Azərbaycanda bu tarixdə yoluxma dəfələrlə artacaq və... - ŞOK AÇIQLAMA - Publika.az
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda bu tarixdə yoluxma dəfələrlə artacaq və... - ŞOK AÇIQLAMA

Son zamanlar yoluxmanın artmasının əsas səbəbi "omikron" ştamının geniş yayılmasıdır.

Bunu Publika.az-a müsahibəsində infeksionist Mərdan Əliyev deyib.

Müsahibəni təqdim edirik. 

- Doktor, "omikron"un gedişatı ilə bağlı proqnoz necədir?

- "Omikron" ştamının ölkəmizdə aşkarlanmasından sonra yoluxmanın artması gözlənilən idi. Çünki adıçəkilən ştam digərlərinə nisbətən 70% daha çox yayılma sürətinə sahibdir. Yəni, "omikron" ştamının virus yükü digərlərindən daha artıqdır. Dünyanın hansı ölkəsində "omikron" ştamı yayılırdısa, həmin yerdə virusa yoluxanların sayında artım olurdu. Bu virusdan qorunmaq üçün cərrahi maskalardan istifadə etmək məsləhətlidir. Çünki adi maskalar insanları həmin təhlükəli ştamdan qoruya bilmir. Qış fəsli pandemiyanın əsas dövrüdür və yoluxmaların fevral ayında pik nöqtəyə çıxacağı güman olunur. Ancaq mart ayının ortalarına qədər yoluxanların sayının azalacağı gözlənilir və yay aylarında çox güman ki, bu ştam gündəmdən düşəcək.


- "Omikron" ştamının fərqli xüsusiyyətləri hansılardır?

- "Omikron" digərlərindən mutasiyasının çox olması ilə fərqlənir. Həmin ştamın genotipi mövsümi kəskin respirator infeksiyalara daha yaxındır. Bu ştam xüsusilə yuxarı tənəffüs yollarında sürətlə artır. Xaric etdiyimiz havada virusun sayı yüksək olduğu üçün yoluxdurma qabiliyyəti də digərlərinə nisbətən daha yüksəkdir. Bu səbəbdən də son zamanlar əhalinin 90 faizi "omikron" ştamına yoluxub.

COVID-19-a yoluxanların sayını nəzərə alsaq, qapanma ola bilər?

- Yoluxanların sayı çoxalsa belə, qapanmaların olması real görünmür. Çünki "omikron" ştamına yoluxanların çoxu ev şəraitində müalicə alır. Hətta bu ştama qeyri-rəsmi formada yoluxanlar da olacaq. Xəstəxana və reanimasiya şəraitində qalmağı tələb olunanların sayı çox olmadığı üçün qapanmalara gediləcəyini düşünmürəm.

- Buster dozanın vətəndaşlarımız üçün əhəmiyyəti nədir?

- Buster dozanın vurulması bizi müəyyən qədər "omikron"dan qoruya bilir. Həm də yoluxan şəxslərin bu virusu daha yüngül formada keçirməsinə kömək edə bilər. Çünki buster doza immuniteti bir qədər də artırır. Yəni, vurulan hər yeni doza immunitetin güclənməsinə və yoluxma faizinin aşağı olmasına xidmət edir. Buster doza qanda olan antitellərin sayını artırır və bu virusdan qorunmaq üçün kömək edir. Bu səbəblərə görə də yeni dozaların vurulması mütləqdir, bu, həm də virusun yayılmasının qarşısını almaq üçün ən effektiv variantdır. Ümumiyyətlə, ştamların oxşar və fərqli xüsusiyyətlərindən asılı olmayaraq peyvənd vurdurmaq vacibdir. Yəni, istənilən halda peyvəndlənmədə aktiv iştirak etmək və gigiyenik qaydalara riayət etmək lazımdır.

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Professor meymunçiçəyinin süni modifikasiyasından DANIŞDI

Virusologiya üzrə professor Aleksandr Çepurnov Ura.ru-ya müsahibəsində etiraf edib ki, koronavirus infeksiyasının zəifləməsi əczaçılıq şirkətlərinin gəlirlərinin azalmasına səbəb olub. 

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, bu səbəbdən dərman şirkətləri infeksiyanı daha təhlükəli etmək üçün meymunçiçəyi xəstəliyini süni şəkildə dəyişdirməyə cəhd edə bilər. 

Aleksandr Çepurnov qeyd edib ki, media yenidən epidemiyadan danışmağa başladı və bununla əlaqədar şirkətlərin gəlirləri yenidən artdı. 

