Xəbərlər - Publika.az
Bizi izləyin

Sağlamlıq

Bu içkilər xərçəng riskini iki dəfə ARTIRIR

Qazlı içkilər xərçəng riskini iki dəfə artırır.

Publika.az xəbər verir ki, Böyük Britaniyada tibb, sağlamlıq və elmi araşdırmalar haqqında məlumatlar dərc edən “Gut” jurnalının açıqlamasına əsasən gündə iki dəfədən çox qazlı və sərinləşdirici içkilərdən istifadə bağırsaq xərçənginin inkişaf riskini iki dəfə artırır.

Jurnal, şəkərli və qazlı içkilərin xüsusən qadınlarda 50 yaşından əvvəl bağırsaq xərçəngi riskini iki dəfə artırdığını açıqlayıb.

Həmçinin araşdırmalar zamanı müəyyən edilib ki, ABŞ əhalisinin təxminən 12 faizi hər gün bu içkilərdən üç porsiyadan çox istifadə edir.

Son illərdə bağırsaq xərçənginə bağlı ölümlərin artdığına diqqət çəkən mütəxəssislər, yoğun bağırsaqla inkişaf etməyə başlayan xərçəng növünün ilk olaraq “polip” ilə ortaya çıxdığını vurğulayıblar. Mütəxəssislər bütün poliplərin xərçəngə çevrilmədiyini bildirsələr də, erkən diaqnozun vacibliyini də qeyd ediblər.

Jurnalda dərc edilən araşdırma şəkərlə şirinləşdirilmiş içkilərlə xərçəng arasında əlaqəni də ortaya qoyub.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, sərinləşdirici içkilərlə yanaşı meyvə ətirli, enerji içkiləri də sağlamlıq üçün ciddi təhlükə yaradır.

Rəylər

Sağlamlıq

İnsanı depressiv edən qan qrupu açıqlandı

Harvard Universitetinin alimləri genişmiqyaslı araşdırma aparıblar və aşkar ediblər ki, qan qrupu insanın təkcə fiziki sağlamlığına deyil, həm də psixoloji vəziyyətinə və ruh halına təsir edir. Bu isə xəstəliklərə səbəb ola bilər. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi işlərin nəticələri “JAMA Psychiatry” jurnalında dərc olunub. Tədqiqatçılar qan qruplarından biri ilə müxtəlif sağlamlıq problemlərinə həssaslıq arasında əlaqə tapıb. Bu dördüncü qrupdur. Məsələ burasındadır ki, tədqiqatın nəticələrinə əsasən bu qan qrupunun depressiv sahibləri çox emosionaldırlar, sinir krizlərinə və ürək-damar xəstəliklərinə meyllidirlər. Qeyd edilir ki, bu xəstəliklər həm müsbət, həm də mənfi Rh faktorunun sahiblərinə xasdır.

Bununla belə, dördüncü qan qrupunun mənfi Rh faktoru ilə birləşməsi hələ də təhlükəli hesab olunur. Belə xəstələrdə yaşla birlikdə demensiyanın inkişaf ehtimalı 82% qiymətləndirilir. Psixoterapevtlər tərəfindən təhlil edilən sorğunun nəticələrindən məlum olub ki, dördüncü qrupun sahibləri narahatlıqdan, depressiyadan başqaları na nisbətən daha çoz şikayətlənirlər, heç bir səbəbə olmasa da, özlərini bədbəxt hiss edirlər.

Oxumağa davam et

Sağlamlıq

İsrailli alimlərdən dördüncü doza açıqlaması: Effekti yoxdur

İsrailin apardığı araşdırmalara əsasən Pfizer/BioNTech tərəfindən hazırlanan “Comirnaty” peyvəndinin dördüncü dozası Omikrona qarşı effektiv deyil. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail alimləri Azərbaycanda da istifadə edilən peyvəndin dördüncü dozasını müəyyən qruplar üzərində sınaqdan keçirməyə başlayıblar. Şeba Tibb Mərkəzinin mütəxəssisləri iki həftə əvvəl peyvənd edilən 154 tibb işçisinin məlumatlarını təhlil ediblər və peyvəndin dördüncü dozasının “çox az” qorunma təmin etdiyi qənaətinə gəliblər. Təl-Əvivdəki elm adamları peyvəndin dördüncü dozasının Omikron variantına qarşı qoruyuculuğunun aşağı olduğunu açıqlayıblar. Tədqiqata rəhbərlik edən Gili Regev-Yoçay dördüncü dozanın Omikron variantına qarşı qismən qorunma təmin etdiyini qeyd edib: 

“Peyvənd əvvəlki variantlara qarşı effektiv idi, lakin Omikron variantına qarşı daha az təsirlidir. Amma biz gördük ki, sınaq müddətində peyvənd olunanlar xəstələnsələr belə, onlarda simptomlar az olur və ya ümumiyyətlə olmur. Risk qrupunda olanlara dördüncü vaksin dozasının verilməsi düzgün qərar idi, lakin nəticələrimiz göstərdi ki, bunu bütün cəmiyyətə verməyə ehtiyac yoxdur” . 

Məlumat üçün bildirək ki, dekabrın sonunda vaksinlərin artması ilə İsrail 60 yaşdan yuxarı və immuniteti aşağı olan insanlara dördüncü doza peyvəndi tətbiq edib, rəsmi məlumatlara görə, təxminən 500 min insana gücləndirici doza peyvənd vurulub. 

Oxumağa davam et

Sağlamlıq

Vasserman güclü yaddaşın sirrini açdı

Dövlət Dumasının deputatı, publisist və siyasi məsləhətçi Anatoli Vasserman bildirib ki, müxtəlif mövzuların öyrənilməsi böyük həcmdə məlumatın yaddaşda qalmasının zəmanətidir. 

Publika.az xəbər verir ki, o, bu barədə “RİA FAN”-a müsahibəsində danışıb.

İrlandiya alimləri belə qənaətə gəliblər ki, unutma prosesi beyinlə əlaqəli deyil, insanın yeni məlumatları öyrənmək həvəsi ilə bağlıdır. Eyni zamanda heç nəyi unuda bilməyən insanlar var. Vasserman misal olaraq Solomon Şereşevskini göstərib. Publisistin fikrincə, sovet jurnalisti üçün yaşamaq çox çətin idi, çünki yaddaşda böyük ölçüdə yer tutan xatirələr hazırkı zehni fəaliyyətə mane olurdu. Bununla belə, sonda Şereşevski bəzi məlumatları unutmağı öyrənə bilib. Vasserman qeyd edib ki, insan yaddaşının keyfiyyəti beyində saxlanılan informasiyanın çoxluğu ilə xarakterizə olunmur.

“Məlumdur ki, beyin bu və ya digər şəkildə ona daxil olan hər şeyi özündə saxlayır. Məsələ nəyisə xatırlamaqda deyil, məsələ konkret problemi həllində lazım olanları dəqiq xatırlamaqdadır” , -Vasserman izah edib.

O, güclü yaddaşının sirrini də açıb. Publisistin sözlərinə görə, o, çox şeylə çox maraqlandığı üçün yaxşı əzbərləmə qabiliyyətinə və güclü yaddaşa malikdir. Buna görə də məlumatları çox yaxşı xatırlayır. Vasserman sonda vurğulayıb ki, demək olar ki, hər şey lazım olduğu kimi yadda qalır: ya zərurətdən, ya da assosiasiyadan kənar.

Oxumağa davam et
Reklam

Gündəm