Reanimasiyada çalışan tibb bacısı Simge Özüm Aslan bildirib ki, uzun müddət kovid xəstələri ilə işləməsinə baxmayaraq, koronavirusa yoluxmayıb: “Böyük bir xəstəxanada reanimasiya şöbəsində tibb bacısı işləyirəm, dörd ilə yaxındır ki, sağlam qidalanıram. Peyvənd vurdurmuşam və antikorum var. Amma dəfələrlə təmas etməyimə baxmayaraq, COVID-19 olmadım. Virus bizi çox sevmir”.

Həkim Suat Erus araşdırma haqqında fikirlərini belə ifadə edib: “Bu tip araşdırmalar çox dəyərlidir. Televiziyaya çıxıb kəllə-paça suyunun faydalı olduğunu deməkdənsə, “Sən nə yedin” sualını vermək daha məntiqlidir. Ölkələrin qidalanma tərzi çox müxtəlif olmasına baxmayaraq, görürük ki, ət az yemək bizi virusdan daha çox qoruyur. İşin gülməli tərəfi odur ki, COVID-19 insanlara heyvanlardan yoluxduğu deyilir. Bizi bundan qoruyan da bitkisəl qidalanmadır. Hə zamankı kimi, bu, bir sürpriz deyil. Bizi yaxşılaşdıran dərmanlar bitkilərdən hazırlanır. Bu müddətdə C vitamini, sink, beta qlukan istifadə etdik. Bunlar bitkilərdə də var. Sağlam qidalananda bunlara gərək qalmır. Bundan başqa araşdırmada görülüb ki, bu insanlar virusu daha yüngül keçirib. Peyvəndlərlə belə 100 faiz qorunmaq mümkün deyil”.

Aytən Məftun

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Professor meymunçiçəyinin süni modifikasiyasından DANIŞDI

Virusologiya üzrə professor Aleksandr Çepurnov Ura.ru-ya müsahibəsində etiraf edib ki, koronavirus infeksiyasının zəifləməsi əczaçılıq şirkətlərinin gəlirlərinin azalmasına səbəb olub. 

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, bu səbəbdən dərman şirkətləri infeksiyanı daha təhlükəli etmək üçün meymunçiçəyi xəstəliyini süni şəkildə dəyişdirməyə cəhd edə bilər. 

Aleksandr Çepurnov qeyd edib ki, media yenidən epidemiyadan danışmağa başladı və bununla əlaqədar şirkətlərin gəlirləri yenidən artdı. 

“Onun bir anda bir neçə yerdə görünməsi və yüzdən çox iş verməsi xoşagələn deyil. Prinsipcə, bundan heç nə gözləmirəm. Ağır və ya kədərli bir şey yoxdur. Və hələ də ümidim var ki, bütün bunlar darıxmış səhiyyə və farmakologiya bürokratları tərəfindən təbliğ olunur. Onlar böyük gəlirlərə öyrəşiblər, amma indi gəlirlər aşağı düşdüyü üçün şirkətlər bu epidemiyanın yayılmasından məmnundur”, - alim bildirib.

Oxumağa davam et

Sağlamlıq

Boyun ağrısını aradan qaldırmaq üsulları

Boyun tutulması hər yaşda baş verə bilən bir çox insanın qarşılaşdığı ağrılı bir spazmdır. Boyun hərəkətlərindən xüsusilə məsuliyyət daşıyan trapez əzələlərin spazm vəziyyəti ümumi olur. Əksər hallarda əzələlərə qarşı reaksiya və ya uzunmüddətli bir uyğunsuzluq səbəbindən baş verə bilər. 

Publika.az xəbər verir ki, bu barədə fizioterapevt Ramin Quliyev danışıb. 

Həkim bildirib ki, boyun tutulması müxtəlif səbəblərdən baş verə bilər:

Yanlış vəziyyətdə oturmaq;

Daimi istiqamətləndirmə tələb edən işlərlə məşğul olmaq;

Baş və boyun sahəsinə təzyiq tətbiq etməklə;

İstiləşmədən boyun məşqlərini etməyə çalışmaq;

Kondisioner qarşısında çox vaxt keçirmək;

Tərləmədən sonra boynun ani soyudulması;

Uzun müddət boynunuzu tərpətmədən kompüterdən istifadə etmək

Üzmək

Çiyinlərdə yük

Nə olursa-olsun boyun sərtliyi boyunda şiddətli ağrı və hərəkət məhdudiyyətinə səbəb olan bir vəziyyətdir. Tutulma adətən uzaqlaşır və başını döndərən, yanına baxan, sürücülük edən, yemək verən və gündəlik həyatını davam etdirən şəxslərə mənfi təsir göstərir.

Boyun ağrısına qarşı fizioterapevtik müalicə üsulları və müxtəlif məşqlər təsirli ola bilər. Ağrıları aradan qaldırmaq, müqaviləli əzələləri rahatlatmaq və yenidən boyun hərəkətlərin təmin etmək fizioterapiya proqramlarının məqsədidir. Əzələlərin istirahət edilməsi üçün isti kompres, ağrıları azaltmaq üçün elektroterapiya, boyun hərəkətini artırmaq üçün idman üsulları istifadə edilir.

Boyun tutulması zamanı insanlar riskli hərəkətlərdən uzaq durmalıdırlar, lakin tam hərəkətsiz qalmamalıdırlar. Tutulmuş bir boyun üzərindəki yanlış və çətin hərəkət disk zədələnməsinə səbəb ola bilər. Boyun oturarkən, uzanarkən və danışarkən dəstəklənməlidir. Ağrı və hərəkət məhdudiyyəti 1-2 gün ərzində azalmasa, həkimə müraciət edin, fizioterapiya, ya spazmolitik dərmanlar ağrını azaldacaq. 

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyinin müalicəsi tapıldı

Liverpul Universitetinin alimləri müəyyən ediblər ki, Amerikanın antiviral dərmanı “Tecovirimat” meymunçiçəyi xəstəliyi ilə mübarizədə təsirlidir. 

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub. 

Alimlər təhlükəli yoluxucu xəstəliklərin tədqiqi mərkəzləri tərəfindən toplanmış 2018-2021-ci illər üzrə məlumatları təhlil edərək, iki dərman – “Brincidofovir” və “Tecovirimat” müəyyən ediblər. Bunlardan birincisi suçiçəyi xəstəliyinin müalicəsi üçün hazırlanıb, ikincisi isə ABŞ-da bioloji silah təhlükəsi ilə mübarizə üzrə hökumətin proqramı çərçivəsində yaradılıb. 


Tədqiqat zamanı alimlər bu dərmanlardan insanların çiçək xəstəliyinə qarşı mübarizədə istifadə ediblər. “Brincidofovir”dən fərqli olaraq, “Tecovirimat” virusun çoxalmasını bloklamağı bacarıb. 

Həkimlər araşdırmalarını davam etdirəcəklər. Onlar “Tecovirimat”ın meymunçiçəyi xəstəliyinə qarşı effektivliyini sübut etmək niyyətindədirlər.

Oxumağa davam et
Reklam

Gündəm