“Onun bir anda bir neçə yerdə görünməsi və yüzdən çox iş verməsi xoşagələn deyil. Prinsipcə, bundan heç nə gözləmirəm. Ağır və ya kədərli bir şey yoxdur. Və hələ də ümidim var ki, bütün bunlar darıxmış səhiyyə və farmakologiya bürokratları tərəfindən təbliğ olunur. Onlar böyük gəlirlərə öyrəşiblər, amma indi gəlirlər aşağı düşdüyü üçün şirkətlər bu epidemiyanın yayılmasından məmnundur”, - alim bildirib.

Oxumağa davam et

Sağlamlıq

Boyun ağrısını aradan qaldırmaq üsulları

Boyun tutulması hər yaşda baş verə bilən bir çox insanın qarşılaşdığı ağrılı bir spazmdır. Boyun hərəkətlərindən xüsusilə məsuliyyət daşıyan trapez əzələlərin spazm vəziyyəti ümumi olur. Əksər hallarda əzələlərə qarşı reaksiya və ya uzunmüddətli bir uyğunsuzluq səbəbindən baş verə bilər. 

Publika.az xəbər verir ki, bu barədə fizioterapevt Ramin Quliyev danışıb. 

Həkim bildirib ki, boyun tutulması müxtəlif səbəblərdən baş verə bilər:

Yanlış vəziyyətdə oturmaq;

Daimi istiqamətləndirmə tələb edən işlərlə məşğul olmaq;

Baş və boyun sahəsinə təzyiq tətbiq etməklə;

İstiləşmədən boyun məşqlərini etməyə çalışmaq;

Kondisioner qarşısında çox vaxt keçirmək;

Tərləmədən sonra boynun ani soyudulması;

Uzun müddət boynunuzu tərpətmədən kompüterdən istifadə etmək

Üzmək

Çiyinlərdə yük

Nə olursa-olsun boyun sərtliyi boyunda şiddətli ağrı və hərəkət məhdudiyyətinə səbəb olan bir vəziyyətdir. Tutulma adətən uzaqlaşır və başını döndərən, yanına baxan, sürücülük edən, yemək verən və gündəlik həyatını davam etdirən şəxslərə mənfi təsir göstərir.

Boyun ağrısına qarşı fizioterapevtik müalicə üsulları və müxtəlif məşqlər təsirli ola bilər. Ağrıları aradan qaldırmaq, müqaviləli əzələləri rahatlatmaq və yenidən boyun hərəkətlərin təmin etmək fizioterapiya proqramlarının məqsədidir. Əzələlərin istirahət edilməsi üçün isti kompres, ağrıları azaltmaq üçün elektroterapiya, boyun hərəkətini artırmaq üçün idman üsulları istifadə edilir.

Boyun tutulması zamanı insanlar riskli hərəkətlərdən uzaq durmalıdırlar, lakin tam hərəkətsiz qalmamalıdırlar. Tutulmuş bir boyun üzərindəki yanlış və çətin hərəkət disk zədələnməsinə səbəb ola bilər. Boyun oturarkən, uzanarkən və danışarkən dəstəklənməlidir. Ağrı və hərəkət məhdudiyyəti 1-2 gün ərzində azalmasa, həkimə müraciət edin, fizioterapiya, ya spazmolitik dərmanlar ağrını azaldacaq. 

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyinin müalicəsi tapıldı

Liverpul Universitetinin alimləri müəyyən ediblər ki, Amerikanın antiviral dərmanı “Tecovirimat” meymunçiçəyi xəstəliyi ilə mübarizədə təsirlidir. 

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub. 

Alimlər təhlükəli yoluxucu xəstəliklərin tədqiqi mərkəzləri tərəfindən toplanmış 2018-2021-ci illər üzrə məlumatları təhlil edərək, iki dərman – “Brincidofovir” və “Tecovirimat” müəyyən ediblər. Bunlardan birincisi suçiçəyi xəstəliyinin müalicəsi üçün hazırlanıb, ikincisi isə ABŞ-da bioloji silah təhlükəsi ilə mübarizə üzrə hökumətin proqramı çərçivəsində yaradılıb. 


Tədqiqat zamanı alimlər bu dərmanlardan insanların çiçək xəstəliyinə qarşı mübarizədə istifadə ediblər. “Brincidofovir”dən fərqli olaraq, “Tecovirimat” virusun çoxalmasını bloklamağı bacarıb. 

Həkimlər araşdırmalarını davam etdirəcəklər. Onlar “Tecovirimat”ın meymunçiçəyi xəstəliyinə qarşı effektivliyini sübut etmək niyyətindədirlər.

Oxumağa davam et
Reklam

Gündəm