Xəbərlər - Publika.az
Bizi izləyin

Sağlamlıq

Hansı vaksin “omikron”dan qoruya bilir? - TƏBİB açıqladı

Pandemiyanın əvvəlindən demişdik ki, koronavirus, COVID-19 virusları mutasiyaya meyllidir. Hətta onun ilkin mutantları yayılanda bildirdik ki, bu, sonuncu deyil. Əvvəlcə Britaniya ştamı, sonradan alfa, beta, delta ştamları meydana çıxdı və proqnozlarımız özünü doğrultdu. Yeni mutasiyaların meydana çıxması bundan sonra da gözləniləndir

Publika.az xəbər verir ki, bu sözləri  TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. O qeyd edib ki, mutasiya nəticəsində omikron bir çox xüsusiyyətlər əldə edib: 


“İlk növbədə yoluxma qabiliyyəti artıb. Delta ştamında da bu, artıq idi, omikronda ondan da çox olub. Eyni zamanda bədənimizdə COVID-19 virusuna qarşı yaranmış anticisimlər bir qədər də rezistentlik qazanıb. Odur ki, omikron” ştamı daha çox yoluxucu olmağa meyllidir və bu xüsusiyyətinə görə ştamlar arasında liderdir. Qısa müddətdə epidemik alovlanmalar yarada bildiyi üçün hamıda təşviş doğurmağa başlayıb. Lakin digər məsələ ondan ibarətdir ki, omikron” ştamının törətdiyi xəstəlik ağır gedişə malik olmur. Bu ştam daha çox öldürücü deyil, daha çox yoluxdurucudur”.

Mütəxəssis bildirib ki, xəstəliyi əvvəl keçirməyən insanlar daha həssasdır: 

“Xəstəliyi keçirən insanlarda bu virusa qarşı immunitet yaranıb, təkrar xəstəlik adətən yüngül gedişə malik olur. Vaksinasiya olunmuş şəxslər də həmçinin xəstəliyi yüngül keçirirlər.  

Yuxarı tənəffüs infeksiyalarında bir çox klinik əlamətlər oxşardır. Biz ona soyuqlama əlamətləri deyirik. “Omikron nisbətən yüngül gedişə malik olması ilə xarakterizə olunduğundan onu qripdən fərqləndirmək bir qədər də çətinləşib. Onun COVID-19 olub-olmadığını yalnız xüsusi testlərlə müəyyən edə bilərik. Əslində xəstənin hansı ştama yoluxmasının klinik cəhətdən əhəmiyyəti yoxdur. COVID-19 olması kifayətdir”. 

Akif Qurbanovun sözlərinə görə, apteklərdə satılan koronavirus testləri o qədər dəqiq olmasa da, virusun aşkar olunmasında onların rolu var: 

“İnsanlar əvvəllər daha çox qorxu içində idilər. İndi bir qədər adiləşib, niyə? Vaksinasiyaya minnətdar olmalıyıq, onun təsirləri barədə əhalini məlumatlandırmışıq, təbliğat aparılıb. Onlar da vaksinasiya olunandan sonra həm psixoloji cəhətdən sakitləşiblər, həm də həqiqətən effektlidir. Hamı bilməlidir ki, yuxarı tənəffüs yollarının infeksiyaları qışda aktivləşir. Bu, soyuq havanın təsiri altında bizim yuxarı tənəffüs yollarımızın yerli müdafiə qabiliyyətinin azalması ilə əlaqəli olan təbii bir prosesdir. Kim ki, özünü qoruyur, onlarda kəskin respirator infeksiyalar müşahidə olunmur. Maska bizi bir çox yuxarı tənəffüs infeksiyalarından qoruyur. Amma hər hansı bir infeksiya uzunmüddətli gedişə malik ola bilər. Bu, müxtəlif amillərə bağlıdır, xəstəlik törədicisinin xüsusiyyətlərindən də asılıdır. Qripə bənzər onlarla virus var. Bunların hər hansı biri ağır gedişə də malik ola bilər”. 

Həkim vaksinlərin COVID-19-un yeni ştamlarına qarşı təsirindən də söz açıb: 

“Dünyada istifadə olunan vaksinlərin hamısı effektivdir. Azərbaycan pandemiyanın əvvəllərindən vaksinasiyaya başlayan ilk dövlətlərdən idi. Onun hesabına indi ölkədə epidemioloji vəziyyət xeyli stabildir. Biz ilk dövrdə Çinin Sinovac şirkətinin istehsal etdiyi “CoronaVac” vaksinindən istifadə etdik, bu vaksinin tərkibində öldürülmüş virus var. “Sinovac”ın üstünlüyü odur ki, tam təhlükəsizdir. Əlavə təsirləri çox azdır, orqanizm üçün böyük problemlər yaratmır. 

Dünyanın bir çox ölkələrində istifadə olunan “AstraZeneca”, “Sputnik V” kimi vaksinlərdə də qoruyuculuq yüksəkdir. “Pfizer” və “Moderna” vaksinləri isə mRNT vaksinləridir. Biz “Sinovac”ın tərkibindəki öldürülmüş vaksini tam qəbul edirik. “AstraZeneca” və “Pfizer” vaksinində isə virusun səthi züllalları var. Səthi züllalların dəyişikliyə uğradığını nəzərə alsaq, müəyyən qədər effektini zəiflədə bilər. Hazırda elmi-məntiqi nəticə onu deməyə əsas verir ki, “Sinovac” tərkibində bütöv virus olduğu üçün bizi omikron ştamından daha çox qorumaq qabiliyyətinə malik olacaq. Çünki bu virus təkcə səthi zülallara qarşı deyil, bütün virusa qarşı immunitet yaradır. Həm də bizim üçün zərərsizdir”.

