Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Tural Gəncəliyevdən Xankəndi və Kərkicahan ANONSU: TEZLİKLƏ...

Milli Məclisin deputatı Tural Gəncəliyev Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin tezliklə qayıdacağının anonsunu verib.

Publika.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib.

"Xankəndi sakinləri və müharibə veteranları ilə məhsuldar görüşümüzdə tezliklə Xankəndiyə, həmçinin Kərkicahan qəsəbəsinə qayıdış ilə bağlı məsələləri müzakirə etdik.

Xankəndi şəhərimizin ən gözəl günləri hələ qarşıdadır!"

Tural Turan 

Rəylər

Siyasət

XİN: Fransa xarici işlər nazirinin bəyanatı diplomatik ənənələrə ziddir

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan tərzdə açıqlama edilib. Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib".

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətini rəhbəri Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədikləri ilə bağlı şərhində deyib.

XİN rəsmisi vurğulayıb ki, Prezidentin Valeri Pekresin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür:

"Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.

Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekresin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı, ona münasibətdə də adekvat ölçü götürülərdi.

Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul edib.

Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.

Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaq".

Oxumağa davam et

Siyasət

Fransadakı səfirliyimiz iddialara CAVAB VERDİ

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekresin yerli mətbuatda sayıqlamalarına etiraz olaraq mətbuat açıqlaması yayıb.

Publika.azxəbər verir ki, mətbuata açıqlamasında səfirlik Fransa prezidentliyinə namizəd Valeri Pekresin iddialarına cavab verərək, onu ən azından prezidenti olmaq istədiyi ölkənin milli qanunvericiliyinə riayət etməyə çağırıb.

Dekartın “həqiqətə çatmaq üçün həyatda bir dəfə insan ona deyilən bütün fikirlərdən qurtulmalı və bütün bilik sistemini yenidən qurmalıdır” aforizmi ilə başlayan açıqlamada Azərbaycana qarşı iddiaların qəbuledilməz olduğu vurğulanır. Qanunsuz səfərini ört-basdır etməyə çalışması üçün yanlış iddialardan əl çəkməli olduğu bildirilir. Fransa qanunvericiliyinin aidiyyəti müddəaları xatırladılaraq qeyd edilir ki, Fransa prezidenti seçkilərinə namizəd öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır.

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əsasını təşkil edən yuxarıda qeydolunan prinsiplərə xanım Pekresin göstərdiyi hörmətsizlik dözülməzdir və buna son qoyulmalıdır. Seçki korluğu Azərbaycanla beynəlxalq hüquq prinsipləri əsasında qurulmuş köhnə dostluq münasibətlərini təhlükə altına almaqla yanaşı, Qafqaz regionunun sabitliyinə və inkişafına da xələl gətirə bilər”, - deyə mətbuata açıqlamada qeyd olunur.

Oxumağa davam et

Siyasət

İlham Əliyev Vladimir Putinə ZƏNG ETDİ

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Publika.az-a məlumat verilib.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxumağa davam et
Reklam

Gündəm