Çayın daha bir faydası məlum oldu - Publika.az
Bizi izləyin

Sağlamlıq

Çayın daha bir faydası məlum oldu

Qərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adını açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə deyilir.

Alimlərin araşdırmasına görə qara çay təzyiqi aşağı salmağa kömək edir.

Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar. Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər.

Təcrübənin ilk günündə, üç və altı aydan sonra təzyiq göstəriciləri qiymətləndirilib.

Nəticədə məlum olub ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir.

Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent də gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər.

Qeyd edək ki, çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, alkaloidlər, flavonoidlər, vitaminlər və sairləri aiddir.

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin “A” ilə izah edilir.

Bu yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yəni allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb.

Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Çörəkdən niyə imtina etmək olmaz?

Bizim adət etdiyimiz qidaların hamısı pəhriz üçün ideal hesab olunmur. Bəziləri isə əksinə, arıqlamağa mane olur. 

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya tibb elmləri namizədi, neyroendokrinoloq Yuri Poteşkin məlumat verib. 

O bildirib ki, bu, daha çox fruktoza olan məhsullara aiddir:

“Fruktoza bədən tərəfindən çox tez emal olunur: hüceyrələrdə asanlıqla qlükozaya çevrilir, qlükoza qana qayıdır və sonra qaraciyərdə kifayət qədər qlikogen varsa, depo üzərində paylanır, yağ kütləsini artırır. Bu məntiqə görə, meyvə suları da zərərli içkilər sırasına daxildir. Odur ki, şirələri bütöv meyvələrlə əvəz etmək tövsiyə edilir. Çünki meyvələrdəki liflər bağırsaqlarda şəkərin udulmasını gecikdirir”. 

Bəzi faydalı xüsusiyyətlərə malik olsa da, demək olar ki, tamamilə şəkərdən ibarət olan “sağlam məhsul” kimi tanınan baldan sui-istifadə etmək də tövsiyə edilmir. Həkim həmçinin marinə edilmiş mal əti, kolbasa və sosiska kimi yağlı ətləri yeməkdən çəkindirib. Ancaq maraqlıdır, o, çörək, makaron və dənli bitkilərdən imtina etməməyi tövsiyə edib ki, orqanizm sürətli şəkər tələb etməsin.

Oxumağa davam et

Sağlamlıq

“Meymun çiçəyi” belə yayılır

Meymun çiçəyi xəstəliyinə yoluxma xəstə ilə üç saatlıq təmasda mümkündür. Eyni zamanda insanlar arasında məsafə bir metrdən az olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov teleqram kanalında məlumat yayıb. 

O bildirib ki, insanın bu virusa yoluxması son dərəcə çətindir. Myasnikovun sözlərinə görə, o, daha az yoluxucudur və ölüm nisbəti xeyli aşağıdır.

“Virus istəksiz şəkildə insandan insana ötürülür, uzun müddət yaxın təmasda olmaq lazımdır ki, bu baş versin”, - Myasnikov vurğulayıb. 

Həkim əlavə edib ki, bəzən virus insanlara daha tez yoluxur. Bunun üçün o adamı meymunun dişləməsi və ya bu heyvanı yeməsi lazımdır. Myasnikov hesab edir ki, bundan ən çox zoopark işçiləri əziyyət çəkir. Həkim gəmiricilərin də daşıyıcı ola biləcəyini xatırladıb. 

Oxumağa davam et

Sağlamlıq

Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ

"Qəhvənin faydalılığı alimlər tərəfindən sübuta yetirilib. O, mədə-bağırsaq traktını stimullaşdırır, yaxşı bir antioksidantdır. Həmçinin öd yollarına yaxşı təsir. Lakin orta dərəcədə istifadə edilməlidir".

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə həkim Piter yazır.

O xəbərdarlıq edib ki, qəhvə bir neçə başqa qida və maye ilə birlikdə istifadə edilməməlidir.

Bəs qəhvəni necə düzgün hazırlamaq olar? Hansı məhsullarla qarışdırmaq tövsiyə edilmir?

“Kofein praktiki olaraq orqanizmin kalsiumu mənimsəməsinə mane olur. Hamımız bilirik ki, süd kalsiumla ən zəngin qidadır, lakin bu qidadan sui-istifadə edilməməlidir. Süd məhsullarından faydalanmaq istəyirsinizsə, yemək zamanı onları qəhvə ilə birləşdirməməyə çalışın. Bu, kəsmik və yoqurta da aiddir", - diyetoloq Svetlana Perez bildirib
 
Mütəxəssis onu da vurğulayıb ki, kofein alkoqol zəhərlənməsini ört-basdır edir, orqanizmə ayıqlaşdırıcı təsir göstərir, lakin spirtdən sonra kofenin qəbulu qaraciyəri həddindən artıq yükləyir.

"Kofein həmçinin ət məhsullarında çox miqdarda olan dəmirin udulmasına mane olur. Düzgün hazırlanmış ət yeməkləri, onlardan dərhal sonra qəhvə içsəniz, kömək etməyəcəkdir", - Perez qeyd edib.

Oxumağa davam et
Reklam

Gündəm