Xəbərlər - Publika.az
Bizi izləyin

Sağlamlıq

ÜST-dən yeni COVID-19 dərmanı haqqında açıqlama

Birləşmiş Millətlər Təşkilatı daxilində işlərini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri “Merck” əczaçılıq şirkətinin koronavirusa qarşı hazırladığı molnupiravir dərmanı barədə açıqlama yayıb. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ən önəmli mütəxəssislərindən biri olan və klinik idarəetmə bölməsini idarə edən Canet Diaz fevralın əvvəlində ÜST-ün molnupiravir adlı COVİD-19 dərmanına lisensiya verəcəyini deyib. 

Diaz qeyd edib ki, səlahiyyətlilərin hazırda dərman üzərində araşdırma aparır və çox güman ki, fevralın sonunda yekunlaşacaq.

Ümumdünya Səhiyyə Təşkilatı dünən isə “Eli Lilly” və “GlaxoSmithKline” tərəfindən hazırlanmış dərmanları müalicə variantlarına daxil etməyi təklif edib. Bu dərmanların həll yolu olmadığını da vurğulayan Diaz virusun müqavimətini izlədiklərini vurğulayıb.

Rəylər

Sağlamlıq

"Omikron" ştamının GİZLİ ƏLAMƏTİ: virus onlara yapışaraq...

"Konjonktivit "Omikron" ştamının əlaməti ola bilər. Bu, göz qapaqlarının içini əhatə edən nazik qişa olan konyunktivanın iltihabıdır".

Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, bunu Böyük Britaniyadan olan ümumi praktikant Nina Aslam deyib.

Ekspertin sözlərinə görə, gözlərdə hüceyrə reseptorları var ki,  koronavirus infeksiyası onlara yapışaraq orqanizmə daxil ola bilir.

Həkim qeyd edib ki, konjonktivit COVİD-19 infeksiyalarının bir əlaməti olaraq, asimptomatik infeksiya şəklində insanlarda inkişaf edə bilər.

Hüseyn

Oxumağa davam et

Sağlamlıq

Koronavirus kökəlməyə səbəb olur?

Tibb elmləri namizədi, endokrinoloq Yuri Poteşkin “Sputnik” radiosuna müsahibəsində bildirib ki, koronavirus infeksiyası insanın çəkisinin dəyişməsinə səbəb ola bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, çəkidə dəyişiklik bir çox xəstəliklərə xas olan iştahın azalması ilə bağlıdır.

Bununla belə, o qeyd edib ki, koronavirus xəstələri adətən kökəlirlər və bunun 2 səbəbi var:

“Birincisi, insanlarda fiziki aktivlik əhəmiyyətli dərəcədə azalır. İkinci məqam qəribə də olsa, xəstəlik zamanı çox miqdarda yağlı yeməklərin qəbuludur. Bu, orqanizmin özünü enerji ilə təmin etmək və müsbət emosiyalar yükü almaq istəyi ilə bağlıdır”.

Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxan insanların bədən çəkisində 10-15% artım olur. Fiziki fəaliyyətin tədricən artması və düzgün seçilmiş pəhriz formanı bərpa etməyə kömək edir. 

Oxumağa davam et

Sağlamlıq

Soyuqdəymə bizi koronavirusdan necə qoruyur?

Alimlər soyuqdəymədə yaranan yüksək T-hüceyrə səviyyələri ilə koronavirus infeksiyasına yoluxma riskinin azalması arasında əlaqəni öyrənib.  

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər peyvənd olunmamış və əvvəllər COVID-19-a yoluxmayan 52 könüllü üzərində araşdırma aparıblar.

Yoluxmayanlarla yoluxmuş şəxsləri eyni otağa yerləşdiriblər, daha sonra onlar PCR və qan testlərindən keçiblər. İnfeksiya testlərinə əlavə olaraq, mütəxəssislər soyuqdəyməyə səbəb olan T-hüceyrələrinin səviyyələrini təhlil ediblər.

“Koronavirusa yoluxmayan 26 könüllüdə T-hüceyrələrinin səviyyəsi yoluxmuşlarınkından xeyli yüksək çıxıb. Məlum oldu ki, T-hüceyrələri COVID-19 virusunun içindəki zülallara hücum edir. Bu yolla onlar özlərini virusdan qoruyurlar”, -  professor Acit Lalvani bildirib.

Qeyd edək ki, bu, London İmperial Kollecinin mütəxəssislərinin verdiyi ümidverici nəticədir. Odur ki, əldə edilən nəticələr heç də o demək deyil ki, planetin bütün sakinləri T-limfositlərin səviyyəsini yoxlamaq üçün müayinəyə qaçmalı və ya peyvənddən imtina etməlidir.

Oxumağa davam et

Gündəm