Xəbərlər - Publika.az
Bizi izləyin

Sağlamlıq

Koronavirus kökəlməyə səbəb olur?

Tibb elmləri namizədi, endokrinoloq Yuri Poteşkin “Sputnik” radiosuna müsahibəsində bildirib ki, koronavirus infeksiyası insanın çəkisinin dəyişməsinə səbəb ola bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, çəkidə dəyişiklik bir çox xəstəliklərə xas olan iştahın azalması ilə bağlıdır.

Bununla belə, o qeyd edib ki, koronavirus xəstələri adətən kökəlirlər və bunun 2 səbəbi var:

“Birincisi, insanlarda fiziki aktivlik əhəmiyyətli dərəcədə azalır. İkinci məqam qəribə də olsa, xəstəlik zamanı çox miqdarda yağlı yeməklərin qəbuludur. Bu, orqanizmin özünü enerji ilə təmin etmək və müsbət emosiyalar yükü almaq istəyi ilə bağlıdır”.

Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxan insanların bədən çəkisində 10-15% artım olur. Fiziki fəaliyyətin tədricən artması və düzgün seçilmiş pəhriz formanı bərpa etməyə kömək edir. 

Rəylər

Sağlamlıq

Rusiyalı həkim qocalmanı ləngitməyin üsulunu AÇIQLADI

Vitamin B2 yaşlanma prosesini yavaşladır, saç və dəri sağlamlığını yaxşılaşdırır.

Publika.az xəbər verir ki, bunu rusiyalı terapevt-qastroenteroloq Yelena Tyulpina deyib.

Həkim bildirib ki, orqanizmdə bütün biokimyəvi proseslər B vitaminlərinin, o cümlədən B2 vitamininin iştirakı ilə baş verir. 

Bu vitamin zülalların, yağların və karbohidratların mübadiləsində mühüm rol oynayır. Süd, pendir, kəsmik, yumurta və içalat (qaraciyər və böyrəklər) kimi qidalar vitamin B2 ilə zəngindir. Bitki mənşəli məhsullar arasında göbələk və şam fıstığı bu elementi ehtiva edir.

Y.Tyulpina orqanizmdə B2 vitamininin səviyyəsini müəyyən etmək üçün mütəxəssisə müraciət etməyi məsləhət görüb. Həkim testlərin nəticələrinə əsasən riboflavinin ən uyğun dozasını seçməyin mümkünlüyünü əlavə edib.

Oxumağa davam et

Sağlamlıq

Amerika alimlərindən İNANILMAZ KƏŞF: "Omikron"un çarəsi tapıldı

Amerikalı alimlər COVID-19-a qarşı əvvəllər naməlum olan onlarla anticismin xüsusiyyətlərini tədqiq edərək, SARS-CoV-2-nin “delta”, “beta” və “omikron” ştamlarını ən effektiv şəkildə zərərsizləşdirən güclü anticisimlərini müəyyən ediblər. 

Publika.az xəbər verir ki, medRxiv portalında dərc olunan məqalədə bildirilir ki, koronavirusun yeni variantları peyvəndlə əmələ gələn anticisimlərə və monoklonal anticisimlərə (MAB) (immun hüceyrələri tərəfindən istehsal olunan anticisimlər - red.) müqaviməti artırmağa və müvafiq olaraq onların patogenliyini artırmağa qadirdir.

Tədqiqat zamanı Merilend ştatının Bethesda şəhərindəki Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) mütəxəssisləri 12 xəstənin immun hüceyrələrindən DNT zəncirlərini çıxarıb və zülalda antikor fraqmentlərinin görünməsi üçün onların əsas hissələrini bakteriofaq genomuna daxil ediblər. 

Beləliklə, mütəxəssislər koronavirusa qarşı əvvəllər naməlum olan onlarla anticisim müəyyən edə biliblər. Onlardan ikisi - NE12 və NA8 - həm erkən koronavirus mutasiyalarını, həm də “delta”, “alfa”, “beta” və “omikron” ştamlarını zərərsizləşdirən ən güclü anticisimlər olduğu ortaya çıxıb.

Amerikalı alimlər əmindirlər ki, onların araşdırması xəstələrin qan nümunələrindən SARS-CoV-2-yə qarşı anticisimləri tez bir zamanda təcrid etməyə və çoxaltmağa, onların effektivliyini qiymətləndirməyə imkan verəcək. Alimlər ümid edirlər ki, kəşf COVID-19 üçün “omikron” variantı və SARS-CoV-2-nin digər növləri ilə yoluxduqda xəstələrin orqanizmini koronavirus infeksiyasının ağır formalarının inkişafından qoruya biləcək yeni dərmanların yaradılmasına gətirib çıxaracaq.

Oxumağa davam et

Sağlamlıq

Çayın daha bir faydası məlum oldu

Qərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adını açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə deyilir.

Alimlərin araşdırmasına görə qara çay təzyiqi aşağı salmağa kömək edir.

Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar. Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər.

Təcrübənin ilk günündə, üç və altı aydan sonra təzyiq göstəriciləri qiymətləndirilib.

Nəticədə məlum olub ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir.

Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent də gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər.

Qeyd edək ki, çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, alkaloidlər, flavonoidlər, vitaminlər və sairləri aiddir.

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin “A” ilə izah edilir.

Bu yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yəni allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb.

Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Oxumağa davam et
Reklam

Gündəm