Qurbanlıq ət dərhal yeyilə bilməz - Professordan XƏBƏRDARLIQ - Publika.az
Bizi izləyin

Sağlamlıq

Qurbanlıq ət dərhal yeyilə bilməz - Professordan XƏBƏRDARLIQ

Kəsim yerlərində kəsilən heyvanın yaşam əlamətləri davam etdiyi halda ət dərhal paketlərə yığılıb maşının baqajına yerləşdirilir. Birinci təhlükə burada başlayır. Çünki ət kəsildikdən sonra bir gün saxlanılmalıdır ki, yeyilməli hala düşsün. Bir çox ərzaq məhsullarını təzə halda yeməyi tövsiyə edirik, ancaq ətdə belə deyil. Ətin bir qədər boyatlaşması lazımdır ki, ölüm sərtliyi deyilən xüsusiyyət itsin, ət həzm olunmaq xüsusiyyətini qazansın, daha ləzzətli olsun. Kəsilmiş əti dərhal bişirsəniz, siz ət yox, əzələ yeyirsiniz, bunun isə həzm sisteminə heç bir faydası olmayacaq, onun proteinindən yararlana bilməyəcəksiniz. Mütləq sərin, günəş dəyməyən, külək əsməyən bir yerdə saxlayın. Malı asaraq liflərinin açılmasını təmin etməyə çalışaq. Bunu etməyəndə sonrakı müddətdə ətin keyfiyyəti düşəcək, bu ətdən faydalı maddələri ala bilməyəcəyik. Heyvan kəsilən kimi parçalamaq olmaz, mümkünsə, bir gün saxlamaqda fayda var.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Bursa Uludağ Universitetinin professoru Mustafa Tayar deyib.

O, qurbanlıq ətin bişirilmə qaydasından danışıb.

“Heyvan kəsildiyi zaman qanın axıdılmasını gözləməliyik. Bu da əsas qaydadır. Çünki gövdə hissədə qalan qan ətin tez korlanmasına səbəb olur, həm də sağlamlığımıza ziyan vura bilər”.

Pandemiya səbəbiylə gigiyena qaydalarının gücləndiyini deyən professor bildirib ki, qurbanlığa ayrılan ətlər su ilə yuyulmalı deyil:

“Ət su ilə yuyulmaz, əgər kir varsa, bıçaqla kəsilərək atılmalıdır. Əti islatmaq mikroorqanizmlər üçün şərait yaratmaq deməkdir. Su mikrobların hər tərəfə yayılmasına səbəb olur. Əti sümklərindən ayırıb və ayrı-ayrı paketlərdə dondurmaq yararlıdır. Çünki ətin buzluqdan çıxarılıb yumşalması və yenidən buzluğa qoyulması bomba qoymaq deməkdir. Əti buzluqdan soyuducuya qoyub əriməsini gözləyin, mətbəxdə axşama qədər açılmasını gözləsəniz, bakteriya sayını artıracaqsınız”.

Türkiyəli zooloq Hakan Üstüner bildirib ki, qurbanlıq erkək heyvandan kəsilməlidir: “Heyvanın göz yaşı axmamalı, burun axıntısı olmamalıdır. Mal-qara sizə yaxınlaşıb qoxulamalıdır. Bu, heyvanın sağlam olduğunun göstəricisidir”.

Aytən Məftun

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Professor meymunçiçəyinin süni modifikasiyasından DANIŞDI

Virusologiya üzrə professor Aleksandr Çepurnov Ura.ru-ya müsahibəsində etiraf edib ki, koronavirus infeksiyasının zəifləməsi əczaçılıq şirkətlərinin gəlirlərinin azalmasına səbəb olub. 

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, bu səbəbdən dərman şirkətləri infeksiyanı daha təhlükəli etmək üçün meymunçiçəyi xəstəliyini süni şəkildə dəyişdirməyə cəhd edə bilər. 

Aleksandr Çepurnov qeyd edib ki, media yenidən epidemiyadan danışmağa başladı və bununla əlaqədar şirkətlərin gəlirləri yenidən artdı. 

“Onun bir anda bir neçə yerdə görünməsi və yüzdən çox iş verməsi xoşagələn deyil. Prinsipcə, bundan heç nə gözləmirəm. Ağır və ya kədərli bir şey yoxdur. Və hələ də ümidim var ki, bütün bunlar darıxmış səhiyyə və farmakologiya bürokratları tərəfindən təbliğ olunur. Onlar böyük gəlirlərə öyrəşiblər, amma indi gəlirlər aşağı düşdüyü üçün şirkətlər bu epidemiyanın yayılmasından məmnundur”, - alim bildirib.

