İsrailli alimlərdən dördüncü doza açıqlaması: Effekti yoxdur - Publika.az
Bizi izləyin

Sağlamlıq

İsrailli alimlərdən dördüncü doza açıqlaması: Effekti yoxdur

İsrailin apardığı araşdırmalara əsasən Pfizer/BioNTech tərəfindən hazırlanan “Comirnaty” peyvəndinin dördüncü dozası Omikrona qarşı effektiv deyil. 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail alimləri Azərbaycanda da istifadə edilən peyvəndin dördüncü dozasını müəyyən qruplar üzərində sınaqdan keçirməyə başlayıblar. Şeba Tibb Mərkəzinin mütəxəssisləri iki həftə əvvəl peyvənd edilən 154 tibb işçisinin məlumatlarını təhlil ediblər və peyvəndin dördüncü dozasının “çox az” qorunma təmin etdiyi qənaətinə gəliblər. Təl-Əvivdəki elm adamları peyvəndin dördüncü dozasının Omikron variantına qarşı qoruyuculuğunun aşağı olduğunu açıqlayıblar. Tədqiqata rəhbərlik edən Gili Regev-Yoçay dördüncü dozanın Omikron variantına qarşı qismən qorunma təmin etdiyini qeyd edib: 

“Peyvənd əvvəlki variantlara qarşı effektiv idi, lakin Omikron variantına qarşı daha az təsirlidir. Amma biz gördük ki, sınaq müddətində peyvənd olunanlar xəstələnsələr belə, onlarda simptomlar az olur və ya ümumiyyətlə olmur. Risk qrupunda olanlara dördüncü vaksin dozasının verilməsi düzgün qərar idi, lakin nəticələrimiz göstərdi ki, bunu bütün cəmiyyətə verməyə ehtiyac yoxdur” . 

Məlumat üçün bildirək ki, dekabrın sonunda vaksinlərin artması ilə İsrail 60 yaşdan yuxarı və immuniteti aşağı olan insanlara dördüncü doza peyvəndi tətbiq edib, rəsmi məlumatlara görə, təxminən 500 min insana gücləndirici doza peyvənd vurulub. 

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Çörəkdən niyə imtina etmək olmaz?

Bizim adət etdiyimiz qidaların hamısı pəhriz üçün ideal hesab olunmur. Bəziləri isə əksinə, arıqlamağa mane olur. 

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya tibb elmləri namizədi, neyroendokrinoloq Yuri Poteşkin məlumat verib. 

O bildirib ki, bu, daha çox fruktoza olan məhsullara aiddir:

“Fruktoza bədən tərəfindən çox tez emal olunur: hüceyrələrdə asanlıqla qlükozaya çevrilir, qlükoza qana qayıdır və sonra qaraciyərdə kifayət qədər qlikogen varsa, depo üzərində paylanır, yağ kütləsini artırır. Bu məntiqə görə, meyvə suları da zərərli içkilər sırasına daxildir. Odur ki, şirələri bütöv meyvələrlə əvəz etmək tövsiyə edilir. Çünki meyvələrdəki liflər bağırsaqlarda şəkərin udulmasını gecikdirir”. 

Bəzi faydalı xüsusiyyətlərə malik olsa da, demək olar ki, tamamilə şəkərdən ibarət olan “sağlam məhsul” kimi tanınan baldan sui-istifadə etmək də tövsiyə edilmir. Həkim həmçinin marinə edilmiş mal əti, kolbasa və sosiska kimi yağlı ətləri yeməkdən çəkindirib. Ancaq maraqlıdır, o, çörək, makaron və dənli bitkilərdən imtina etməməyi tövsiyə edib ki, orqanizm sürətli şəkər tələb etməsin.

Oxumağa davam et

Sağlamlıq

“Meymun çiçəyi” belə yayılır

Meymun çiçəyi xəstəliyinə yoluxma xəstə ilə üç saatlıq təmasda mümkündür. Eyni zamanda insanlar arasında məsafə bir metrdən az olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov teleqram kanalında məlumat yayıb. 

O bildirib ki, insanın bu virusa yoluxması son dərəcə çətindir. Myasnikovun sözlərinə görə, o, daha az yoluxucudur və ölüm nisbəti xeyli aşağıdır.

“Virus istəksiz şəkildə insandan insana ötürülür, uzun müddət yaxın təmasda olmaq lazımdır ki, bu baş versin”, - Myasnikov vurğulayıb. 

Həkim əlavə edib ki, bəzən virus insanlara daha tez yoluxur. Bunun üçün o adamı meymunun dişləməsi və ya bu heyvanı yeməsi lazımdır. Myasnikov hesab edir ki, bundan ən çox zoopark işçiləri əziyyət çəkir. Həkim gəmiricilərin də daşıyıcı ola biləcəyini xatırladıb. 

Oxumağa davam et

Sağlamlıq

Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ

"Qəhvənin faydalılığı alimlər tərəfindən sübuta yetirilib. O, mədə-bağırsaq traktını stimullaşdırır, yaxşı bir antioksidantdır. Həmçinin öd yollarına yaxşı təsir. Lakin orta dərəcədə istifadə edilməlidir".

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə həkim Piter yazır.

O xəbərdarlıq edib ki, qəhvə bir neçə başqa qida və maye ilə birlikdə istifadə edilməməlidir.

Bəs qəhvəni necə düzgün hazırlamaq olar? Hansı məhsullarla qarışdırmaq tövsiyə edilmir?

“Kofein praktiki olaraq orqanizmin kalsiumu mənimsəməsinə mane olur. Hamımız bilirik ki, süd kalsiumla ən zəngin qidadır, lakin bu qidadan sui-istifadə edilməməlidir. Süd məhsullarından faydalanmaq istəyirsinizsə, yemək zamanı onları qəhvə ilə birləşdirməməyə çalışın. Bu, kəsmik və yoqurta da aiddir", - diyetoloq Svetlana Perez bildirib
 
Mütəxəssis onu da vurğulayıb ki, kofein alkoqol zəhərlənməsini ört-basdır edir, orqanizmə ayıqlaşdırıcı təsir göstərir, lakin spirtdən sonra kofenin qəbulu qaraciyəri həddindən artıq yükləyir.

"Kofein həmçinin ət məhsullarında çox miqdarda olan dəmirin udulmasına mane olur. Düzgün hazırlanmış ət yeməkləri, onlardan dərhal sonra qəhvə içsəniz, kömək etməyəcəkdir", - Perez qeyd edib.

Oxumağa davam et
Reklam

Gündəm