Xəbərlər - Publika.az
Bizi izləyin

Sağlamlıq

Soyuqdəymə bizi koronavirusdan necə qoruyur?

Alimlər soyuqdəymədə yaranan yüksək T-hüceyrə səviyyələri ilə koronavirus infeksiyasına yoluxma riskinin azalması arasında əlaqəni öyrənib.  

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər peyvənd olunmamış və əvvəllər COVID-19-a yoluxmayan 52 könüllü üzərində araşdırma aparıblar.

Yoluxmayanlarla yoluxmuş şəxsləri eyni otağa yerləşdiriblər, daha sonra onlar PCR və qan testlərindən keçiblər. İnfeksiya testlərinə əlavə olaraq, mütəxəssislər soyuqdəyməyə səbəb olan T-hüceyrələrinin səviyyələrini təhlil ediblər.

“Koronavirusa yoluxmayan 26 könüllüdə T-hüceyrələrinin səviyyəsi yoluxmuşlarınkından xeyli yüksək çıxıb. Məlum oldu ki, T-hüceyrələri COVID-19 virusunun içindəki zülallara hücum edir. Bu yolla onlar özlərini virusdan qoruyurlar”, -  professor Acit Lalvani bildirib.

Qeyd edək ki, bu, London İmperial Kollecinin mütəxəssislərinin verdiyi ümidverici nəticədir. Odur ki, əldə edilən nəticələr heç də o demək deyil ki, planetin bütün sakinləri T-limfositlərin səviyyəsini yoxlamaq üçün müayinəyə qaçmalı və ya peyvənddən imtina etməlidir.

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

ÜST: Vaksinlərin effektivliyi azalır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlər COVID-19-un sürətlə yayılan "omikron" variantına qarşı effektivliyini azaldıb. 

Publika.az xəbər verir ki, hesabatda "omikron"un digər variantlara nisbətən daha az ağır xəstəlik və ölümə səbəb olduğu, lakin bir çox ölkədə COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmələrin sayının sürətlə artdığı da ifadə edilib. 

"Omikron"un "delta" ilə müqayisədə daha yüksək ikinci dərəcəli hücum nisbətinə sahib olduğu da qeyd edilib. 

Yenidən infeksiyaya yoluxma riski yüksəkdir 

İngiltərədə aparılan araşdırmaya görə, "omikron"dan sonra virusa təkrar yoluxma "delta"dan 4-5 dəfə yüksəkdir. Peyvənd vurdurmayan insanlarda isə "omikron"a təkrar yoluxma nisbəti 4-6 dəfə müşahidə edilib. 

ÜST-nin hesabatında həmçinin vurğulanıb ki, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlərin effektivliyi "omikron"un yayılması ilə azalıb. ABŞ-da bu mövzuda aparılan araşdırmaya görə, "Moderna" və "Pfizer-BioNTech" peyvəndlərinin 2 dozasını alanlarda bir ay sonra vaksinlərin effektivliyi müvafiq olaraq 30-40 faizə enir. Qeyd olunub ki, peyvəndin 2 dozası tamamlandıqdan 6-7 ay sonra effektivlik 0 faizə enib.

Bununla belə, m-RNA peyvəndlərinin "omikron"un ağırlaşma riskinə qarşı effektivliyində azalma olmayıb. Araşdırmaya görə, "Pfizer-BioNTech" peyvəndlərini tamamlayan insanlarda 3 ay ərzində xəstəxanaya yerləşdirmə riskinə qarşı 70% effektivlik müşahidə edilib. 6 ayda bu nisbətdə azalma olmayıb.

Oxumağa davam et

Sağlamlıq

Bu tərəvəzlər xərçəngə səbəb olur

Tərkibində nişasta olmayan konservləşdirilmiş tərəvəzlər xərçəngə tutulma riskini artırır. 

Publika.az "Daily Express"ə istinadla xəbər verir ki, bu qənaətə Dünya Xərçəng Araşdırmaları Fondunun tədqiqatçıları gəlib.

Məhsullar qida xüsusiyyətlərini və dadını qoruyaraq, onların xarab olma sürətini əhəmiyyətli dərəcədə yavaşlatmaq üçün saxlanılır. Bu məqsədə çatmaq üçün məhsullara duz və turşu əlavə edilir.

Yüksək duz tərkibi mədənin divarlarını qoruyan mucusun viskozitesini dəyişdirir, həmçinin nitrozo qrupunu ehtiva edən birləşmələrin istehsalını artırır. Həddindən artıq duz qəbulu ilkin hüceyrə zədələnməsinə və nəticədə onkologiyaya səbəb olur.

Mədə xərçəngi mədə mukozasının epitelindən əmələ gələn bədxassəli şişdir. Hər yerdə inkişaf edə və digər orqanlara, xüsusən də yemək borusu, ağciyər və qaraciyərə yayıla bilər.

Mədə xərçənginin inkişafına səbəb olan amillər arasında qidalanma, ətraf mühit faktorları, siqaret, yoluxucu və genetik faktorlar var.

Erkən mərhələdə mədə xərçəngi, bir qayda olaraq, ifadə olunmayan klinik təzahürlərə və qeyri-spesifik simptomlara (dispepsiya, iştahsızlıq) malikdir. Mədə xərçənginin digər simptomları ("kiçik əlamətlər" sindromu) asteniya, ət yeməyindən imtina, anemiya və çəki itirməkdir. Sonrakı mərhələlərdə epiqastriumda ağrı, qusma, xora zamanı qanaxma və şişin çürüməsi birləşir.

Əvvəllər məlum oldu ki, tərləmə onkologiyanın "universal" gecə əlamətlərindən biridir. Bu, lösemi, limfoma, sümük xərçəngi və bədxassəli qaraciyər şişlərinin erkən simptomu da ola bilər.

Xərçəngin bir çox növləri erkən mərhələdə asanlıqla diaqnoz qoyulur, bu da onkoloji xəstəliyi effektiv şəkildə məğlub etməyə imkan verir.

Hüseyn

Oxumağa davam et

Sağlamlıq

Azərbaycanda koronavirusla bağlı MÜJDƏ VERİLDİ

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək azaldılandan sonra sağalanların sayı bugünkü tarixə 5197 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, bu günə olan məlumata əsasən, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11 525 test icra olunub: "Nəticədə koronavirusa yeni 2 468 yoluxma faktı qeydə alınıb. Bu günə olan ölüm sayı 13 nəfərdir. Müşahidələr göstərir ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir. Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Belə ki, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər".

"Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırırıq. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalara riayət, virusun variantından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - məlumatda bildirilib.

Oxumağa davam et
Reklam

Gündəm