Sağlamlıq
İnsanı depressiv edən qan qrupu açıqlandı

Harvard Universitetinin alimləri genişmiqyaslı araşdırma aparıblar və aşkar ediblər ki, qan qrupu insanın təkcə fiziki sağlamlığına deyil, həm də psixoloji vəziyyətinə və ruh halına təsir edir. Bu isə xəstəliklərə səbəb ola bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi işlərin nəticələri “JAMA Psychiatry” jurnalında dərc olunub. Tədqiqatçılar qan qruplarından biri ilə müxtəlif sağlamlıq problemlərinə həssaslıq arasında əlaqə tapıb. Bu dördüncü qrupdur. Məsələ burasındadır ki, tədqiqatın nəticələrinə əsasən bu qan qrupunun depressiv sahibləri çox emosionaldırlar, sinir krizlərinə və ürək-damar xəstəliklərinə meyllidirlər. Qeyd edilir ki, bu xəstəliklər həm müsbət, həm də mənfi Rh faktorunun sahiblərinə xasdır.
Bununla belə, dördüncü qan qrupunun mənfi Rh faktoru ilə birləşməsi hələ də təhlükəli hesab olunur. Belə xəstələrdə yaşla birlikdə demensiyanın inkişaf ehtimalı 82% qiymətləndirilir. Psixoterapevtlər tərəfindən təhlil edilən sorğunun nəticələrindən məlum olub ki, dördüncü qrupun sahibləri narahatlıqdan, depressiyadan başqaları na nisbətən daha çoz şikayətlənirlər, heç bir səbəbə olmasa da, özlərini bədbəxt hiss edirlər.
Sağlamlıq
Çörəkdən niyə imtina etmək olmaz?

Bizim adət etdiyimiz qidaların hamısı pəhriz üçün ideal hesab olunmur. Bəziləri isə əksinə, arıqlamağa mane olur.
Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya tibb elmləri namizədi, neyroendokrinoloq Yuri Poteşkin məlumat verib.
O bildirib ki, bu, daha çox fruktoza olan məhsullara aiddir:
“Fruktoza bədən tərəfindən çox tez emal olunur: hüceyrələrdə asanlıqla qlükozaya çevrilir, qlükoza qana qayıdır və sonra qaraciyərdə kifayət qədər qlikogen varsa, depo üzərində paylanır, yağ kütləsini artırır. Bu məntiqə görə, meyvə suları da zərərli içkilər sırasına daxildir. Odur ki, şirələri bütöv meyvələrlə əvəz etmək tövsiyə edilir. Çünki meyvələrdəki liflər bağırsaqlarda şəkərin udulmasını gecikdirir”.
Bəzi faydalı xüsusiyyətlərə malik olsa da, demək olar ki, tamamilə şəkərdən ibarət olan “sağlam məhsul” kimi tanınan baldan sui-istifadə etmək də tövsiyə edilmir. Həkim həmçinin marinə edilmiş mal əti, kolbasa və sosiska kimi yağlı ətləri yeməkdən çəkindirib. Ancaq maraqlıdır, o, çörək, makaron və dənli bitkilərdən imtina etməməyi tövsiyə edib ki, orqanizm sürətli şəkər tələb etməsin.
Sağlamlıq
“Meymun çiçəyi” belə yayılır

“Meymun çiçəyi” xəstəliyinə yoluxma xəstə ilə üç saatlıq təmasda mümkündür. Eyni zamanda insanlar arasında məsafə bir metrdən az olmalıdır.
Publika.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov teleqram kanalında məlumat yayıb.
O bildirib ki, insanın bu virusa yoluxması son dərəcə çətindir. Myasnikovun sözlərinə görə, o, daha az yoluxucudur və ölüm nisbəti xeyli aşağıdır.
“Virus istəksiz şəkildə insandan insana ötürülür, uzun müddət yaxın təmasda olmaq lazımdır ki, bu baş versin”, - Myasnikov vurğulayıb.
Həkim əlavə edib ki, bəzən virus insanlara daha tez yoluxur. Bunun üçün o adamı meymunun dişləməsi və ya bu heyvanı yeməsi lazımdır. Myasnikov hesab edir ki, bundan ən çox zoopark işçiləri əziyyət çəkir. Həkim gəmiricilərin də daşıyıcı ola biləcəyini xatırladıb.
Sağlamlıq
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ

"Qəhvənin faydalılığı alimlər tərəfindən sübuta yetirilib. O, mədə-bağırsaq traktını stimullaşdırır, yaxşı bir antioksidantdır. Həmçinin öd yollarına yaxşı təsir. Lakin orta dərəcədə istifadə edilməlidir".
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə həkim Piter yazır.
O xəbərdarlıq edib ki, qəhvə bir neçə başqa qida və maye ilə birlikdə istifadə edilməməlidir.
Bəs qəhvəni necə düzgün hazırlamaq olar? Hansı məhsullarla qarışdırmaq tövsiyə edilmir?
“Kofein praktiki olaraq orqanizmin kalsiumu mənimsəməsinə mane olur. Hamımız bilirik ki, süd kalsiumla ən zəngin qidadır, lakin bu qidadan sui-istifadə edilməməlidir. Süd məhsullarından faydalanmaq istəyirsinizsə, yemək zamanı onları qəhvə ilə birləşdirməməyə çalışın. Bu, kəsmik və yoqurta da aiddir", - diyetoloq Svetlana Perez bildirib
Mütəxəssis onu da vurğulayıb ki, kofein alkoqol zəhərlənməsini ört-basdır edir, orqanizmə ayıqlaşdırıcı təsir göstərir, lakin spirtdən sonra kofenin qəbulu qaraciyəri həddindən artıq yükləyir.
"Kofein həmçinin ət məhsullarında çox miqdarda olan dəmirin udulmasına mane olur. Düzgün hazırlanmış ət yeməkləri, onlardan dərhal sonra qəhvə içsəniz, kömək etməyəcəkdir", - Perez qeyd edib.
- Siyasət24 May 2022 00:00
"Ermənistan Qarabağla vidalaşır" - VİDEO
- Dünya23 May 2022 23:31
Qafqazdan gələnlər moskvalını BELƏ SOYDULAR
- Kriminal23 May 2022 21:36
Generalın həbs edilməzdən əvvəl iş adamına ŞOK TƏKLİFİ
- Dünya23 May 2022 21:24
Britaniyada vəziyyət gərginləşir: yoluxma sayı 3 dəfə artdı, həkimlərə peyvənd təklif olundu
- Hadisə23 May 2022 21:12
Öldürülən İran zabiti ilə Orxan Əsədovu nə birləşdirib? - İsrail kəşfiyyatından ŞOK
- Maqazin23 May 2022 19:36
Tanınmış aktyorun qızının toyunda DUYĞULU ANLAR: gəlin göz yaşını saxlaya bilmədi - VİDEO
- Rəsmi xronika23 May 2022 19:23
Delimitasiya üzrə ekspert qrupu yaradılacaq
- Maraqlı23 May 2022 16:04
Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxs kimin oğludur? - VİDEO