Rəylər

Sağlamlıq

İnsanı depressiv edən qan qrupu açıqlandı

Harvard Universitetinin alimləri genişmiqyaslı araşdırma aparıblar və aşkar ediblər ki, qan qrupu insanın təkcə fiziki sağlamlığına deyil, həm də psixoloji vəziyyətinə və ruh halına təsir edir. Bu isə xəstəliklərə səbəb ola bilər. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi işlərin nəticələri “JAMA Psychiatry” jurnalında dərc olunub. Tədqiqatçılar qan qruplarından biri ilə müxtəlif sağlamlıq problemlərinə həssaslıq arasında əlaqə tapıb. Bu dördüncü qrupdur. Məsələ burasındadır ki, tədqiqatın nəticələrinə əsasən bu qan qrupunun depressiv sahibləri çox emosionaldırlar, sinir krizlərinə və ürək-damar xəstəliklərinə meyllidirlər. Qeyd edilir ki, bu xəstəliklər həm müsbət, həm də mənfi Rh faktorunun sahiblərinə xasdır.

Bununla belə, dördüncü qan qrupunun mənfi Rh faktoru ilə birləşməsi hələ də təhlükəli hesab olunur. Belə xəstələrdə yaşla birlikdə demensiyanın inkişaf ehtimalı 82% qiymətləndirilir. Psixoterapevtlər tərəfindən təhlil edilən sorğunun nəticələrindən məlum olub ki, dördüncü qrupun sahibləri narahatlıqdan, depressiyadan başqaları na nisbətən daha çoz şikayətlənirlər, heç bir səbəbə olmasa da, özlərini bədbəxt hiss edirlər.

Oxumağa davam et

Sağlamlıq

İsrailli alimlərdən dördüncü doza açıqlaması: Effekti yoxdur

İsrailin apardığı araşdırmalara əsasən Pfizer/BioNTech tərəfindən hazırlanan “Comirnaty” peyvəndinin dördüncü dozası Omikrona qarşı effektiv deyil. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail alimləri Azərbaycanda da istifadə edilən peyvəndin dördüncü dozasını müəyyən qruplar üzərində sınaqdan keçirməyə başlayıblar. Şeba Tibb Mərkəzinin mütəxəssisləri iki həftə əvvəl peyvənd edilən 154 tibb işçisinin məlumatlarını təhlil ediblər və peyvəndin dördüncü dozasının “çox az” qorunma təmin etdiyi qənaətinə gəliblər. Təl-Əvivdəki elm adamları peyvəndin dördüncü dozasının Omikron variantına qarşı qoruyuculuğunun aşağı olduğunu açıqlayıblar. Tədqiqata rəhbərlik edən Gili Regev-Yoçay dördüncü dozanın Omikron variantına qarşı qismən qorunma təmin etdiyini qeyd edib: 

“Peyvənd əvvəlki variantlara qarşı effektiv idi, lakin Omikron variantına qarşı daha az təsirlidir. Amma biz gördük ki, sınaq müddətində peyvənd olunanlar xəstələnsələr belə, onlarda simptomlar az olur və ya ümumiyyətlə olmur. Risk qrupunda olanlara dördüncü vaksin dozasının verilməsi düzgün qərar idi, lakin nəticələrimiz göstərdi ki, bunu bütün cəmiyyətə verməyə ehtiyac yoxdur” . 

Məlumat üçün bildirək ki, dekabrın sonunda vaksinlərin artması ilə İsrail 60 yaşdan yuxarı və immuniteti aşağı olan insanlara dördüncü doza peyvəndi tətbiq edib, rəsmi məlumatlara görə, təxminən 500 min insana gücləndirici doza peyvənd vurulub. 

Oxumağa davam et

Sağlamlıq

Vasserman güclü yaddaşın sirrini açdı

Dövlət Dumasının deputatı, publisist və siyasi məsləhətçi Anatoli Vasserman bildirib ki, müxtəlif mövzuların öyrənilməsi böyük həcmdə məlumatın yaddaşda qalmasının zəmanətidir. 

Publika.az xəbər verir ki, o, bu barədə “RİA FAN”-a müsahibəsində danışıb.

İrlandiya alimləri belə qənaətə gəliblər ki, unutma prosesi beyinlə əlaqəli deyil, insanın yeni məlumatları öyrənmək həvəsi ilə bağlıdır. Eyni zamanda heç nəyi unuda bilməyən insanlar var. Vasserman misal olaraq Solomon Şereşevskini göstərib. Publisistin fikrincə, sovet jurnalisti üçün yaşamaq çox çətin idi, çünki yaddaşda böyük ölçüdə yer tutan xatirələr hazırkı zehni fəaliyyətə mane olurdu. Bununla belə, sonda Şereşevski bəzi məlumatları unutmağı öyrənə bilib. Vasserman qeyd edib ki, insan yaddaşının keyfiyyəti beyində saxlanılan informasiyanın çoxluğu ilə xarakterizə olunmur.

“Məlumdur ki, beyin bu və ya digər şəkildə ona daxil olan hər şeyi özündə saxlayır. Məsələ nəyisə xatırlamaqda deyil, məsələ konkret problemi həllində lazım olanları dəqiq xatırlamaqdadır” , -Vasserman izah edib.

O, güclü yaddaşının sirrini də açıb. Publisistin sözlərinə görə, o, çox şeylə çox maraqlandığı üçün yaxşı əzbərləmə qabiliyyətinə və güclü yaddaşa malikdir. Buna görə də məlumatları çox yaxşı xatırlayır. Vasserman sonda vurğulayıb ki, demək olar ki, hər şey lazım olduğu kimi yadda qalır: ya zərurətdən, ya da assosiasiyadan kənar.

Oxumağa davam et
Reklam

Gündəm