Azərbaycanda koronavirusla bağlı MÜJDƏ VERİLDİ - Publika.az
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda koronavirusla bağlı MÜJDƏ VERİLDİ

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək azaldılandan sonra sağalanların sayı bugünkü tarixə 5197 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, bu günə olan məlumata əsasən, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11 525 test icra olunub: "Nəticədə koronavirusa yeni 2 468 yoluxma faktı qeydə alınıb. Bu günə olan ölüm sayı 13 nəfərdir. Müşahidələr göstərir ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir. Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Belə ki, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər".

"Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırırıq. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalara riayət, virusun variantından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - məlumatda bildirilib.

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Dondurmanın tərkibindəki GİZLİ TƏHLÜKƏ

Bəzi vicdansız istehsalçılar dondurmaya sağlamlıq üçün təhlükəli olan maddələr əlavə edirlər. Məsələn, heç bir faydası olmasa da, dondurmaya yağlılığı artırmaq üçün palma yağı əlavə olunur. 

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq danışıb. 

Həkim etiketə diqqət etməyi tövsiyə edib və bildirib ki, məhsul bitki kremindən və ya süd yağının analoqundan hazırlanırsa, başqa bir markaya üstünlük vermək daha yaxşıdır.

“Belə adlar altında palma yağı gizlədilir, qida rasionumuza trans yağları gətirir, bu, orqanizmdə iltihabi proseslərin inkişafını sürətləndirir və ateroskleroza səbəb ola bilər. Dondurmada belə yağların və şəkərin birləşməsi çox təhlükəli qarışıqdır”, - diyetoloq xəbərdarlıq edib. 

Onun fikrincə, dondurulmuş meyvə-tərəvəz şirələrini dadlandırıcı əlavə edilmədən almaq daha yaxşıdır. 

Oxumağa davam et

Sağlamlıq

Sümükləri zəiflədən içkilər

Süd, qazlı içki və qəhvə sümüklər üçün ən təhlükəli içkilərdir. Ona görə ki, bədənə dağıdıcı təsir göstərirlər. 

Publika.az xəbər verir ki, bu barədə “Moskva 24”ə diyetoloq, tibb elmləri doktoru Marqarita Koroleva danışıb. 

“Südün tərkibində faydalı maddələri yuyan turşu komponentlər var. Bu içki qələvi komponentlərlə, yəni çox miqdarda lif olan tərəvəzlərlə balanslaşdırılmasa, kalsium bədəndən yuyularaq osteoporoza səbəb olacaq.

Həmçinin qəhvə kalsium, maqnezium və bir sıra digər mineralların udulmasına mane olur. İçə bilərsiniz, amma vacib bir şərt var. Qəbul edilən qidanın tərkibindəki faydalı mineralların sorulmaması üçün yeməkdən bir müddət sonra qəhvə içmək daha yaxşıdır. Bundan əlavə, qəhvə orqanizmi susuzlaşdırır, su ilə yanaşı, biz mineralları da itiririk. Odur ki, bir fincan qəhvədən sonra ən azı bir stəkan su içilməlidir”, - diyetoloq izah edib.

Eskpert qeyd edib ki, üçüncü növ təhlükəli içki qazlı sulardır, xüsusilə şirindirsə: “Qazlı içkilərin tərkibində fosfor turşusu var ki, bu da təkcə mədə-bağırsaq traktının deyil, həm də dişlərin vəziyyətinə mənfi təsir göstərir. Sonuncudan kalsiumu yuyur ki, bu da çürüklərə və diş toxumasının əlavə dağıdıcı amillərinə səbəb olur. Üstəlik, müntəzəm qazlı şirə istifadəsi sümük kütləsinin vəziyyətinə təsir göstərə bilər”.

Oxumağa davam et

Sağlamlıq

Cinsi zəifliyin əsas səbəbləri

Kişilərdə ereksiya hormonal, nevrogen, damar, zehni və anatomik faktorlar da daxil olmaqla, bir sıra amillərə görə yox ola bilər. 

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya uroloq Konstantin Melnik məlumat verib. 

O, şəkərli diabet, beyin şişi, yaşla bağlı androgen çatışmazlığı və qalxanabənzər vəzi xəstəlikləri də daxil olmaqla, endokrin xəstəlikləri ən mühüm amillərdən biri kimi müəyyən edib. Yataqdakı problemlər  həm də neyrogenik erektil disfunksiyaya səbəb ola bilər.

“O, mərkəzi sinir sisteminin (beyin və onurğa beyni) və ya periferik sinir strukturlarının zədələnməsi nəticəsində inkişaf edir. Bu vəziyyətin səbəbi şiş (xoş və bədxassəli), epilepsiya, insult, Parkinson, Altsheymer xəstəliyi, skleroz, beynin damar xəstəlikləridir. 

Arteriogen erektil disfunksiya, öz növbəsində, damarların divarlarının aterosklerotik zədələnməsinə səbəb olur, qanın penisin kavernoz orqanlarına axmasına mane olur”, - həkim qeyd edib.

Melnik vurğulayıb ki, problem insanın düşüncələrində də gizlənə bilər. Yataqda uğursuzluğun səbəbləri ilk cinsi uğursuzluq, cütlük arasında münaqişə, qeyri-adi partnyor üstünlükləri, yaxınlıq qorxusu, depressiya və bir sıra psixi xəstəliklər ola bilər. Həkimin sözlərinə görə, yanlış dərmanlarla daha çox zərər verməmək üçün əvvəlcə disfunksiyanın səbəbini müəyyənləşdirmək və bundan sonra müalicəyə başlamaq vacibdir.

Oxumağa davam et
Reklam

Gündəm