Oxumağa davam et

Sağlamlıq

Boyun ağrısını aradan qaldırmaq üsulları

Boyun tutulması hər yaşda baş verə bilən bir çox insanın qarşılaşdığı ağrılı bir spazmdır. Boyun hərəkətlərindən xüsusilə məsuliyyət daşıyan trapez əzələlərin spazm vəziyyəti ümumi olur. Əksər hallarda əzələlərə qarşı reaksiya və ya uzunmüddətli bir uyğunsuzluq səbəbindən baş verə bilər. 

Publika.az xəbər verir ki, bu barədə fizioterapevt Ramin Quliyev danışıb. 

Həkim bildirib ki, boyun tutulması müxtəlif səbəblərdən baş verə bilər:

Yanlış vəziyyətdə oturmaq;

Daimi istiqamətləndirmə tələb edən işlərlə məşğul olmaq;

Baş və boyun sahəsinə təzyiq tətbiq etməklə;

İstiləşmədən boyun məşqlərini etməyə çalışmaq;

Kondisioner qarşısında çox vaxt keçirmək;

Tərləmədən sonra boynun ani soyudulması;

Uzun müddət boynunuzu tərpətmədən kompüterdən istifadə etmək

Üzmək

Çiyinlərdə yük

Nə olursa-olsun boyun sərtliyi boyunda şiddətli ağrı və hərəkət məhdudiyyətinə səbəb olan bir vəziyyətdir. Tutulma adətən uzaqlaşır və başını döndərən, yanına baxan, sürücülük edən, yemək verən və gündəlik həyatını davam etdirən şəxslərə mənfi təsir göstərir.

Boyun ağrısına qarşı fizioterapevtik müalicə üsulları və müxtəlif məşqlər təsirli ola bilər. Ağrıları aradan qaldırmaq, müqaviləli əzələləri rahatlatmaq və yenidən boyun hərəkətlərin təmin etmək fizioterapiya proqramlarının məqsədidir. Əzələlərin istirahət edilməsi üçün isti kompres, ağrıları azaltmaq üçün elektroterapiya, boyun hərəkətini artırmaq üçün idman üsulları istifadə edilir.

Boyun tutulması zamanı insanlar riskli hərəkətlərdən uzaq durmalıdırlar, lakin tam hərəkətsiz qalmamalıdırlar. Tutulmuş bir boyun üzərindəki yanlış və çətin hərəkət disk zədələnməsinə səbəb ola bilər. Boyun oturarkən, uzanarkən və danışarkən dəstəklənməlidir. Ağrı və hərəkət məhdudiyyəti 1-2 gün ərzində azalmasa, həkimə müraciət edin, fizioterapiya, ya spazmolitik dərmanlar ağrını azaldacaq. 

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyinin müalicəsi tapıldı

Liverpul Universitetinin alimləri müəyyən ediblər ki, Amerikanın antiviral dərmanı “Tecovirimat” meymunçiçəyi xəstəliyi ilə mübarizədə təsirlidir. 

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub. 

Alimlər təhlükəli yoluxucu xəstəliklərin tədqiqi mərkəzləri tərəfindən toplanmış 2018-2021-ci illər üzrə məlumatları təhlil edərək, iki dərman – “Brincidofovir” və “Tecovirimat” müəyyən ediblər. Bunlardan birincisi suçiçəyi xəstəliyinin müalicəsi üçün hazırlanıb, ikincisi isə ABŞ-da bioloji silah təhlükəsi ilə mübarizə üzrə hökumətin proqramı çərçivəsində yaradılıb. 


Tədqiqat zamanı alimlər bu dərmanlardan insanların çiçək xəstəliyinə qarşı mübarizədə istifadə ediblər. “Brincidofovir”dən fərqli olaraq, “Tecovirimat” virusun çoxalmasını bloklamağı bacarıb. 

Həkimlər araşdırmalarını davam etdirəcəklər. Onlar “Tecovirimat”ın meymunçiçəyi xəstəliyinə qarşı effektivliyini sübut etmək niyyətindədirlər.

Oxumağa davam et
Reklam

Gündəm