Bu rayonların mərkəzi xəstəxanalarına yeni direktor təyin edildi - Publika.az
Bizi izləyin

Səhiyyə

Bu rayonların mərkəzi xəstəxanalarına yeni direktor təyin edildi

Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub.

Publika.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Rəylər
Oxumağa davam et
Reklam

Səhiyyə

Bizimlə birgə "yeriyən" SAĞALMAZ XƏSTƏLİK: dizlərdə belə yerdəyişmə varsa...

Sidney Universitetinin alimləri müəyyən ediblər ki, omba və dizlərdə həddindən artıq gərginliklə düzgün olmayan yerimək xroniki ağrı və əlilliyə səbəb olan sağalmaz xəstəlik olan osteoartritin vaxtından əvvəl inkişafına səbəb ola bilər.

Publika.az xəbər verir ki, gəzməyin gözlənilməz təhlükəsi "Osteoarthritis and Cartilage" jurnalında dərc olunan məqalədə bildirilir.

Mütəxəssislər müxtəlif növ birgə hərəkət növləri və onların osteoartritin inkişafı ilə əlaqəsini müəyyən etmək üçünd örd mindən çox insanın iştirak etdiyi 23 elmi araşdırmanın məlumatlarını təhlil ediblər.

Bu, alimlərə addım zamanı diz oynağının yerdəyişməsinin ətraflı modelini yaratmağa imkan verib. Məlum olub ki, yeriyərkən diz əvvəlcə xaricə, sonra isə içəriyə doğru hərəkət edərsə, osteoartritin şiddətlənmə riski ikiqat artır.

Alimlər hal-hazırda xəstəliyin gedişatını yavaşlatmaq və diz osteoartriti olan xəstələrdə oynaqlarda təhlükəli stressi azaltmaq üçün üsullar hazırlayırlar.

Tədqiqatçılar müxtəlif gəzinti üslublarının artritin qarşısının alınmasına təsirini də öyrənirlər.

Hüseyn

Oxumağa davam et

Səhiyyə

SON DƏQİQƏ: Azərbaycanda koronaya yoluxma sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14 545 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.

Oxumağa davam et

Səhiyyə

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 641 918, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 284 115 təşkil edir.

Oxumağa davam et
Reklam

Gündəm